Doqquz əsrə yaxın bundan əvvəl elm və mədəniyyət ocağı olan Gəncə şəhərində
böyük Nizami Gəncəvinin ölməz əsərləri yarandı! Bu əsərlər dünya poeziyasına
yeni vüsət, fikir və hisslərin yeni zənginliyini gətirərək onu gələcək əsrlərin
yüksəkliyinə qaldırdı!
Bu əsərlər insan zəkasındakı hikmətin sirlərini tərənnüm edirdi. Bu əsərlərdə
insan aqibəti haqqında, qəhrəmanlığın, qorxaqlığın, böyüklüyün və kiçikliyin
faciəsi haqqında təmkinlə düşünən cahanşümul bir filosofun əbədi surəti
yaranmışdı.
Onun əsərləri böyük xalq ürəyinin tərcümanı idi. Aydının, Oqtay Eloğlunun
iztirabları, Elxan Biləgənlinin, Sevilin, Almazın mübarizəsi məhz Azərbaycan
xalqının iztirabları, mübarizəsi idi. Cavan ərini sevə-sevə onun üçün hər bir
fədakarlığa hazır olaola Dövlət bəylərin cəhənnəminə düşən Gültəkinin faciəsi
keçmiş, məsum, fədakar Azərbaycan qadınının faciəsi idi. Cəfər Cabbarlı bütün
ruhu ilə, bütün istedadı ilə Azərbaycan xalqına bağlı idi.
Qara Qarayev heç bir zaman unudulmayacaq. Ü.Hacıbəyovun başladığı böyük və
tarixi işi yeni yüksəkliyə qaldıraraq azəri musiqisini ən qabaqcıl dünya musiqi
mədəniyyəti xəzinəsinə daxil etdi... Qara Qarayevin musiqisində azəri xalqının
milli ruhu ilə müasir mədəniyyətin ab-havası, müasir mütərəqqi ideyalar təbii
bir gözəlliklə birləşmişdir.
Həqiqi sənətkar səmimi olmaya bilməz. Xalq isə bu səmimiyyəti duymaqda fövqəladə
həssaslığa malikdir. Xalq, deyək ki, dünya satirik poeziyasının ən amansız
nümunələrini yaratmış, böyük Sabirdəki el dərdini duyduğu üçün ürəyində onun
əbədi abidəsini yaratmışdır. Sənətkar səmimiyyəti sehrkar bir qüvvəyə malikdir.
Heç bir tərif, heç bir movzəçilik onu əvəz eləyə bilməz... Şaiqə sönməz maraq və
hörmətin də əsl sirri bundadır!
Biz ilk dəfə gözümüzü Abdulla Şaiq şeirləri, nağılları ilə açmışıq. İllər
keçəcək, yeni-yeni nəsillər gələcək, Şaiq bizim üçün olduğu kimi, onlar üçün də
həmişə əziz olacaq.
Səmədin dili sanki Vətənimizin hər gülündən bir rəng, hər çiçəyindən bir ətir
almışdır, sanki suların almaz parıltısından, dağların əzəmətindən, Azərbaycan
günəşinin həyatverici istisindən gözəllik və qüvvət almışdır...
Bu ahəng, bu musiqi, bu sadəlik sanki qəlbimizdə çırpınan duyğuların özüdür
O zamankı həyatın elə bir gizli guşəsi qalmamışdır ki, Sabir satirasının
projektoru ora düşüb, gözəgörünməz mikroblar kimi hərəkət edən yaramazları
işıqlandırıb atəşə tutmasın. Onun yaradıcılığı sonsuz surətlər silsiləsinə
malikdir.
Məlumdur ki, şairin hökmü bədii təfəkkürün tərliyindən, romantik reallığından,
zamanın pozitiv həqiqəti düzgün duymasından irəli gəlir! Həmişə Süleyman Rüstəm
şeirinin forması məzmundan doğur, pafosun, coşğunluğun, fikrin vuruş sürətinə
tabe olur.
Azərbəycan sovet poeziyasının yüksəlişində, şeirimizin zənginləşməsində,
saflaşdırılmasında Rəsul Rza yaradıcılığının tarixi xidməti vardır. Onun
poeziyası hər cür sadəlövh fəlsəfəçiliyə, saxta xəlqiliyə, ucuz heyranlığa zidd
olan, həyatın real hadisələrindən doğub mərdanə romantika ilə uzaq üfüqlərə
qanadlanan poeziyadır.
