E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

İsmayıl Şıxlı həm yazıçı, həm müəllim, həm alim, həm ictimai xadim, həm də insan və vətəndaş kimi böyük hörmət qazanmış, xalqımızın tarixində dərin iz, zəngin irs qoymuşdur. Bunların hamısı, şübhəsiz ki, xalqımızın bu günü və gələcəyi üçün əvəzsiz sərvətlərdir.

***

Sizin ədəbi, pedaqoji və ictimai fəaliyyətiniz hər bir gənc üçün əvəzsiz olmuşdur. Azərbaycan xalqının böyük bir nəslinin layiqli övlad, əsl vətəndaş və hərtərəfli şəxsiyyət kimi yetişməsində sizin əməyiniz böyükdür. Siz istedadlı yazıçı, müdrik və mahir pedaqoq, mübariz vətəndaş kimi xalqın qəlbində əbədi məskən salmısınız. Belə bir sevgiyə layiq görülmək ən böyük səadətdir. 

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli lideri


İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqikeyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilmişdir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapmışdır.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti


İsmayıl Şıxlının müharibə hekayələrinin səlisliyi, hadisələrin dəqiq təsviri böyük, ciddi yazıçı ustalığının nümunəsidir.

Ziya Bünyadov,
akademik


Azərbaycan ədəbi-mədəni, ictimai-estetik təfəkküründə İsmayıl Şıxlı obrazı yazıçının yaratdığı obrazlardan, əgər belə demək mümkündürsə, daha mükəmməl, daha məşhur, daha bədiidir... O, həyatı, fəaliyyəti, yaradıcılığı ilə təkrarsız bir obrazİsmayıl Şıxlı obrazı, qeyri-adı metafora- İsmayıl Şıxlı metaforası yaratdı.

***

 

Mən İsmayıl Şıxlının şəxsiyyətində, yaradıcılığında, ümumən fəaliyyətində, mükəmməl bir hissin təsiri altında, əbədi dünyanın təzahürünü görürəm.


***

Ismayıl Şıxlının əsərləri öz yerində,onun böyük şəxsiy-yəti də milli sərvətimizdir və istərdim ki, müşahidələrin dairəsində həmin şəxsiyyəti xarakterizə edim.

Hər şeydən əvvəl, onun etnoqrafik zənginliyindən danışmaq lazımdır – İsmayıl Şıxlı elə bir torpaqda dünyaya gəlib ki, orada həm məişətdə, həm əxlaqda, həm də ictimai münasibətlərdə qəribə bir epostəbiiliyi, təmizliyi var.Etnoqrafik zənginlik ( və müəyyənlik) İ.Şıxlının şəxsiyyəti üçün elə bir kontekstdir ki, sonradan nə qazanıbsa, nələri mənimsəməyə “məcbur edilibsə”, hamısı bu kontekstdə meydana çıxıb, ondan cilalanıb və onu cilalamışdır.

Nizami Cəfərov,
Akademik


Dəli Kür” İsmayıl Şıxlının təkcə həcmcə ən böyük əsəri olmaqla qalmayıb, eyni zamanda həm müəllifin, həm də son illər Azərbaycan nəsrinin qiymətli nümunələrindən biridir. Bu əsər yazıçının sənətkar yetkinliyinin, kəskin konflikt, dərin psixoloji təhlil əsasında güclü xarakter yaratmaq bacarığını nümayiş etdirən əlamətlərlə zəngindir.

***

İsmayıl Şıxlı bəzi qələm dostları ilə müqayisədə az yazan və təbii ki, əsərləri az çap olunan yazıçıdır. Onun az yazması əsərlərinin bədiiliyi, əlvanlığı və təzəliyi ilə özünü doğruldur. “Az olsun, yaxşı olsun” İsmayıl Şıxlı üçün yalnız şüar deyil, eyni zamanda onun bədii yaradıcılığına pərvəriş verən güclü amillərdəndir.

