1914 |
May ayının 26-da İlyas Məhəmməd oğlu Əfəndiyev Qaryagində (indiki
Füzuli şəhərində) anadan olmuşdur. |
1930 |
Orta məktəbi bitirdikdən sonra şəhər məktəbində və II
dərəcəli partiya məktəbində dil və ədəbiyyatdan dərs
demişdir. |
1933 |
V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat
fakültəsinin əyani şöbəsinə daxil olmuş, lakin ailəsinə
qarşı siyasi-inzibati təqiblər nəticəsində təhsilini
yarımçıq qoymağa məcbur olmuş, sonra həmin institutun qiyabi
coğrafiya fakültəsinə daxil olaraq 1938-ci ildə oranı
bitirmişdir.
|
1938 |
Noyabr ayında ilk mətbu əsəri olan "Buruqlar arasında"
oçerki "Yeni yol" qəzetində dərc olunmuşdur. |
1938 |
Bakıya gələn İlyas Əfəndiyev "Yeni yol", "Kommunist" və "Ədəbiyyat
qəzeti" redaksiyalarında işləmişdir. |
1939
|
Yazıçının “Kənddən məktublar” adlı ilk kitabı
Azərnəşr tərəfindən nəşr edilmişdir.
|
1939 |
Yanvar ayının 26-da “Berlində bir gecə” adlı ilk hekayəsi
“Ədəbiyyat qəzetində” çap olunmuşdur. |
1940
|
Yanvar ayının 10-da Yazıçılar İttifaqına qəbul olunmuşdur.
|
1943 |
Öz hekayələri əsasında Mehdi Hüseynlə birlikdə ilk dram
əsəri olan “İntizar” pyesini yazmışdır. |
1944 |
Dekabr ayında "İntizar" pyesi M.Əzizbəyov adına Azərbaycan
Dövlət Akademik Dram Teatrında tamaşaya qoyulmuşdur. |
1946 |
İlk müstəqil dram əsərini “İşıqlı yollar” pyesini yazır. |
1947 |
“İşıqlı yollar” əsəri M.Əzizbəyov adına Azərbaycan Dövlət
Dram Teatrında tamaşaya qoyulmuşdur.
|
1947 |
M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının Moskva
qastrolu zamanı “İşıqlı yollar” əsəri tamaşaçıların böyük
rəğbətini qazanmışdır;
|
1948 |
“Bahar suları” əsəri M.Əzizbəyov adına Azərbaycan Dövlət
Dram Teatrında tamaşaya qoyulmuşdur.
|
1949 |
“Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. |
1951 |
Rus dilində “Rasskazı” adlı ilk kitabı Bakıda nəşr
olunmuşdur. |
1954 |
“Atayevlər ailəsi” pyesi M.Əzizbəyov adına Azərbaycan
Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. |
1954-1958 |
Azərbaycan yazıçılarının II qurultayında (1954, aprel)
“Azərbaycan sovet dramaturgiyası”, III qurultayında
(1958, dekabr) isə “Azərbaycan dramaturgiyasının inkişafı
haqqında” məruzələri ilə çıxış etmişdir |
1958 |
“Söyüdlü arx” romanını yazmışdır. |
1960 |
“Körpüsalanlar” povestini qələmə almışdır; Azərbaycanın
“Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür. |
1963 |
“Dağlar arxasında üç dost” romanını yazmışdır.
|
1964 |
Tamaşaya qoyulmuş “Sən həmişə mənimləsən” pyesi ilə
Azərbaycan səhnəsində lirik-psixoloji dramın əsası
qoyulmuşdur. |
1967
|
“Mənim günahım” pyesini yazmış, əsər M.Əzizbəyov adına
Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur..
|
1968 |
“Unuda bilmirəm” əsərinin ilk tamaşası olmuşdur. Əsər
M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında
424 dəfə tamaşaya qoyulmuşdur.. |
1969 |
“Məhv olmuş gündəliklər” pyesi tamaşaya qoyulmuşdur. |
1969 |
Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. |
1969-1973
|
Azərnəşr tərəfindən yazıçının dörd cilddən ibarət “Seçilmiş
əsərləri” kitabı oxuculara təqdim edilmişdir |
1971 |
Müasir mövzulara daha çox üstünlük verən yazıçı ilk dəfə
tarixi mövzuda “Mahnı dağlarda qaldı” pyesini yazmış, elə
həmin il əsər M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram
Teatrında tamaşaya qoyulmuşdur. |
1972
|
“Mahnı dağlarda qaldı” pyesinə görə Dövlət mükafatına layiq
görülmüşdür. |
1973
|
“Qəribə oğlan” pyesi çap olunmuş, əsər M.Əzizbəyov adına
Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. |
1974 |
Anadan olmasının 60 illiyi təntənəli surətdə qeyd
edilmişdir. Yubileylə əlaqədar olaraq Oktyabr İnqilabı
ordeni ilə təltif olunmuşdur. |
1975 |
“Bağlardan gələn səs” əsərini yazmış, əsər
M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında tamaşaya
qoyulmuşdur. |
1976-1978 |
“Sarıköynəklə Valehin nağılı” romanını yazmışdır.
