E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Hüseyn Abdulla oğlu Rasizadə (Cavid) 1882-ci il oktyabrın 24-də Naxçıvan şəhərində anadan olmuşdur.

1891-1896

İlk təhsilini mollaxanada almışdır.

1896-1898

 Məmməd Tağı Sidqinin təşkil etdiyi «Məktəbi-tərbiyə»də təhsilini davam etdirmişdir.
 

1899-1903

Təbrizin «Talibiyyə» mədrəsəsində təhsil almışdır.

1905-1913

«Keçmiş günlər» kitabına daxil olan şeirlərini yazmışdır.

1905-1917

«Bahar şəbnəmləri» kitabına daxil olan şeirlərini yazmışdır.

1906-1908

İstanbul Universitetinin Ədəbiyyat şöbəsində ali təhsil almışdır. Turk mətbuatında bəzi şeirləri dərc olunmuşdur.

İstanbulda ikən şeir müsabiqəsində iştirak etmiş, «Vərəmli qız» şeiri mükafata layiq görülmüşdür.

1909

Türkiyədən Naxçıvana, maarifpərvər Q.Şərifzadəуə yazdığı məktubunu «Hüseyn Cavid Rasizadə» kimi imzalamış və beləliklə, sonralar onun və ailə üzvlərinin soyadına çevrilmiş «Cavid» təxəllüsünü seçmişdir.

1910

Abdulla Tofıqin təşəbbüsü ilə bir müddət Gəncədə açılmış ruhani məktəbində müəllim olmuşdur.

«Ana» mənzum pyesini yazmışdır.

1912

Gəncədə Pişnamazzadənin məktəbində müəllim işlədikdən sonra Gəncə dəmiryolunda mühasiblik etmişdir.

Tiflisdə «Aliyev uçeniye» məktəbində müəllimlik etmiş, «Maral» faciəsini yazmışdır.

1912- 1914

 «Şeyx Sənan» faciəsini yazmışdır.

1913

«Ana» əsəri Tiflisdə «Gürcü şirkəti» mətbəəsində çap edilmişdir. «Keçmiş günlər» kitabı Tiflisdə «Şərq» mətbəəsində çapdan çıxmışdır.

1914

Hələ tam şəkildə çapdan çıxmamış «Bahar şəbnəmləri» şeirlər toplusu «İqbal» qəzetində hissə-hissə nəşr olunmuşdur.

Tiflisdə «İttifaq» məktəbində müəllim işləmişdir.

1915-1916

Bakıda «Səfa» məktəbində müəllim işləmişdir.

«Şeyx Sənan» faciəsi mətbuatda hissə- hissə çap olunmuşdur.

1916

«Şeyda» əsərini yazıb tamamlamışdır.

1917

Bakıda təşkil olunmuş «Ədəbiyyat» komissiyası»na üzv seçilmişdir.

«Bahar şəbnəmləri» və «Maral» faciəsi Bakıda çap olunmuşdur.

«Şeyx Sənan» və «Şeyda» əsərləri «Açıq söz» qəzetinin mətbəəsində çap olunmuşdur.

«Uçurum» faciəsini yazmışdır.

1918

Erməni daşnaklarının Bakıya hücumu ilə əlaqədar olaraq Bakıdan Təbrizə, oradan isə Naxçıvana gedir.

Naxçıvanda «Rüşdiyyə» məktəbində müəllim işləyir. Naxçıvanda Mişkinaz xanımla ailə qurur.

«İblis» faciəsini yazmışdır.

1918
2 avqust

«Maral» faciəsi Krımda tamaşaya qoyulmuşdur.

1918

Bakıya köçür, hazırlıq kursunda ədəbiyyatdan dərs deyir. Bir müddət qız məktəbində şəriət müəllimi işləyir.

1919

Müəllimlər ittifaqnın iclasında idarə heyətinə üzv seçilmişdir.

1919 iyul

Azərbaycan Müəllimlər Konfransında Təlifat heyətinə seçilmişdir.

1920 15 mart

«Yaşıl qələm» dərnəyinin ümumi iclasında cəmiyyətin nizamnaməsini hazırlayan komissiyaya üzv seçilmişdir.

1920 aprel

 «Uçurum» əsəri mətbuatda hissə-hissə dərc olunmuşdur.

1920 oktyabr

1918-ci ildə yazdığı «İblis» əsəri ilk dəfə olaraq Aşqabadda tamaşaya qoyulmuşdur.

1920 noyabr

  «İblis» əsərinin ilk variantı mətbuatda dərc olunmuşdur.

1921 dekabr

«İblis» əsəri ilk dəfə olaraq Dövlət teatrında tamaşaya qoyulmuşdur.

1920 avqust

«Tənqid-təbliğ» teatrının repertuar komissiyasına üzv seçilmişdir.

1921 11 noyabr

«Şeyx Sənan» əsəri Dövlət Teatrında ilk dəfə səhnəyə qoyulmuşdur.

1921 dekabr

«Afət» əsəri mətbuatda hissə-hissə çap edilmişdir.