Bəkir Nəbiyev,
akademik


Nə Kür axıb qurtarandır, nə də İsmayıl Şıxlının sözü tükənəndir.

Qabil,
Xalq şairi


Əzizim İsmayıl! “Dəli Kür” əsərini dünən gecə oxuyub qurtardım. Düzünü deyim ki, mən səndən yaxşı əsər gözləyirdim, amma bu cür qüvvətli və təsirli bir əsər yazmağını gözləmirdim. Əhsən, bərəkallah! Son on ildə bizim ədəbiyyatımızdan oxuduğum heç bir əsər məni bu cür sarsıtmamışdı”.

Mehdi Hüseyn,
Xalq yazıçısı


İsmayıl Şıxlı bizim haqq deyən, haqq söyləyən, ədalət söyləyən ziyalımızdır.

 

Yusif Səmədoğlu,
Xalq yazıçısı


İsmayıl Şıxlının “Dəli Kür” romanı ona görə oxucunun məhəbbətini qazanmışdır ki, orada yalnız ayrı-ayrı sürətlərin deyil, müəyyən tarixi dövr, bu dövrdə cəmiyyətin psixologiyası, ictimai ziddiyyətləri, inkişaf meylləri düzgün bədii əksini tapmışdır.

Mirzə İbrahimov,
akademik


“...Sakit Don” romanında olduğu kimi, “Dəli Kür”də də əks etdirilən məsələlər epoxal səciyyə daşıyır. Bu əsərdə xalq taleyinin bədii inikası və xalq xarakterinin canlandırılmasında milliliklə sinfiliyin əlaqə və tənasübü məsələsinə bədii-estetik baxışın təzəliyi diqqəti cəlb edir.

Tofiq Hüseynoğlu,
ədəbiyyatşünas- alim


İsmayıl Şıxlı dil məsələsinə çox tələbkar olmuşdur. O, sözün zahiri təmtərağına uymağı, yaradıcılıqda zahiri effekt axtarmağı acizlik əlaməti saymışdır. Hətta özünün cəbhə gündəliyindəki qeyd əsasında yazdığı ilk hekayəsi olan “Həkimin nağılı” hekayəsini tənqid etmişdir. Onun öz hekayəsinə tənqidi münasibəti belə olmuşdur: “... bu hekayədə də mən nəsrin sakit və təmkinli təsvir vasitələrini lazımınca tapa bilməmişəm. Burada da sözün zahiri təmtərağına, zahiri təsir gücünə daha çox uymuşam. Hadisənin daxili dramatizmini açmaqda çətinlik çəkdiyimə görə təsiredici ifadələr, “şairanə” sözlər axtarmışam. Əlbəttə, bu zəiflik əlamətidir. Mən bu qənaətə gəlmişəm ki, sənətdə zahiri effekt axtarmaq ancaq acizlik əlamətidir”.

İsmayıl Şıxlı gənc yazıçıların dili mükəmməl öyrənmələrini, Azərbaycan dilinin zəngin poetik imkanlarından istifadə etmələrini, hər sözün, ifadənin yerli-yerində işlədilməsini onlara məsləhət bilir.

İsmayıl Şıxlı dilimizin quruluşunda süni olaraq dəyişiklik edənlərin “fəaliyyətini” lüzumsuz bir iş sayır. Bu süni dəyişikliyin daha çox dilin sintaktik və leksik quruluşunda aparıldığını söyləyir. Məsələn, İsmayıl Şıxlı dilin sintaktik quruluşunda dəyişiklik etməyə cəhd göstərənlər barədə yazır: “Yenilik axtaran bu “təftişçilər” dilimizin sintaktik quruluşunda da dəyişiklik etməyə cəhd göstərərək cümlələri baş-ayaq edir, mübtəda ilə xəbərin yerini dəyişir və elə zənn edirlər ki, bu yolla cümlələrin emosionallığını artırırlar. Əslində isə dilin ahəngdarlığını və emosionallığını, şeiriyyətini pozur, sözlərin qırıq-qırıq düzülüşü ilə cümlələrin həm məna, həm də zahiri siqlətini zəiflədirlər.”

