«Hüseyn Cavid də repressiya qurbanlarından biridir və özü də, ailəsi də çox
məhrumiyyətlərə məruz qalmışdır. Ancaq, repressiyaya təkcə ayrı-ayrı insanlar
deyil, təəssüflər olsun ki, bizim xalqımız da məruz qalmışdır.
Xalqımızın repressiyaya məruz
qalması 1920-ci illərdən başlayır, mərhələlərlə 1950-ci illərin sonlarına qədər
davam etmişdir. Amma bununla bərabər, tariximiz, mədəniyyətimiz də repressiyaya
məruz qalmışdır. Çünki Sovetlər İttifaqı dövründə çalışmışlar ki, bizim
tariximizi də, keçmişimizi də, ənənələrimizi də yalnız kommunist
ideologiyasına, sovet sosialist quruluşuna uyğunlaşdırsınlar. Bu bizim
tariximizdir. Bunlardan nəticə çıxartmalıyıq ki, xalqımız daha heç vaxt belə
hallarla rastlaşmasın. Xüsusən, ona görə ki, indi bizim xalqımız azad olubdur.
Xalqımız, xüsusən gənc nəsil tariximizi bilməli, görkəmli şəxsiyyətlərimizi
yaxından tanımalıdır».
***
Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində
misilsiz xidməthr göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun
mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən
biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqınm milli sərvətidir.
Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün
yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqımn mədəniyyətini yüksəklərə
qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün
yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstdqilliyə çağırıbdır. O,
həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur,
millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət
edən bir insan olmuşdur.
Əliyev Heydər,
ümummilli lider
Cavid yaradıcılığı teatrla üzvü surətdə bağlıdır. Cavidin, şübhəsiz öz teatrı
vardır. Cavidi teatrsız, teatrı Cavidsiz düşünmək olmaz».
Məmməd Cəfər,
akademik
«Cavid teatrı Azərbaycan səhnə mədəniyyəti tarixinə parlaq səhifələr yazmış
qüdrətli aktyor nəsli üçün yüksək sənətkarlıq məktəbi olmuşdur. Abbas Mirzə
Şərifzadənin, Ülvi Rəcəbin, Mərziyyə Davudovanın, Rza Təhmasibin, Mirzəağa
Əliyevin, Kazım Ziyanın, Sidqi Ruhullanın və başqalarınrn sənət şöhrəti Cavid
teatrı ilə xeyli dərəcədə bağlıdır».
Qulam Məmmədli,
publisist
«Cavid yaradıcılığı böyük idealları və yüksək sənətkarlıq keyfiyyətləri ilə
Azərbaycan ədəbiyyatında yeni bir hadisə, yeni bir mərhələ olmuşdur. Bu mənada
Cavid, Azərbaycan ədəbiyyatının ən qüdrətli yazıçısı kimi göstərilə bilər».
Teymurçin Əfəndiyev,
professor
«Cavidi ittiham edirlər ki, o, Azərbaycan mövzusunda az əsər yazır. Onu
unudurlar ki, Cavid Azərbaycan sənətkarı olmaqla bərabər, böyük bir regionun -
Yaxın və Orta Şərqin təmsilçisi idi. Bu xalqların tarixini, psixologiyasını,
ruhunu, fəlsəfəsini ifadə edirdi. Və bu da Azərbaycan ədəbiyyatının mühüm
tendensiyalarından, mühüm təmayüllərindən biridir».
Rəfael Hüseynov,
akademik
«Cavidin bütün faciələrinin əsas qəhrəmanları həqiqət axtarıcısıdır, bu
faciələrdən hər biri bu və ya digər dərəcədə həyatı dərk etməyə can atan narahat
ağlın və biliyin faciəsidir».
***
XX əsrdə Şərqdə ictimai-milli ideal uğrunda mübarizələrin və romantik bədii
fıkir inqilabının - «Asiyanın oyanması»nın dünyaya özü ilə gətirdiyi böyük
şairlərdən biri - Hüseyn Caviddir. Əbdülhəq Hamid, Tofıq Fikrət və Məhəmməd Hadi
ilə birlikdə o, Yaxın Şərqdə yeni inqilabi və fəlsəfı şeiri - «Şərq romantizmin»
yaradanlardan biridir.
Yaşar Qarayev,
AMEA-nın müxbir üzvü
«Cavidin yaradıcılıq aləmi zəngin olduğu qədər də mürəkkəbdir, təzadlıdır.
Lakin, bununla belə onun sənətkarlıq təkamülünü, yaradıcılığı boyunca izlədiyi
fikirləri başa düşmək çətin deyil. Bunun üçün Cavidi, onun zəngin irsini
diqqətlə, dərindən öyrənmək lazımdır. Ən başlıcası, bu sənətkarı gərək hər kəs
istədiyi kimi yozmasın.»