1922 27 mart

İkinci dərəcəli 3, 4, 7-ci məktəblərin müəllim və tələbələri tərəfındən N.Nərimanovun təşəbbüsü ilə «Cavid gecəsi» keçirilmişdir.

1922 14 aprel

«Afət» əsəri ilk dəfə Dövlət Dram Teatrında səhnəyə qoyulmuşdur.

1922 2 iyun

«Uçurum» əsəri ilk dəfə D.Bünyadzadə ad. Hökümət teatrında oynanılmışdır.

1922 15 dekabr

«Şeyda» əsəri ilk dəfə Hökümət teatrında oynanılmışdır.

1922- 1923

«Peyğəmbər» mənzum dramını yazmışdır.

1923

 «Peyğəmbər» əsəri mətbuatda hissə-hissə çap olunmuşdur.

1923 iyun

Azərbaycan yazıçı, ədib və şairlərinin təşkilat komissiyasnın heyətinə daxil edilmişdir.

1923 avqust

 «Azərbaycan ədib və şairlər dərnəyi» təşkil olunmuş, H.Cavid heyət üzvlüyünə seçilmişdir.

1923- 1924

M.Maqomayev «İblis» əsəri əsasında eyniadlı opera yazmışdır.

«Peyğəmbər» əsəri «Azərbaycan Xalq Maarif Komissarlığı» nəşriyyatı tərəfındən çap olunmuşdur.

1924

Bakıdakı II dərəcəli 16-cı ünas şura məktəbinə H.Cavidin adı verilmişdir.

«İblis» faciəsi ilk dəfə kitab şəklində çap edilmişdir.

1925

«Topal Teymur» tarixi dramını yazmışdır.

1926 fevral

Bakıda keçirilən I Türkoloji qurultayda iştirak etmişdir.

1926 iyun-oktyabr

Gözlərini müalicə etdirmək məqsədilə Xalq Maarif Komissarlığı tərəfındən Berlinə göndərilir.

1926

Bu ildən etibarən «Azər» poemasına daxil olan bəzi şeirlər mətbuatda hissə-hissə dərc olunur.

«Topal Teymur» əsəri «Azərnəşr» tərəfındən çap olunur.

«Uçurum» əsəri kitab şəklində çap olunmuşdur.

1926 15 noyabr

«Topal Teymur» əsəri ilk dəfə Akademik Teatrda tamaşaya qoyulmuşdur.

1927

Xalq Komissarları Şurasının göstərişi ilə H.Cavidə təqaüd verilməsi haqqında qərar qəbul olunmuşdur.

1928

«Şeyx Sənan» əsəri ilk dəfə Tabriz səhnəsində tamaşaya qoyulmuşdur. Bakı Sovetinin Plenumunda iştirak etmişdir.

1928- 1929

 «Knyaz» mənzum faciəsini yazmışdır.

1929

Yeni əlifba imla konfransında iştirak etmişdir. Bakıda Gürcüstan və Azərbaycan yazıçılarınınn iştirakı ilə keçirilmiş tədbirə H.Cavid də qatılmışdır.

1929 iyun

Zaqafqaziya Şura yazıçıları və İncəsənət Xadimləri Birliyinin Təşkilat komissiyasına üzv seçilmişdir. Bir çox yazıçıların da qatıldığı nümayəndə heyətinin tərkibində Cavid Gürcüstana və Ermənistana yola düşmüşdür.

1930 mart

Tiflis Dövlət Qırmızı Ordu Teatrında «Knyaz» pyesi ilk dəfə tamaşaya qoyulmuşdur.

1930
1 aprel

«Knyaz» pyesi ilk dəfə Türk Bədaye Teatrında tamaşaya qoyulmuşdur.

1931- 1932

Cənubi Azərbaycan həyatından bəhs edən «Telli saz» əsərini yazmışdır.

1932

Firdovsinin 1000 illik yubileyinə həsr etdiyi «Seyavüş» faciəsini yazmışdır.

1933

Azərbaycan SSR Yazıçıları Cəmiyyətinin Təşkilat komitəsinin I plenumunda iştirak etmişdir.

1933  yanvar

«Seyavüş» əsərinin bəzi hissələri mətbuatda dərc olunmuşdur.

1931 aprel

Azərbaycan Şura Yazıçıları İttifaqının Təşkilat komitəsində Cavidin də daxil olduğu qəbul komissiyası seçilmişdir

1932

«Seyavüş» əsəri «Azərnəşr»də çap olunmuşdur.

1934 mart

«Seyavüş» əsəri ilk dəfə Dövlət Teatrında tamaşaya qoyulmuşdur.

1934 iyun

Azərbaycan Yazıçılarının I qurultayında çıxış etmişdir.

1934- 1935

«Xəyyam» və «Şəhla» əsərlərini yazmışdır.

1935 oktyabr

Şura Yazıçıları İttifaqı dramaturqlarının iclasında iştirak etmişdir.

1935 dekabr

Zaqafqaziya dramaturqlarının Вакı müşavirəsində iştirak etmişdir.

Pedaqoji İnstitutda keçirilən ədəbi konfransda iştirak etmişdir.

