Keçmiş mənim üçün bəyiylə-xanıyla,
kəndlisiylə-fəhləsiylə, qaçaq-qulduruyla birlikdə keçmişdir, başqa
sözlə desək, ulularımızın, babalarımızın, nənələrimizin namusla
yaşadıqları ömürdü.
Hər hansı bir əsərdə qoyulan əhvalat
müəllifin özünü dərindən mütəəssir etmirsə, sarsıtmırsa, başqalarına
da təsir eliyə bilməz.Gərək sənətkar, istəyir yazıçı olsun, istəyir
rəssam olsun, istəyirsə də musiqiçi olsun, gərək insan təbiətinin ən
gizli qatlarında olan həqiqəti, onun dünyaya münasibətini, bütün
əlamətlərini, bütün, demək, faciəsini, sevincini –bax, bunu ortaya
çıxara bilsin; çıxara bilirsə, bu, deməli, yazır, yaza bilir,
sənətkardır, çıxara bilmirsə sənətkar deyil.
Həqiqi sənət üçün mövzu məhdudluğu
yoxdur.
Teatr həmişə mənəvi yüksəliş aynası
olmuşdur.
Əgər kiçik lirik şeir həqiqi sənət
əsəridirsə, o heç zaman ictimai fikirdən kənar qala bilməz.
Əsrlərin sınağından çıxmış lirika həqiqi
sənətin qanadıdır, ruhudur.
Əgər sən istedadlısansa, amma zəif,
ortabab əsər yazmısansa, tarix, zaman, gələcək nəsillər səni
bilərlər. Lakin sən xalqın sənətkarı olmaq iddiasındasansa, yalan
yazırsansa taledən möcüzə, imdad gözləmə
Əgər əsər qurudursa, oxucuda heç bir
emosianal təsir oyatmırsa, demək əsər deyil və bu barədə danışmağa
dəyməz.
Tam inkişaf etdikdə insan təbiətə
yaxınlaşır, onun sirlərinə daha dərindən valeh olmağa başlayır,
özünü və özü ilə bağlı olan cəmiyyəti daha dərindən dərk edir.
Bizim baş mövzumuz insanın gələcək
uğrunda fəaliyyətidir.
Anlaşılmayan, izah edilə bilməyən
novatorluq yoxdur. Yalançı novatorluq istedadsızlıq əlamətidir.
Xalqın ümumi idealı ilə bağlı olan, onun
həyatına işıq saçan hər bir yazı tərzi, hər bir janr xeyirlidir.
Yazıçının hər şeydən əvvəl, istedadı
olmalıdır, bu bir; yüksək savadı olmalıdır – yəni dünya
ədəbiyyatının ən yaxşı nümunələrinə bələd olmalıdır, daha dəqiq
desək, yazdığından çox mütaliə etməlidir, bu iki; böyük mədəniyyəti
olmalıdır, bu da üç.
Həqiqi sənətkar səmimi olmaya bilməz.
Bədii dil yazıçı istedadının aynasıdır.
Sənətdə istedad – yalnız insana, heyvana,
bitkiyə deyil, daşa, torpağa, qumlu çöllərə, okeanı yerindən oynadan
fırtınalara da can, ruh verməkdir.
Vicdan rahatlığı hər şeydən gözəldir.
İstəksiz, məhəbbətsiz həyat gec-tez
ikiüzlülüyə, saxtakarlığa, yalana çıxaracaq.
O evdə ki, səmimiyyət yoxdur, orada
həyat yoxdur.
Vətən borcu, Vətən şərəfi o qədər böyük,
o qədər müqəddəs bir hisdir ki, ona əmr etmək olmaz.
Bəşəriyyətin tarixi təkrar-təkrar
göstərir ki, xalqı və onun azadlığını öldürmək, məhv etmək olmaz.
İstər elmdə, istərsə də sənətdə irəliyə,
yüksəlişə doğru yolu həmişə böyük istedadlar açmışlar.
Tənqidçı həqiqi sənətkarı onun özündən
də dərin duyub dərk etməlidir. Onu kəşf etməlidir (əgər yazıçı bu
kəşfə layiqdirsə).
Hansı formada yazırsansa yaz, lakin
sənətkarlıqla, ürəklə yaz. Həyatı, onun doğurduğu psixologiyanı
duyaraq, onun dərinliklərinə nüfuz edərək yaz.