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor


Tez-tez eşidilən bir deyim var, deyirlər: “yazıçının əsərləri oxunursa, deməli, o, yaşayır”. Bunun belə olub-olmadığını mən bilmirəm. Amma onu qəti bilirəm ki, İsmayıl Şıxlı - əsərləri oxunan və sevilən yazıçıdır.

İntiqam Qasımzadə,
tənqidçi, tərcüməçi


İsmayıl Şıxlı yaradıcılığı nəsrimizin elə bir hadisəsidir ki, onsuz bu nəsrin tam qiymətini vermək olmaz.”Dəli Kür” Azərbaycan ədəbiyyatının bu yüzillikdə yaranmış ən qiymətli nümunələrindəndir, bədii sözümüzün ittifaq miqyasında nüfuzunu artıran əsərlərdəndir.SSRİ xalqlarının ədəbiyyatı kontekstində yüksək qiymətləndirilib, tarixi romanlar arasında xüsusi yeri göstərilib və hansı yolla gedirsənsə get. Ondan yan keşmək olmaz.

Sabir Rüstəmxanlı,
Xalq şairi


İsmayıl Şıxlı böyük insan, böyük sənətkar və müəllim idi... İsmayıl Şıxlı mədəniyyət tariximizdə yazıçı, pedaqoq, ictimai xadim kimi özünə şərəfli yer qazanmışdır.

Paşa Əfəndiyev,
Filologiya elmləri doktoru, professor


İsmayıl Şıxlının əsgər gündəliyində elə cəhətlər vardır ki, onu nə qəzetdə, nə kitabda oxuya bilərsən, nə də ən qaynar fantaziya belə onu doğura bilməz.Bu, cahanşümul hadisələrin fəal iştirakçısının şəxsi təcrübəsidir. Bu gündəlik...ön xətlərdən biridir ki, hərbi mövzular buradan yeni zirvələrə qalxmağa başlamalıdır.

İvan Tretyakov,
rus yazıçısı


“Dəli Kür”ün uğurunun səbəbi onun xəlqiyindədir.Mənim fikrimcə, xəlqilik, hər şeydən əvvəl, təbiilik və sadəlik deməkdir.Hamıya bəllidir ki, şifahi xalq ədəbiyyatımızın gözəl nümunələrini əsrlər boyu yaşadan və onları bizə sevdirən son dərəcə təbiiliyində və müdrik sadələyindədir

Hüseyn Abbaszadə,
Xalq yazıçısı


“Dəli Kür” romanında cərəyan edən hadisələr ötən illərdə, inqilablar əsrini hazırlayan dövrlərdə cərəyan ersə də, O, müasir əsərdir.Müasirlik isə romanın mündəricəsində, ideyasında, estetik qayəsində, gur hadisələr axınında özünü göstərir.Çünki İsmayıl Şıxlı ötən əsrlərin hadisə və əhvalatlarını qələmə alsa da, onlara dövrün tələbi baxımından yanaşmış, təsvir erdiyi həyatı inkişafda, daxili ziddiyyətləri ilə canlandırmağa çalışmışdır.Bu da “dəli Kür”ə sərt realizm gətirmiş, onu oxunaqlı. Orijinal kompozisiyalı, yüksək mündəricəli, xəlqi romana şevirmişdir.

Abbas Hacıyev,

ədəbiyyatşünas, alim


İsmayıl Şıxlı elə sənətkar idi ki, təsvir etdiyi hər hansı bir dövrü bütün ictimai-mənəvi aspektləri, təmayülləri ilə bədii reallığa çevirirdi.