|
1979 |
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul tarixli
fərmanı ilə “Azərbaycanın Xalq yazıçısı” fəxri adına layiq
görülmüşdür. |
1980
|
“Geriyə baxma, qoca!” romanını qələmə almışdır.
|
1981 |
“Üçatılan” romanını yazmışdır. |
“Xurşidbanu Natəvan” əsəri
M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında tamaşaya
qoyulmuşdur. |
1982
|
“Üçatılan” romanı “Gənclik” nəşriyyatında çapdan çıxmışdır.
|
1983
|
“Büllur sarayda” pyesi tamaşaya qoyulmuşdur.
|
“Yazıçı” nəşriyyatında ədibin “Seçilmiş əsərləri”nin 6 cildliyi çap
edilmişdir.
|
1984
|
Anadan olmasının 70 illiyi münasibətilə Lenin ordeni ilə
təltif edilmişdir. |
1986 |
“Şeyx Xiyabani” əsəri M.Əzizbəyov adına Azərbaycan Dövlət
Dram Teatrında tamaşaya qoyulmuşdur. |
1987 |
“Üç roman” (Körpüsalanlar, Üçatılan, Geriyə baxma qoca)
“Gənclik” nəşriyyatında çapdan çıxmışdır. |
1988 |
“Bizim qəribə taleyimiz” pyesini yazmış, əsər M.Əzizbəyov
adına Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. |
1989 |
“Sevgililərin cəhənnəmdə vüsalı” pyesi tamaşaya
qoyulmuşdur..
|
“Bizim
qəribə taleyimiz” pyesi “Yazıçı” nəşriyyatında çap
edilmişdir; |
1990
|
İlk dəfə olaraq Azərbaycan Milli Dram Teatrının Türkiyəyə
qastrol səfəri zamanı İstanbul və Ankara şəhərlərində yazıçının “Bizim qəribə taleyimiz” və “Sevgililərin cəhənnəmdə vüsalı”
əsərlərinin tamaşası göstərilmişdir.
|
1991
|
“Tənha iydə ağacı” əsəri Azərbaycan Dövlət Dram Teatrında
tamaşaya qoyulmuşdur.
|
1992
|
“Dəlilər və ağıllılar” əsəri Azərbaycan Dövlət Dram
Teatrında tamaşaya qoyulmuşdur.
|
1993 |
“Qaçaq Süleymanın ölümü” povestini yazmışdır. |
1994
|
Anadan olmasının 80 illiyi təntənə ilə qeyd edilmiş, o,
sənət adamları arasında ilk dəfə respublikanın o zamankı ən
yüksək “Şöhrət” ordeni ilə təltif edilmişdir. |
“Ceyran ovu” hekayələr kitabı
“Gənclik” nəşriyyatında çapdan
çıxmışdır. |
1996
|
Son əsəri olan “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın
nağılı” povestini qələmə almışdır. |
Oktyabr ayının 3-də Bakı
şəhərində vəfat etmiş və I Fəxri Xiyabanda dəfn olunmuşdur. |
Noyabrın 17-də "Kökmdar və qızı" tamaşasının premyerası
göstərilmişdir. Həmin vaxtdan etibarən Akademik Milli Dram
Teatrı hər yeni mövsümü bu tamaşa ilə açmışdır. |
1997
|
“Sən ey böyük yaradan!..” kitabı “Şərq-Qərb” nəşriyyatında
çapdan çıxmışdır; |
Rəssam Tofiq Ağababayev yağlı
boya ilə yazıçının portretini
yaratmışdır. |
2001
|
Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyev yazıçının
xatirəsinin əbədiləşdirilməsi haqqında Sərəncam
imzalamışdır. |
Bakı şəhərindəki 41 saylı orta
ümumtəhsil məktəbinə adı
verilmişdir. |
2002 |
“Çinar-Çap” nəşriyyatı yazıçının 7 cilddən ibarət “Seçilmiş
əsərləri”ni Azərbaycan dilində, 2 cilddən ibarət “Seçilmiş
əsərləri”ni isə rus dilində çap etmişdir. |
Elçinin tərtibatı və
redaktorluğu ilə “Sənətkarın ikinci ömrü”
(İlyas Əfəndiyev. Beş ilin salnaməsi) kitabı “Çinar-Çap”
nəşriyyatında çap olunmuşdur. |
2003 |
Ədibin 1957-1979-cu illərdə yaşadığı binaya barelyefi həkk
edilmişdir. |
2004 |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
İlyas Əfəndiyevinin 90 illik yubileyinin keçirilməsi
haqqında Sərəncam imzalamışdır. |
2005 |
“Seçilmiş əsərləri” Elçinin tərtibatı və redaktorluğu ilə
Azərbaycan ədəbiyyatı seriyası adı altında “Çaşıoğlu”
nəşriyyatında çapdan çıxmışdır; |
“Seçilmiş
əsərləri” 3 cilddə Elçinin tərtibatı və redaktorluğu ilə
“Avrasiya Press” nəşriyyatında çap olunmuşdur; |
“İlyas