Nə qədər ki, dilimiz yaşayır, nə qədər ki, poeziyaya mənəvi ehtiyacımız var,
Rəsul Rza da bizimlə olacaq.
Osman Sarıvəllinin tərənnüm etdiyi hisslərdə, həyat lövhələrində daima insana
xoş gələn bir təravət vardır. Onun rübabının səsi qocalara da, cavanlara da,
ziyalılara da, azsavadlılara da təsir edir, həyəcanlandırır... Onun
şeirlərindəki duyğular bahar gecələrinin ətirli nəsimi kimi ürəkləri oxşayır.
Mir Cəlalın... geniş və xeyirli yaradıcılığı haqqında düşünməmək mümkün deyildir...
О, nədən yazırsa yazsın, daim səmimi olmuş, daim özünə, öz məslək və vicdanına
sadiq qalmışdır.
Mən hələ yazıçı olmadığım zamanlarda onun əsərlərini diqqətlə izlərdim. Mir
Cəlalın əsərlərindəki səmimiyyət, doğruçuluq və ilıq həyati yumor həmişə məni
cəzb edərdi.
Siz həyatınızı dünyada ən yüksək, ən nəcib bir ideal uğrunda mübarizəyə sərf
etmişsiniz. Sizi xatırlayarkən, bizim xəyalımıza gələn ilk düşüncə, ilk fikir bu
olur. Xalq məhəbbəti, xalq sevgisi sizin birinci bəşəri xüsusiyyətiniz olmuşdur.
Budur, mən keçmişin səhifələrini vərəqləyərkən, nəzərlərim sizin – gözəl insan,
fədakar maarifçi, səmimi yazıçı Süleyman Saninin üzərində dayanır və düşünürəm
ki, bu nəcib insanın dünyada qələmi ilə xalqından başqa heç nəyi, heç bir arzu
və diləyi olmamışdır.
Eyni sözləri istedadlı şairə Mirvarid Dilbazi haqqında da demək olar. Vətənə,
xalqa bağlılıq, heyranlıq onun şeirlərində sanki incə bir musiqiyə çevrilir. Bu
musiqidə elə bil ki, bahar sularının şırıltısını, yenicə qayıtmış sığırçınların,
qaranquşların həyəcanlı səslərini eşidirik. Ağ, çəhrayı meşə çiçəklərinin
rayihəsini duyuruq. Şairədə Azərbaycan təbiətinə bir vurğunluq vardır və az qala
bu nəcib hiss onun zərif şeirlərinin bir leytmotivinə çevrilir.
Müasir Azərbaycan uşaq ədəbiyyatının inkişafında görkəmli xidmətli olan
şairlərimizdən biri də Zeynal Cabbarzadədir. O, həm böyüklər, həm də kiçiklər
üçün yazan, rəvan bədii dilə, lirik ahəngə malik məhsuldar bir şairdir. Onun
onlarca gözəl mahnılar kimə məlum deyil? O, həmişə səmimi və açıq qəlblidir.
Mən onu ilk dəfə Xuraman rolunda görmüşəm. Onun müxtəlif psixoloji anlarda,
tez-tez baş verən ruhi dönüş məqamlarında göstərdiyi ustalıq, məharət və incəlik
mənə о qədər təsir etmişdi ki, teatrdan çıxandan sonra da uzun müddət Xuraman
gözümün
qabağından çəkilmirdi... О azərbaycanlı Xuramanı necə təbii yaradırsa, rus
qadını Katerinanı da elə koloritik və gözəl ifa edir.
Fatma Qədri geniş yaradıcılıq vüsətinə malik sənətkardır.
Hökumə Antonionun zühuru ilə Misir çariçasının qəlbində
başlayan məhəbbət tufanını о qədər təbii, о qədər həssas, о qədər dərin
ehtirasla yaradır ki, adam səhnəni unudur, qarşısında yalnız sevən və bu sevgini bütün varlığı, bütün vücudu ilə hiss edən bir qadın
görünür. Bir an adama elə gəlir ki, onun bütün taxt-tacı bu məhəbbətin, bu
ehtirasın qarşısında bir heçdir.
