E L E K T R O N   M Ə L U M A T   B A Z A S I


Görkəmli Azərbaycan dramaturqu, Xalq Yazıçısı İlyas Əfəndiyevin adını daşıyan Fond 2005-ci ildə təsis edildiyi gündən etibarən respublikada xeyriyyəçilik fəaliyyəti göstərir, dünyanın müxtəlif ölkələrində Azərbaycan həqiqətlərini, mədəniyyətini və incəsənətini fəal təbliğ edir.

2011-ci ilin aprelində Fondun formatının genişləndirilməsi məqsədi ilə Avropa İttifaqı ərazisində Avropa qanunvericiliyinə müvafiq olaraq İlyas Əfəndiyev Beynəlxalq Fondu təsis edilmişdir. (http://www.ilyasafandiyev.com).

BMT-nin 2000-ci il Zirvəsində elan edilmiş “Minilliyin inkişaf məqsədləri”nə uyğun olaraq İlyas Əfəndiyev Beynəlxalq Fondu cəmiyyətin davamlı inkişafının təmin olunması məsələlərinə aşağıdakı istiqamətlər üzrə xüsusi diqqət yetirir: sülh, təhlükəsizlik, beynəlxalq və regional əməkdaşlıq; mədəniyyət, elm və təhsil; səhiyyə və sosial təminat; cəmiyyətin demokratikləşməsi; ədalət məhkəməsi və insan hüquqları; ölkənin iqtisadi inkişafı və infrastrukturu; marginal cəmiyyətlərdə insanların həyatının yaxşılaşdırılması və s. Bu məqsədlərə çatmaq üçün İlyas Əfəndiyev Beynəlxalq Fondu Avropa, Asiya, Qafqaz və müsəlman dünyası ölkələrində yaşayan xalqların davamlı inkişafına yönəlmiş bir sıra məqsədli layihələr həyata keçirmək, təhsil, mədəniyyət, sosial və digər sahələrdə mövcud humanitar problemlərin həllində iştirak etmək niyyətindədir.


<< Geri