1934

 Moskva, Leninqrad və Minskdə keçirilən Azərbaycan poeziya və dramı günlərində iştirak etmişdir. «Xəyyam» əsəri ədəbi əsərlər müsabiqəsində mükafata layiq görülmüşdür.

1936-1937

«İblisin intiqamı» əsərini yazmışdır.

1937 3 iyun

Azərbaycan K(b)P-nin 13-cü qurultayında Cavidə «Gizli millətçi əksinqilabi taşkilat»da iştirakına görə ittiham irəli sürülmüşdür.

1937 3-4 iyun

Hüseyn Cavid həbs olunmuşdur.

1935 2 iyun

Yazıçılar İttifaqından xaric olunmuşdur.

1937-1939

Keşlə və Bayıl həbsxanalarında dustaq olmuşdur.

1939 9 iyun

Antisovet təşkilatında və təbliğatında iştirakına görə» 8 il müddətinə islah- əmak müəssisəsinə sürgün edilməsı haqqında qərar verilmişdir.

1939
4 iyul

 Sibirə sürgün olunmuşdur.

1941 5 dekabr

İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko qəsəbəsində 59 yaşında vəfat etmişdir.

1948 31 mart

Ölümü haqqında şəhadətnamə ailəsinə göndərilmişdir.

1956 6 mart

 Azərbaycan SSR Ali Məhkəməsinin hökmünə görə Cavidə bəraət verilmişdir

1957

Turan Cavid İrəvanda «Xəyyam» əsərinin üzü köçürülmüş əlyazmasını əldə etmişdir.

1962 H.Cavidin 80 illik yubileyi qeyd olunmuşdur.
1970
12 mart

M.Məmmədovun rejissorluğu ilə «Xəyyam» əsəri ilk dəfə səhnəyə qoyulmuşdur.

1981 21 iyul

Azərbaycan KP MK H.Cavidin 100 illiyi ilə bağlı qərar qəbul etmişdir.

1981 25 noyabr

H.Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK və Nazirlər Soveti Hüseyn Cavidin Bakıda və Naxçıvanda ev muzeylərinin yaradılması haqqinda 604 saylı qərar qəbul etmişlər.

1982 26 oktyabr

Cavidin cənazəsi Sibirdən Bakıya gətirilmişdir.

1982 3 noyabr

Cavidin cənazəsi Naxçıvanda dəfn olunmuşdur.

1984 8 iyun

M.Əzizbəyov adına teatrda H.Cavidin 100 illiyi keçirilmişdir.

1991 16 aprel

Respublika Mədəniyyət Nazirliyinin 74 saylı qərarı ilə Hüseyn Cavidin ev muzeyi üçün Azərbaycan Dövlət Əlyazmalar İnstitutunun yerləşdiyi binanın I mərtəbəsində 5 otaq ayrılmışdır.

1992

H.Cavidin 110 illiyi Naxçıvanda qeyd olunmuşdur.

1993 27 may

Bakida Cavidin abidəsi açılmışdır.

1995 10 iyul

Respublika Prezidenti H.Əliyevin yanında «H.Cavidin məqbərəsinin yaradılması və ev muzeyinin açılması» ilə əlaqədar müşavirə keçirilmişdir. Respublika Nazirlər Kabinetinin 160 saylı qərarı ilə Hüseyn Cavidin ev muzeyi həmin binanın III mərtəbəsində yerləşən mənzilə köçürülmüşdür.

1996 29 oktyabr

Naxçıvanda Hüseyn Cavidin məqbərəsi açılmışdır.

1997 20 iyun

Ukrayna alimi Nikolay Çernıxin kəşf etdiyi 6262 saylı kiçik planetə Beynəlxalq Astronomiya İttifaqının qərarı ilə Hüseyn Cavidin adı verilmişdir.

2002

H.Cavidin 120 illiyi münasibətilə əsərlərindən seçmələr ilk dəfə olaraq imlasına toxunmadan «Hüseyn Cavid» kitabında çap olunmuşdur.

2002 23 oktyabr

Hüseyn Cavidin 120 illik yubileyi keçirilməsı haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamışdır.

2002 24 oktyabr

Hüseyn Cavidin 120-ci doğum günündə Bakıda ev muzeyi açılmışdır.

2004

İlk dəfə olaraq H.Cavidin ev muzeyinin bukleti çap olunmuşdur.

2005

Respublika Prezidenti İ.Əliyevin sərəncamına əsasən H.Cavidin əsərlərinin tam külliyyatı 5 cilddə çap olunmuşdur.

H.Cavidin yaradıcılığı ilə bağlı müxtəlif illərdə yazılmış məqalələrdən ibarət «Cavidşünaslıq» toplusu H. Cavidin ev muzeyində hazırlanıb çap edilmişdir.

2007 17 aprel

Hüseyn Cavidin 125 illik yubileyi keçirilməsı haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamışdır.

2012 16 fevral

Hüseyn Cavidin 130 illik yubileyi keçirilməsı haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamışdır.

2017 24 oktyabr

Hüseyn Cavidin 135 illik yubileyi keçirilməsı haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamışdır.

2022 24 sentyabr

Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamışdır.

   

<< Geri