Əli Vəliyev sözübütöv, karagələn bir adam kimi tanınırdı, buna görə də çətinliyə
düşən adamların tez-tez ona müraciət etmələri
təsadüfi deyildi....Əli Vəliyev qəzetdə, jurnalda redaktor olanda da, başqa
vəzifələrdə də, həmişə istedad hiss elədiyi gənc yazıçılara, şairlərə əlindən
gələn köməyi əsirgəmirdi. Ona görə də, gənc yazıçılar özlərində ona qarşı bir
doğmalıq hiss eləyirdilər. Kömək lazım olanda ona müraciət edirdilər.
Adil İsgəndərov öz işində, necə deyərlər, bütöv sənətkar idi. Onun
quruluşlarında həll olunmamış mətləbə, tamamlanmamış epizoda rast gəlmək olmazdı.
Heç bir detal onun nəzərindən yayınmazdı. O, realist bir sənətkar olmaqla
bərabər, romantik idi. Onun səhnə realizmi qanadlı, şairanə bir realizm idi.
Stanislavski üsulunu, Moskva Bədaye Teatrının ənənələrini yaradıcı şəkildə bizim
akademik teatra gətirən, bu ənənələri Azərbaycan xalqının temperamenti ilə,
Azərbaycan koloriti ilə birləşdirərək, məhz milli ruhda inkişaf etdirən böyük
rejissorumuz Adil İsgəndərov olub.
“Azərbaycan”ın keçdiyi yol bizim hər birimizin mənəvi həyatı ilə bağlı olmuşdur...
Biz balaca bir rayon şəhəri olan Füzulidə yaşayırdıq... Elə bil ki, о, hələ
məktəb masasında oturan bizi böyük, geniş xarici dünya ilə bağlayırdı...
Bizim ilk əsərlərimizi də xalqa о tanıtdırdı. “Gözlənilməyən sevgi” adlı ilk
hekayəm onda nəşr olunanda aldığım məktublar, vurulan zənglər, о zaman heç kəsin
tanımadığı bir gənc olan məndə yaratdığı hisslər indi də yadımdadır.
İsa Hüseynovun əsərlərini həmişə maraqla oxuyur və izləyirəm. Onun yazı
manerasındakı sadəlik, şairanəlik və xalq ruhu mənə bir oxucu, bir yazıçı kimi
xoş gəlir, hiss edirəm ki, o yazarkən çətinlik çəkmir, özünü yormur, hadisələrin
təbii axını ilə gedərək, həyatdakı mühüm cəhətləri, xüsusiyyətləri nəzərdən qaçırmır.
Hiss olunur ki, o, insan əhvali-ruhiyyəsinə, münasibətlərinə dərindən nüfuz
etmək, onları bir yazıçı kimi açıb göstərmək istəyir. O, öz qəhrəmanlarını yaxşı
bildiyi, yaxşı tanıyıb duyduğu kənd həyatından seçir və təsvir edir.
Həqiqi bütöv insan qəflətən öləndə, elə bil ki, meşədə qüdrətli bir palıd
yıxılır.
Ənvər Əlibəyli həqiqi bütöv insan idi: onun təbiətində də, poeziyasında da
mərdanəlik var idi. Sənətdə əsl poeziyanı saf və mərd ürəklər yaradır!
Ənvərin şeirləri mənə həmişə çınqıllar arasına səpələnmiş
dağ güllərini xatırladır.
Onu tanıtdırmaq üçün car çəkilməmişdir. Rəssamın əsərləri hamıya “gəl-gəl” deyir.
Göy qurşağı səmada necə əlvan, necə rəngarəngdirsə, Tahirin də sənət yolunda
qoyduğu izlər o qədər gözəldir.
Ədəbiyyata yeni-yeni gənc qüvvələr gəlirdi. Bunların içərisində Zeynal Xəlil
xüsusilə seçilirdi. Onun lap ilk şeirlərində nəzər-diqqəti cəlb edən bir
aydınlıq, yığcamlıq, hədəfi sərrast nişan almaq cəhdi var idi. O da, şeirimizin
özündən əvvəlki nümayəndələri kimi, öz mövzusunu xalqdan, onun qurmaqda olduğu
yeni həyatdan alırdı.
Tofiq təbiətən şairanə və olduqca həssas bir şəxsiyyət idi.
İstər əsərdə, istərsə də aktyor oyununda psixoloji momentləri dərindən duyurdu
və özü də həyatda belə idi. Yalançı pafosdan, zahiri təmtəraqdan, tamaşaçıları
güldürmək üçün yalançı komizmdən bərk acığı gəlirdi və özü də həyatda belə idi.