Əfəndiyev Fondu” təsis edilmişdir. |
2006 |
Yaddaşın boy çiçəyi. Unudulmaz Xalq yazıçısı İlyas Əfəndiyev
xatirələrdə” kitabı İ.Qəhrəmanın tərtibatı ilə “Qərənfil”
nəşriyyatında çapdan çıxmışdır; |
Oktyabr
ayının 3-də Azərbaycan Milli Elmlər Akademiyasının
iclas salonunda xatirəsinə həsr olunmuş elmi konfrans
keçirilmişdir. |
2008 |
“Hökmdar və qızı” əsəri əsasında çəkilən “Hökmdarın taleyi”
bədii filminin təqdimat mərasimi olmuşdur. |
Nizaməddin
Şəmsizadənin yazdığı “Ədəbi proses və ədəbi
nəsil (Xalq yazıçısı İlyas Əfəndiyevin nəslinin yaradıcılığı
haqqında)” kitabı “Təhsil” nəşriyyatında çapdan çıxmışdır. |
2009 |
Türk tədqiqatçısı Sədat Adıgözəlin müəllifliyi ilə
“Şərq-Qərb” nəşriyyatında çap olunan “İlyas Əfəndiyev. Zaman
və sənətkar” adlı kitabda yazıçının yalnız nəsr əsərləri
(roman, povest və hekayələri) təhlilə cəlb edilmişdir. |
2010 |
Günay Əfəndiyevanın tərtib etdiyi və redaktoru olduğu “İlyas
Əfəndiyev. Şeirə sığmayan ömür” Azərbaycan yazıçılarının
İlyas Əfəndiyevə həsr etdiyi şeirlər kitabı Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə
“Təhsil” nəşriyyatında çap olunmuşdur. |
2011 |
Flora Namazovanın müəllifi olduğu “İlyas Əfəndiyev və
lirikpsixoloji dram dili” kitabı “Elm və təhsil”
nəşriyyatında çap olunmuşdur; |
İlyas
Əfəndiyev Fondu” Beynəlxalq qeyri-hökumət təşkilatı statusu
almışdır. |
2013 |
“Seçilmiş əsərləri” Azərbaycan və rus dillərində Bakıda
çapdan çıxmışdır; |
Vəfa
Xanoğlanın müəllifi olduğu “İlyas Əfəndiyev və Azərbaycan
mədəniyyəti” monoqrafiyası “Elm” nəşriyyatında çap
olunmuşdur. |
2014 |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
İlyas Əfəndiyevinin 100 illik yubileyinin keçirilməsi
haqqında Sərəncam imzalamışdır. |
Mart ayının 14-də Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində 100 illiyinə həsr
olunmuş “İlyas Əfəndiyev sənəti milli-mənəvi dəyərlərimizin
güzgüsüdür” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir; |
May ayının 19-da Azərbaycan
Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin
təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə Parisdə, qurumun mənzil iqamətgahında 100 illiyinə həsr
olunan təntənəli tədbir keçirilmişdir; |
Noyabr ayının 21-də Heydər Əliyev adına
Sarayda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə
anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi
keçirilmişdir. Yubiley gecəsində Milli Kitabxana tərəfindən
“İlyas Əfəndiyev-100” adlı kitab sərgisi təşkil olunmuşdur; |
Noyabr ayının 25-də Türkiyədə Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, TÜRKSOY və
Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə Türkiyə
Milli Kitabxanasında 100 illik yubileyi qeyd olunmuşdur; |
Azərbaycan Milli Elmlər Akademiyasında
Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə 100
illiyi münasibətilə elmi sessiya keçirilmişdir; |
Bakının Səbail rayonundakı 190 nömrəli
orta məktəbdə 100 illik yubileyi qeyd edilmişdir; |
Dördcilddə “Seçilmiş əsərləri” Elçinin
tərtibatı və redaktorluğu ilə Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Təhsil”
nəşriyyatında çapdan çıxmışdır; |
Anadan olmasının 100 illik yubileyi
münasibətilə Azərbaycan Milli Kitabxanası tərəfindən “İlyas
Əfəndiyev” biblioqrafiyası “Azərbaycanın görkəmli
şəxsiyyətləri” seriyasından çap edilmişdir; |
F.Köçərli adına Respublika Uşaq
Kitabxanası tərəfindən “Ədəbiyyatın əbədiyaşarlıq ünvanı”
adlı metodik vəsait hazırlanaraq çap edilmişdir (tərt. ed.