Həqiqi sənətkarın qarşısında onun mənsub
olduğu xalqın həyatı bir dərya kimi dayanmışdır.
Vətən məni köməyə çağırır. Mən onun
övladıyam. Mən onun çağırışına çatmasam cəhənnəmlərə məhkum bədnam
bir məxluq olaram.
Əgər yeddi canım olsaydı onun yeddisini
də Vətənə qurban verib məhəbbətimdən keçməzdim. Lakin böyük yaradan
bizə bir can verib.
Dünyada böyük ədəbiyyatlar da, böyük
sənətkarlar da çoxdur. Lakin hər bir həqiqi sənətkarı yaşadan,
birinci növbədə onun əsərləri və xalqıdır.
Sənətdə qəlbin, ürəyin odu sənətkarın
istedadıdır, qəlbləri riqqətə gətirən, ya qəzəbləndirən də bu
əsrarəngiz qüvvədir.
Azərbaycan xalqı nəcib olduğu qədər də
istedadlıdır, cəsurdur, mərddir
.Öz Vətəninin keçmişini, indisini
bilməyən, sevməyən adam ləyaqətli, bütöv insan ola bilməz.
Sənətdə dahiliyin birinci sirri
səmimiyyətin, ağıl və ehtirasın dərinliyində, idealın humanist
mahiyyətindədir.
Həqiqi gözəllik üçün vicdan rahatlığı,
vicdan saflığı lazımdır. Gözəllik həyatın ahəngidir, o saxtakarlıqla
uyuşa bilməz.
Müasir mövzu həqiqi, canlı, dolğun həyat
deməkdir. Müasir mövzu müasir istedadlar deməkdir.
Məsələ əsərin həcmində deyil, onun bədii
dəyərində, ictimai mənasındadır.
Azərbaycan ədəbiyyatı – tarixi, kökü
olan bir ədəbiyyatdır. Bayağı ədəbiyyat isə zamanın hökmü ilə ölümə
məhkum olur, yəni o ötəridir, əbədi deyil.
Müəllif öz adına və oxucuya hörmət
etməlidir.
Bədii formaları əbədi, sabit meyarlar
kimi qəbul etmək olmaz.
Hər bir sənətkar üçün mütaliə, müasir
elmlərə, dünya ədə- biyyatına bələd olmaq, onun istedadı qədər vacib
və zəruridir.
Müasirlik sənətin mayasıdır.
Keçilmiş yollardan keçənlərin izi çətin
seçilər və tezliklə silinib gedər.
Dahi sənətkarların həqiqi varisi
xalqdır.
Yazıçılıqda novatorluq, yeni yazı
manerası və başqa cəhətlərlə bərabər, eyni zamanda yeni insan
xarakterləri kəşf etmək deməkdir.
Öz xalqının ruhunu ifadə etməyən əsər
başqa xalqlara da təsir edə bilməz.
Dünyada hər bir kəs üçün sözdən böyük
yadigar yoxdur. Zira ki, mal-mülk tələf olur gedir, ama söz qalır.
Qələmin müqəddəs vəzifəsi xalqın
xoşbəxtliyi yolunda xidmət etməkdir... Bu ola gərək hər bir qələm
sahibinin amalı!
Biz yazıçı millətik, bizə
dünyanı yaxşıca tanımaq, təcrübə görmək lazımdır.
Bircə dənə dünyada bilik
qalsın, elm qalsın, maarif qalsın.
Sözün doğrusunu danışmaq da
bir hünərdir.
Vətən, vətən, vətən! Dil,
dil, dil! Millət, millət, millət! Dəxi bu dairələrdən kənar bəni-noi
bəşər üçün özgə nicat yolu yoxdur.
Kim ki, insanı sevər,
aşiqi-hürriyyət olur,
Bəli, hürriyyət olan yerdə də insanlıq olur.
Yazə yazə dərdimi aləmdə kağız qoymadım,
Axırı bir guşeyi divara yazdım dərdimi
Gözümü ömrümdə birinci dəfə
açan kimi dünyanı qaranlıq görmüşəm. Bu qaranlıqda ilk dəfə
eşitdiklərim bunlardır: “Allahu-Əkbər, Allahu Əkbər”. Və bundan
sonra dəxi böyüdükcə hər gün hər saat sağ və soldan eşitdiklərim
sözlərin içində labüd gərək “Allahu Əkbər”olaydı.