O, həqiqi sənət üçün yaranmış bir istedad idi...
Mehdi çox maraqlı, orijinal bir şəxsiyyət idi. Ədəbiyyatımızda, incəsənətimizdə
baş verən müvəffəqiyyətsizliklər, gerilik əlamətləri onu əsəbiləşdirib özündən
çıxarırdı. O, belə halların heç birinə qarşı biganə qala bilmirdi. Elə bil ki,
bütün bunlarla mübarizə aparmaq onun şəxsi, doğma işi idi. Elə bil, o, bunların
hamısına məsul idi. Mehdi nöqsanlara qarşı amansız olduğu qədər də
müvəffəqiyyətlərə sevinirdi. Salyeri paxıllığı ondan uzaq idi.
Mehdi müasir mədəniyyətin, deyərdim ki, zirvəsində dayanan adamlardan idi. Dünya
ədəbiyyatına yaxşı bələd idi. Həm də ki, heç bir tərifli əsərləri belə doğma
kimi qəbul etməzdi. Bizim ədəbiyyatımızı da həmişə diqqətlə izləyirdi, güclü və
zəif cəhətləri haqqında aydın fikirləri olurdu.
Sabit Rəhman elə adam idi ki, onunla hər şey danışmaq olardı. Hətta, ən ağır, ən
çətin illərdə belə...
Sabit Rəhman ölkənin mədəni-iqtisadi yüksəlişi barədəki xalqı təngə gətirən
bitib-tükənməz təbliğatla həqiqət arasındakı uçurumu görüb hiss eləyən yazıçı
idi.
Bu cəmiyyətdə aldanan insanlar, özlərindən asılı olmayaraq, gülünc vəziyyətlərə
düşürdülər və bunu Sabit kimi istedadlı yazıçılar hiss etməyə bilməzdilər.
Mən, həmişə Sabit barədə fikirləşəndə, istər-istəməz, teatr barədə fikirləşirəm.
Sabit Rəhman və Azərbaycan teatrı mənim üçün bu iki anlayış arasında ən sıxı bir
yaxınlıq var...
Nigar xanım romantik təbə, təmiz, aydın koloritli dilə, zərif zövqə malik bir
şairədir. Dünya ədəbiyyatına yaxşı bələd idi. Azərbaycan Akademik Dram Teatrında
mənim gördüyüm ilk tamaşa Şillerin “Məkr və məhəbbət” faciəsi idi. Pyesi Nigar
xanım çox aydın, təbii bir dillə rus dilindən tərcümə etmişdi. Ancaq sonralar o
pyesi rus dilində oxuyarkən mənə elə gəlirdi ki, əksinə, Şillerin əsərini
Azərbaycan dilindən rus dilinə tərcümə ediblər...
İncə ruhlu həyəcanlar, romantik çalarlar, ülvi hisslər Nigar xanımın şeirində
mənim çox hiss etdiyim xüsusiyyətlərdəndir. O za-mankı estetikada vulqar
sosiologizm təbliğatı öz damğasını Nigar xanımın poeziyasına vura bilməmişdiş.
O, insan qəlbinin, insan hisslərinin fövqəladə dərəcədə güclü bir tərcümanı kimi
meydana çıxmışdı... Tolstoy bütün əsrlərin böyük sənətkarıdır!
Rəhmətlik Cəfər Cəfərov yalnız ona görə görkəmli teatrşünas deyildi
ki,yüksək intellektə və kəsərli qələmə malik idi, ona görə ki bu cəhətləri ilə
bərabər, o, səhnəni hiss edirdi.
Tofiq Kazımov təbiətən şairanə və olduqca həssas bir şəxsiyyət idi. İstər
əsərdə, istərsə də aktyor oyununda psixoloji momentləri dərindən duyurdu və özü
də həyatda belə idi. Yalançı pafosdan, zahiri təmtəraqdan, tamaşaçıları
güldürmək üçün yalançı komizmdən bərk acığı gəlirdi və özü də həyatda belə idi.