***

1976-cı ildə “Azərbaycan” jurnalına baş redaktor təyin olunan İ.Şıxlı uzun illərdən bəri redaksiyada işləyən, təfəkkürü də, qələmi də kiflənmiş əməkdaşlardan jurnalı təmizlədi. Daha sonra bu təmizlik “əməliyyatı” redaksiyanın arxivində aparıldı, ədəbiyyata dəxli olmayan cızmaqaraların kökü kəsildi. Jurnalda uzun zaman kök salmış iş üsulu dəyişdi. Və bunun nəticəsində jurnala istedadların ayağı açıldı.Ədəbiyyatda, yaradıcı təfəkkürdə bir tərpəniş, bir oyanış başlanmışdı və “Azərbaycan” dərgisinin rolu bu prosesdə daha aydın hiss edilməyə başlanmışdı.

***

“Dəli Kür”ə qədər Azərbaycan romanında bəy, mülkədar obrazları yalnız sinfilik meyarları ilə təqdim edilirdi. Sosializm realizminin Azərbaycan modelində Cahandar ağa istismarçı, rəhmsiz, tamam mənfi bir insan idi. Ancaq İsmayıl Şıxlı bu modeldən imtina elədi və Azərbaycan bəyinin, mülkədarının bütün “mənəvi imtiyazlarını” özünə qaytardı.Məlum oldu ki, nə qədər ziddiyyətli və mürəkkəb xarakterə malik olsa da, Cahandar ağa əsl Azərbaycan kişisidir, qeyrət, namus, torpaq hissi onun bütün varlığına hakim kəsilib.

Vaqif Yusifli,
ədəbiyyatşünas,tənqidçi


İ.Şıxlı da rldən aldığı nağıl, əfsanə və rəvayət motivlərini yeni gözlə bədii təxəyyül süzgəcindən keşirərək, folklor təfəkkürü işığında təzə bədii libasa bürüyərək, özünəməxsus üslub tərzində oxucuya çardırır, xalqa qaytarırdı

Qasım Qasımzadə,
ədəbiyyatşünas, alim


İsmayıl Şıxlının hansı əsərini oxusan, gözlərinin qarşısında böyük bir mənzərə açılır, lövhələr yaranır.Sanki bu əsərləri yaradan iki nəfər olub.Yazıçı və rəssam.Çox maraqlı və qəribə ədəbi üsuldur ki, biz bunu İsmayıl Şıxlıda hiss etmişik.Təbiəti deyil, yaratdığı obrazlarındaxili və xarici aləmlərini elə təqdim edir ki, onun obrazları təkcə mənəviyyatları deyil, nurlu simaları ilə də yaddaşlara çökür. İsmayıl Şıxlınınəsərlərində rəssam işi var.

Flora Xəlilzadə,
Yazıçı-publisist


“Dıli Kür” ədəbiyyatımızın ömürlük əsərləri sırasındadır. Bu günlərin ən yaxşı nümunələri ilə birlikdə, bizcə, gələcək nəsillərə də xidmət edəcəkdir...Əsl istedadın şəxsiyyəti parça-parça onun əsərlərinə keçir, bu əsərlərin rəngi, xassəsi kimi əbədiləçir. Yazıçının kitablarındakı müsbət qəhrəmanların prototipləri olsa da, onların hərəsi əsasən bir İsmayıl Şıxlıdır.

Məstan Əliyev,
Yazıçı, publisist


Əgər biz İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatında mərhələ olan əsərlərdən biri sayılan və V.Solouxinin ruscaya çevirdiyi “Dəli Kür” romanına müraciət etsək, görərik ki, bu çoxplanlı, mürəkkəb dastanın da hərəkətverici qüvvəsi özünə görə görkəmli bir şəxsiyyətdir.Duyursan ki, pomanın qəhrəmanı Cahandar ağa dövrün bütün ziddiyyətlərini öz xarakterində cəmləşdirməklə, həm də, onun böyük dirçəlişini və məhdud sosial -mənəvi çıxılmazlıqlarını əks etdirir.