R.Məmmədli; ixt. red. və burax. məsul Ş.Qəmbərova); |
BDU-da anadan olmasının 100 illik
yubileyinə həsr olunmuş Respublika elmi konfransı
keçirilmişdir; |
100 illik yubileyi münasibətilə poçt
markası dövriyyəyə buraxılmışdır; |
Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin təşəbbüsü ilə haqqında “İlyas Əfəndiyev.
Geriyə baxmağa dəyər” məqalələr, esselər, xatirələr kitabı
və “İlyas Əfəndiyev. Ömür davam edir: İlyas Əfəndiyev
haqqında xatirə kitabı” Elçinin tərtibçiliyi ilə “Təhsil”
nəşriyyatında çapdan çıxmışdır; |
Azərbaycan Dillər Universitetində “İlyas
Əfəndiyev yaradıcılığının bədii-estetik xüsusiyyətləri”
mövzusunda seminar, “İlyas Əfəndiyevin dil və üslub
xüsusiyyətləri” mövzusunda dəyirmi masa keçirilmişdir |
Ağcabədi Mərkəzi Kitabxanasında 100
illiyinə həsr olunmuş “İlyas Əfəndiyev XX əsr Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsidir” adlı tədbir
keçirilmişdir; |
Londonda rejissor Filiz Özcanın quruluş
verdiyi “Sən həmişə mənimləsən” əsərinin Avropa premyerası
keçirilmişdir; |
Naxçıvan Dövlət Universitetində “İlyas
Əfəndiyev – 100: İşıqlı sənət” mövzusunda elmi konfrans
keçirilmişdir; |
Astara rayon Mərkəzi Kitabxanasında ədibə
həsr olunmuş oxucu konfransı keçirilmişdir; |
Oğuz rayon Mərkəzi kitabxanasında 100
illik yubileyi münasibətilə “Sənətlə sehrlənmiş ədib”
mövzusunda kitab bayramı keçirilmişdir; |
Dövlət Rus Dram Teatrında “Büllur sarayda”
tamaşasının premyerası baş tutmuşdur; |
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu
tərəfindən “Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı
ədəbi tənqiddə” adlı yeni kitab işıq üzü görmüşdür; |
Akademik Dram Teatrında “Xurşudbanu Natəvan” əsəri səhnəyə
qoyulmuşdur; |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
Tədris teatrında “Boy çiçəyinin ətri” adlı tədbir
keçirilmişdir; |
İrəvan Dövlət Dram Teatrında “Geriyə
baxma, qoca!” romanı əsasında tamaşa səhnələşdirilmişdir; |
Dövlət Rus Dram Teatrında “Büllur sarayda”
pyesi əsasında rejissor Aleksandr Şarovskinin quruluşunda
hazırlanan tamaşa oynanılmışdır; |
Rejissor Vidadi Həsənovun quruluşunda
“Keçmiş üçün “gecikmə”: Yaxud “Unudulmaz Əfəndi”nin xatirə
yükü” adlı səhnə əsəri hazırlanmışdır; |
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında “Sarıköynəklə Valehin nağılı”na ictimai baxış
keçirilmişdir; |
Beyləqan rayon Mədəniyyət sarayında
Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə “Sən
həmişə bizimləsən” adlı ədəbibədii gecə keçirilmişdir; |
Şəki Dövlət Dram Teatrında rejissor
Mirbala Səlimlinin quruluşunda “Sevgililərin cəhənnəmdə
vüsalı” yubiley tamaşası nümayiş etdirilmişdir. |
F.Köçərli adına Respublika Uşaq
Kitabxanası tərəfindən “Ədəbiyyatın əbədiyaşarlıq ünvanı”
adlı metodik vəsait hazırlanaraq çap edilmişdir (tərt. ed.
