"Hüseyn Cavidin 130 illik
yubileyinin keçirilməsi haqqında" Prezident İlham Əliyevin Sərəncamından
irəli gələrək, sentyabrın 11-də Monteneqronun paytaxtı Podqoritsa
şəhərinin tarixi "Kral parkı"nda Azərbaycan xalqının görkəmli şair və
dramaturqu Hüseyn Cavidin büstünün və şəhərin mərkəz hissəsində "Bakı"
küçəsinin təntənəli açılış mərasimi keçirilib.
Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyin-dən BiG.AZ axsam.az-a
istinadən bildirir ki, tədbirdə Monteneqronun Baş naziri Milo Cukanoviç
və Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, dövlət
və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, ölkənin
tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimləri, KİV
nümayəndələri iştirak edib.
Mərasimdə E.Əfəndiyev, Azərbaycanın Monteneqrodakı səfiri E.Həsənov,
Monteneqronun mədəniyyət naziri B.Miçunoviç və Podqoritsa şəhərinin meri
M.Muqoşa çıxış edib.
Daha
sonra parkda Azərbaycan və Monteneqro əlaqələrinin dostluğunun və sülhün
tərənnümü olan dəfnə ağacı əkilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin birbaşa səyləri
nəticəsində cənazəsi qürbətdən, uzaq Sibirdən Vətənə gətirilərək,
doğulduğu torpaqda dəfn edilən Hüseyn Cavidin Monteneqroda
əbədiləşdirilməsi və büstünün ucaldılması Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilib.
Parkın girişində Azərbaycan və Monteneqronun gerblərinin altında hər iki
dildə "Kral parkı"nda yenidənqurma və abadlaşdırma işləri, Azərbaycan və
Monteneqro xalqlarının dostluq əlaqələrinin rəmzi kimi Prezident İlham
Əliyevin təşəbbüsü, Azərbaycan hökumətinin və Podqoritsa şəhər
meriyasının dəstəyi ilə həyata keçirilib" sözləri yazılmış lövhələr
vurulub.
Parkın inşası zamanı
Azərbaycanın və Monteneqronun milli memarlıq üslublarından geniş
istifadə olunub.
Açılış
mərasimində Monteneqronun Parkın abadlaşdırılması ölkə ictimaiyyəti
tərəfindən yüksək qiymətləndirilib.