Mən onu ilk dəfə Xuraman rolunda görmüşəm. Onun müxtəlif psixoliji anlarda,
tez-tez baş verən ruhi dönüş məqamlarında göstərdiyi ustalıq, məharətvə incəlik
mənə o qədər təsir etmişdi ki, teatrdan çıxandan sonar da uzun müddət Xuraman
gözümün qabağından çəkilmirdi… O, azərbaycanlı Xuramanı necə təbii yaradırsa,
rus qadını katerinanı da elə koloritik və gözəl ifa edir. Fatma Qədri geniş
yaradıcılıq vüsətinə malik sənətkardır.
Yeri gəldi-gəlmədi “səhnə fədaisi” ifadəsini çox işlədirlər. Bəzən də o “fədai”
şişirdilmiş “fədai” olur. Səhnə fədaisi Ağasadıq Gəraybəyli idi, İsmayıl Osmanlı
idi, rəhmətlik Süleyman Tağızadə idi.
Əgər Tofiq Kazımovun və Mehdi Məmmədovun yaradıcılığını poetic
dillə səciyyələndirmək olsaydı, Tofiq rejissorluqda lirik şairdir, Mehdi isə
epic sənətkardır.
O, insan qəlbinin, insan hisslərinin fövqəladə dərəcədə güclü bir tərcümanı kimi
meydana çıxmışdı... Tolstoy bütün əsrlərin böyük sənətkarıdır!
Mərziyə Davudova, Fatma Qədri, eləcə də Sofiya Bəsirzadə
Azərbaycan dilini nəinki öyrəndiklərinə görə, bu dili hiss etdiklərinə, bu dilin
rəngarəng koloritinə bələd olduqlarına görə, bu dili hiss etdiklərinə, bu dilin
rəngarəng koloritinə bələd olduqlarına görə Azərbaycan səhnəsinin dogma
sənətkarlarıdır.
Amaliya Pənahova dramaturqun demədiklərini, yəni Heminquey aysberqinin
alt qatını görən, hiss edən və yaratmağı bacaran aktrisadır.
Həsənağa Turabov səhnədə sadə, təmtəraqsız dillə danışdı və təmtərağın
əldə edə bilməyəcəyi emosionallığı əldə etdi.
Şəfiqə Məmmədovanın istedadı ilə savadı üst-üstə düşdüyü üçün səhnədə
yaratdığı surətlərillər keçdikdən sonr da unudulmur və teatrımızda onun yeri
görünür.
Mərahim Fərzəlibəyov istedadlı rejissordur. Onunla işləmək mənim üçün
asandır, çünki məni başa düşür və həmişə çalışır ki, bunu səhnədə də təcəssümm
etdirsin. Çox zaman da istəyinə nail olur.
Mən təəssüf edirəm ki, rejissorlar Səyavuş Aslanın potensial imkanlarında
yalnız komik qəhrəmanlar görürlər. Bu komikliyi bəzən hətta hırıltı əvəz edir.
Ancaq onun böyük istedadını açılmamış istedadını görüb və açıb klassik, tragik
obrazlar yaratmaq olar. Bəlkə, heç Səyavuşun özünün də bundan xəbəri yoxdur.
Bəsti Cəfərovanın istedadı üçün rolun “müsbət”liyinin ya “mənfiliyi”nin,
yaxud komikliyinin, ya tragikliyinin əhəmiyyəti yoxdur. O, “mənfi” də də,
“müsbət”də də, kimikdə və tragikdə də eyni dərəcədə təbii və inandırıcıdır.
Ostrovskinin həyatı və əsərləri dünya ədəbiyyatının maraqlı və ən
təəccüblü hadisələrindən biridir. Bu həyat insan iradəsinin, həqiqi insan
ləyaqətinin bir təntənəsidir.
“Tolstoy!
Bu bir addır ki, insanlıq adı ilə adlanan cəmi məxluqun yanında
altmış ildən bəri ehtiram ilə çəkilib. Milyonlarla zəhmətkeşlər,
kəndlilər, yavan çörəkdən ötrü gecə-gündüz çalışanlar bu adla
özlərinə təsəlli veriblər. Molyonlarla üdəbalar, şüəralar,
müsənniflər, mühərrirlər bu ad sahibin vacibül-ehtiram biliblər. Bu
noyabr ayının 7-də hamı gördü ki, bu ad sahibi, yəyəni qraf Lev
Tolstoy insaniyyət aləminə xidmət etməkdən istefa verdi. Hamı gördü
və eşitdi ki, bir ucu Amerikadan, Asiyadan tutmuş Afrika və ümum
Avropa aləmində bu istefadan naşi nə qiyamət qopdu.