***
...Hüseyn Cavid.
Eh adlar vardır ki, onları eşidəndə təqdim və tərif gərək olmur. Onlar nə
əlavə izahata, nə köməkçi bir əlamətə, nə də fəxri ada, nişana, təmtəraqlı
ünvana möhtac görünmürlər.
Belə adların, bu cür adamların şöhrəti təbii, hörməti qanuni olur. Belə
şəxsiyyətlərin qazandıqları məhəbbət sonsuz, etimad isə misilsizdir. Onlara
qarşı xalqın rəğbəti az qala pərəstiş rəsminə çevrilir. Onların yazdıqları,
dedikləri insanı saflaşdıran, ucaldan, nəcibləşdirən təsir və təlqin qüvvəsi
kəsb edir.
***
Heyrətli bir aləmdir Hüseyn Cavidin poeziyası, dramalurgiyası! Təzadlarla dolu,
münaqişəli, mubarızəlı bır aləm!..
...О, əbədiyyətdə yenilik əlamətlərini, yenilikdə əbədiyyətin, Cavidliyin
nişanələrini görür.
Görür və göstərir.
Cavid cavidani sənətkardır.
Mehdi Məmmədov,
Xalq artisti
Cavid olduqca təvazökar, sözün müsbət mənasında, insanı heyrətə gətirən bir
qürura malik idi. O, insanlara dərin hörmət və məhəbbət bəsləyər, bununla yanaşı
kimsədən asılı olmaq istəməzdi.
Rza Təhmasib
xalq artisti
Hüseyn Cavid təqribən 30 il davam etmiş yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını
həm məzmun, həm də janrca zənginləşdirmiş qüdrətli şair-dramaturqdur. Onun
əsərləri ilə ədəbiyyatımızın mövzular aləmi xeyli vüsətlənmiş, dramaturgiyamıza
yüksək bəşəri konfliktlər, dərin düşüncəli, həssas ürəkli, böyük ehtiraslı
parlaq xarakterlər gəlmişdir. «Ana», «Şeyx Sənan» və «İblis» əsərləri ilə Сavid
Azərbaycanda mənzum faciə janrının əsasını qoymuşdur.
Bəkir Nəbiyev,
professor
«İblis» əsərində Cavidin müharibələr əleyhinə humanist mütəfəkkir ideyaları ilə
yanaşı, insan zəiflikləri qarşısında diz çökməmək çağırışı qiymətlidir. Cavid
sübut etmək istəyir ki, həyatda xoşbəxt yaşamaq üçün onun çətinlikhrini aradan
qaldırmaq lazımdır, cəmiyyətdəki ədalətsizliklərə qarşı mübarizə etməmək
zəiflikdir və bu zəiflik insanları hər bir cinayətə sövq edə bilər.
T.Əfəndiyev,
professor
İblis fənalıqların simvoludur. О, mənəviyyatı və yenilikləri inkar edən bir
ruhdur. Vəzifəsi insanlardakı mənəvi qüvvələri söndürmək və maddi qüvvələri
inkişaf etdirməkdir. Odur ki, Arifı iğva etmək, onun qəlbinə təsir edə bilmək
üçün dürlü-dürlü planlar quruyor və onu insani əxlaq və yüksək duyğulardan
uzaqlaşdırmağa, bataqlıqda adi və alçaq həyata sürükləməyə çalışıyor.
Abdulla Şaiq,
şair
H.Cavid gözəli, gözəlliyi, insanın saf, müqəddəs məhəbbətini yazmışdır. O,
dünyada azadlığın və səadətin təntənəsini görmək istəmişdir.
«Cavid» sözü əbədi, ölməz deməkdir. Yazıb-yaratdığı yüksək bədii əsərlər Hüseyn
Cavidin ömrünü həqiqətən əbədi etmişdir.
«Şeyx Sənarı» müəllifi Hüseyn Cavid Azərbaycanın sovetləşdirilməsindən sonra bir
çox mənzumələr yazır. Bunlardan mənsur «Topal Teymur» və mənzum «Peyğəmbər»
sovet rəhbəilərini çox məşğul edir. Şairin bu iki əsəri oxuculara olduqca dərin
təsir buraxır. Oncə oynanmasına ıcazə verilərı «Topal Teymur» tamaşaçıları
həyəcana gətirir. Əhali türklüyün ümumi qəhrəman tipi Teymurləngdən fövqəladə
dərəcədə məmnun və coşğun olur. Məsələni sonradan başa düşən bolşeviklər pyesin
göstərilməsini qadağan edirlər.
M.Ə.Rəsulzadə,
ictimai-siyasi xadim
H. Сavid Azərbaycan xalqının Şekspiridir.
Mikayıl Müşfıq,
şair
Hüseyn Cavid Azərbaycan ədəbiyyatında qüdrətli bir faciə ustası idi. Onun
romantik qanadlı şeiri yüksək sənətkarlıq nümunəsi idi.