Elə yaşamalısan ki, öləndən
sonra da ölməyəsən - həyatın məqsədi məhz budur.
Ey mənim yüz il sonra
dünyada yaşayacaq millətim! Əgər bir gün hardansa “Molla
Nəsrəddin”in saralmış və cırılmış vərəqləri əlinə keçsə, onda mənim
milləti nahaqdan tənqid etdiyimi fikirləşmə.
Əgər bilmək istəsəniz ki,
kimə gülürsünüz, o zaman qoyun qabağınıza aynanı və diqqət ilə baxın
camalınıza.
Məndən soruşsalar ki,
dövlətdən, naz-nemətdən nəyim var, qürur hissi ilə deyərdim: - Bütün
kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm , ana dilim
var.
Yaşasın elə bir hökümət ki,
onun tərbiyəsi altında millətlərin bir-birinə olan ədavətinin
yerində onların məhəbbəti və mehribançılığı möhkəm bir yer tutdu.
Ləkə pis şeydir. Bunun
pisliyi iki babətdəndir:
Biri budur ki, bir ləkə həmişə çirkindir və o yerdə ki, bir ləkə
var, o yerə düşəndə, çirkin ləkədən savayı o yeri yavaş-yavaş deşib
yırta da bilər.
Dünyada tək bircə qüvvə var
ki, cəmi sair qüvvələr ona tabedirlər: O da insanların yoldaşlıq
zəhməti.
Cümhuriyyət, yəni latınca
“Respublika” elə bir hökümətə deyirlər ki, orada məmləkətin idarəsi
camaatın öz öhtəsində və ixtiyarındadır.
Cümhuriyyət idarəsinin
seçkisinin dörd vacib şərtləri var, odur ki, cümhuriyyət seçkisinə
dörd üzvlü, yainki dörd hissəli seçki də deyilir. Bu şərtlərin
əvvəlincisi ümumilikdir, yəni məmləkətdə yaşayan nüfuzun cəmisi
seçkidə iştirak etməlidir. İkincisi seçkinin müsəvi olmağıdır; yəni
səslərin bərabərliyi. Üçüncü şərt seçkinin düzbədüzlüyüdür. Dördüncü
şərt seçkinin gizli olmağıdır; yəni səs sahibi səsini elə gizli verə
ki, bir kəs xəbərdar olmaya ki, aya bu kimə rəy verdi.
Cümhuriyyət idarəsinin bir
zinəti də var ki, o da tamam azadlıqdır. Bu azadlıq da neçə qismdir.
Əvvələn etiqad azadlığı: yəni hər bir fərd keyfi istədiyi dinə
sitayiş etməyə, yainki bir dindən əl çəkib, qeyri bir dini qəbul
etməyə azaddır. İkinci yığıncaq azadlığı: yəni camaatın bir yerə cəm
olmağına heç bir sürətdə maneçilik ola bilməz. Üçüncü birləşmək
azadlığıdır. Dördüncü çap eləmək, beşinci danışmaq, altıncı siyasi
partiyalar düzəltmək və yeddinci dilbir olub, həmtədbir olmaqdır.
Yaşasın elə hökumət ki, onun
tərbiyəsi altında millətlərin bir-birinə olan ədavətlərinin yerində
onların məhəbbəti və mehribanlığı möhkəm yer tutur!
“Molla Nəsrəddin”i təbiət
özü yaratdı, zəmanə özü yaratdı.
Salınız yadınıza o günləri
ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya Sizə türk dilində
lay-lay deyirdi... Hərdən bir ana dilində danışmaq ilə keçmişdəki
gözəl günləri yad etməyin nə eybi var?
Bir millət ki, özünün,
məscidinin, millətinin qədrini bildi, ona qəyyum lazım deyil.
Ay dünyanın zəhmətkeşləri,
indi ki güclülər sizi ayaqlamaq üçün bir-biri ilə əlbir olublar,
sizin də bircə çarəniz birləşmək və birləşib onlara qarşı çıxmaqdır!
“Molla Nəsrəddin” tək bir
nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz
yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların
ancaq ağsaqqal yoldaşıyam.
Hər bir şey dünyada tərəqqi
eləyən kimi, teatrımız da, şəkk yox tərəqqi edə gərək.
|