R.Məmmədli; ixt. red. və burax. məsul Ş.Qəmbərova); |
2017 |
Anadan olmasının 100 illiyinə həsr olunmuş “XX əsr
Azərbaycan ədəbiyyatı məsələləri” çoxcildliyinin IV kitabı
“Elm” nəşriyyatında çapdan çıxmışdır; |
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət
Universiteti təşəbbüsü ilə “Elm və təhsil” nəşriyyatında
“İlyas Əfəndiyev – 100: Azərbaycanın Xalq yazıçısı,
Respublika Dövlət mükafatı laureatı, görkəmli dramaturq
İlyas Məhəmməd oğlu Əfəndiyevin anadan olmasının 100 illik
yubileyinə həsr olunmuş Respublika Elmi Konfransının
materialları” çapdan çıxmışdır. |
2018 |
Anadan olmasının 100 illik yubileyi münasibətilə “İlyas
Əfəndiyev 100” (məqalələr toplusu) “Elm” nəşriyyatında çap
olunmuşdur. Məcmuədə yazıçının hekayə yaradıcılığının poetik
təkamülü, romanlarının janr-üslub tipologiyası,
dramaturgiyasında sosial mühit və kolliziya, ədəbi-tənqidi
görüşləri tədqiq olunmuşdur. |
2019 |
Seçilmiş əsərləri” “Kitab Klubu” nəşriyyatında çapdan
çıxmışdır; |
“Söyüdlü arx” romanı “Qanun” nəşriyyatında “Azərbaycan
klassikləri” seriyasından çap edilmişdir; |
Milli
Kitabxanada ədibin 105 illiyinə həsr olunmuş tədbir və
“İlyas Əfəndiyev – 105” adlı elektron məlumat bazasının
təqdimatı keçirilmişdir. |
2020 |
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı
“Hər kitab bir dünyadır” layihəsi çərçivəsində “Dağlar
arxasında üç dost” əsəri haqqında videoçarx hazırlamışdır. |
2021 |
“Körpüsalanlar” romanı “Qanun” nəşriyyatında “Azərbaycan
klassikləri” seriyasından çap olunmuşdur; |
Professor Kərim Tahirovun tərtib etdiyi “İlyas Əfəndiyev.
Geriyə baxarkən” fotoalbomu Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanasının birgə
təşəbbüsü ilə “Şərq-Qərb” nəşriyyatında çapdan çıxmışdır. |
2022 |
“Söyüdlü arx” romanı “Qanun”, “Əli və Nino” nəşriyyatlarında
“Azərbaycan klassikləri” seriyasından çap olunmuşdur; |
“Üçatılan romanı” “Altun” kitab nəşriyyatında “Azərbaycan
ədəbiyyatından seçmələr” seriyasından nəşr olunmuşdur; |
Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən Yeganə
Qasımovanın müəllifi olduğu “Azərbaycan ədəbiyyatı tarixi:
İlyas Əfəndiyevin bədii publisistikası” adlı dərs vəsaiti
nəşr edilmişdir. |
2023 |
“Üçatılan” romanı Nazim Tapdıqoğlunun tərtibatı və
redaktorluğu ilə “İmza” nəşriyyatında çapdan çıxmışdır; |
“İlyas Əfəndiyev (Yaddaş kitabçası)” (tərt.: B.Ələsgərov,
A.Koçak; ixt. red. K.Tahirov) Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası
tərəfindən çap olunmuşdur. |
2024 |
Anadan olmasının 110 illiyi münasibətilə Azərbaycan Milli
Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri”
seriyasından “İlyas Əfəndiyev” biblioqrafiyası nəşr
edilmişdir; |
Azərbaycan Milli Kitabxanası tərəfindən “Xalq yazıçısı İlyas
Əfəndiyev” adlı elektron məlumat bazası hazırlanıb internet
istifadəçilərinin ixtiyarına verilmişdir; |
Şəki Dövlət Dram Teatrında “Sən həmişə mənimləsən” pyesi
tamaşaya hazırlanmışdır (quruluşçu rejissor Elvin Nuri); |
F.Köçərli
adına Respublika Uşaq Kitabxanası tərəfindən “Şöhrəti xalq
bağrından rişələnən ustad sənətkar – İlyas Əfəndiyev” adlı
metodik vəsait hazırlanaraq çap edilmişdir. |
Mədəniyyət
Nazirliyi və Azərbaycan Dövlət Teatr Xadimləri İttifaqının
təşkilatçılığı ilə Bakı Bələdiyyə Teatrında (BBT) yazıçının
110 illiyinə və Xalq artisti Amaliya Pənahovanın xatirəsinə
həsr edilmiş “Xan qızı” tamaşası nümayiş olunmuşdur. |