Rəsul Rza,
xalq şairi
Səhnədə mütərəqqi fəlsəfi fikirlər, işıqlı Cavid humanizmi yüksək şeriyyətlə
üzvi surətdə birləşmiş şəkildə canlanır və tamaşaçıların mənəvi yüksəlişinə,
nikbin ruhla, şüurun və insaniyyətin qələbəsinə möhkəm inamla teatrdan çıxmasına
səbəb olur.
Mirzə İbrahimov,
xalq yazıçısı
«Xəyyam» tamaşası sənətimizin növbəti nailiyyətidir Bu nailiyyət sevimli
teatrımızın son dövr həyatında nəzərə çarpan canlanmanın gözəl bir rəmzidir.
Məmməd Arif,
yazıçı
H.Cavıd Azərbaycan ədəbiyyatı tarixində xüsusi movqeyı olan qüdrətli söz
ustalarından biridir. Onun sənətı məzmunca yüksək olduğu kimi bədii forma
cəhətindən də zəngın, əlvandır. Novator lirik şerlər, liro-epik, epik poemalar
yazmaqla yanaşı Cavid Azərbaycan sənətinə faciə və dramlardan ibarət beş əsər
vermişdir. Cavid dramaturgiyası sözün həqiqi mənasında xarakterlər
dramaturgiyasıdır. Bu baxımdan onun dram sənətkarlığını ancaq dünyanın ən böyük
dramaturqları ilə müqayisə etmək olar.
Məmməd Cəfər,
əməkdar elm xadimi
Son dərəcə ziddiyyətli, son dərəcə mürəkkəb bir həyat və yaradıcılıq yolu keçən Cavidin ilham pərisi daim həqıqət eşqi ilə qanad çalmış, həqiqət eşqi ilə alovlanıb yanmışdır...
Bütün böyük başqa sənətkarlar kimi H.Cavid üçün də həqiqətin: ancaq bircə mənası vardır ki, bu da öz doğma xalqını azad, xoşbəxt və mədəni görmək, ana Vətənə xidmət etmək arzusudur.
A.Zamanov,
yazıçısı,
professor
Məşhur Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin, indi də Azərbaycan səhnəsində müvəffəqiyyətlə göstərilən romantik «Şeyx Sənan» faciəsi məhz milli zəmini üzərində yüksəlib, nəcib insanpərvərlik ideyalarını təbliğ edən əsərlərə nümunə ola bilər.
Georgi Lomidze,
professor
Həyat həqiqəti ilə arzu və xəyal arasındakı ziddiyyət onun dram əsərlərinin hərəkətverici qüvvəsidir. Buna görə də H.Cavid müstəsna hadisə, müstəsna hərəkətlər, müstəsna xarakter, müstəsna fabulalar yaradır.
H.Cavid orijinal təbiətə malik bir şair idi. Onun bır misrasını silmək, başqa bir misra ilə əvəz etmək mümkün deyildi, hətta dilinin imlasını dəyişdirmək belə böyuk cəsarət tələb edirdi.
Ə.Sultanlı,
yazıçı,
professor
H.Cavid hər zaman təzədir. Bu təzəliyin başlıca mənbəyi şairin tərənnüm etdiyi fıkirlərin dərinlik və vüsətində, toxunduğu mövzuların böyüklük və siqlətində, təblığ etdiyi və əsaslandırdığı demokratik-humanıst ideyaların parlaqlığındadır.
Məsud Əlioğlu,
yazıçı
Şair və teatr özü-özlüyündə bir
problemdir ki, səhnə sənətinə yeni keyfıyyət gətirir. Azərbaycanda poetik
teatrın banisi Caviddir.
...Cavid yaradıcılığı teatrla üzvi surətdə bağlıdır və Cavidin şübhəsiz, öz
teatrı vardır. Cavidi teatrsız, teatrı Cavidsiz düşünmək olmaz.
Cəfər Cəfərov,
professor
Cavidin yaratdığı dil və üslub haralardan alınır-alınsın, nə kimi ilhamlardan
doğur-doğsun, Azərbaycandakı şair və ədiblərimiz içində ən müstəsna, ən zərif və
narın bir dildir.
Hənəfi Zeynallı,
yazıçısı,
professor
...O elə bir «sübh şəfəqi» idi ki,
işığı əsrlərin süzgəcindən süzülüb gəlir və həmişə də öz ilkin ehtirası ilə,
ilkin şövqü ilə parıldayır. Əsrlər bir-birini əvəz edir, о İşıq isə həmişə
İstedadı özünə çəkir. Çünki о İşığı da İstedad alovlandırıb.
Elçin,
yazıçısı,
professor