Marina Tarasova ,
Rus ədəbiyyatşünas-alimi


 “Dəli Kür”dəki yazışı təsvirlərini, bədii təhkiyəni ona görə səmimi adlandırıram ki, burada öyrənilən və qismən də müşahidə olunan həyata heç bir bəzək vurulmamış, hətta cəsarət əlaməti olaraq bir sıra mətləblər kəskin şəkildə irəli sürülmüşdür.Üslubun aydınlığı, yığcamlığı və bunlarla yanaşı, tərkibivndə nəcib bir duyğunu, incə bir əhval-ruhiyyəni saxlamaq qüdrətini demək olar ki, romanın hər səhifəsində görürsən

Əhəd Hüseynov,
ədəbiyyatşünas,alim


“Ölən dünyam” həqiqi roman təfəkkürünün məhsuludur. Burada hər epizod, hər təsvir, təfsilat və detal, obraz insan xəyalını çəkib uzaqlara aparır, onun düşüncəsinin alt və üst qatlarını oyadır. Ömər koxanın əvvəllər “maral buğasının heykirtisi”, “düyələrin mələşməsi eşidilən meşələrdən” indi “çaqqal-tülkü vaqqıltısından qulaq tutulması” ilə bağlı narahatlığında, Alanın (itin) insanlara sədaqətində, canavarlara qoşulub uzun müddət meşədə yaşasa da, öz əslini qorumasında, uzun illərin yurd həsrətindən sonra Həsən ağanın obaya dönüb yurdlarında salamat qalmış və vaxtilə öz əlləri ilə əkdiyi qoca palıdın altında canını tapşırmasında İ.Şıxlının “ölən dünya”sının bizim üçün tam açılması çətin olan çox həqiqətlər gizlənir.

Təyyar Salamoğlu
Ədəbiyyatşünas-tənqidçi


İ.Şıxlıya görə milli cəmiyyətin hazırkı durumu kğk etibariləyüz-yüz əlli il öncəyə gedir, bu müddətdə milli cəmiyyət bütöv bir sıra sarsıntı keçirir, ictimai-siyasi, mədəni-tarixi proseslərin təsiri il, habelə daxilən patriarxal məzmunu itirməyə başlayır.Cahandar ağanın dünyası dağılan, ölməkdə olan, ölən dünya olsa da yazıçı üçün keçmiş dünya deyildir, ölməz, yaşarı, köklü milli keyfiyyətləri ilə örnəkdir, yaşadılası dəyərlərə malikdir.Bu, həmin “keçmiş”dir ki, yüz il ərzində milli cəmiyyətin bu gününə keçir, çevrilir, qatbaqat, hər dəfə yenidən yeni təfsirə, anlağa uğrayaraq və maraqlıdır ki,yazıçı həmin məzmuna özünə qədərki yanaşmaları, münasibətləri də romanda ehtiva edə bilir.

Tehran Əlişanoğlu,
AMEA-nın müxbir üzvü, ədəbiyyatşünas - alim


Xalq yazıçısı İsmayıi Şıxlı Azərbaycan ədəbiyyatına yeni hava gətirən ən parlaq ədəbi şəxsiyyətlərdən biridir.Zəngin ədəbi ənənələrimizə, folklor yaddaşımıza min-bir tellə bağlı olması, nəsr poetikasının incəliklərinə yüksək tərzdə yiyələnməsi, əsərlərində özünəməxsus bədiiyyatın təcəssümünü verə bilməsi ona ədəbiyyatımızda əbədiyaşarlıq qazandırmışdır.İ.Şıxlı sənətdə olduğu kumu həyatda da vətənpərvərlik duyğularını, vətəndaşlıq qürurunu qorumuş, hər şeydən uca tutmuşdur.

Elman Quliyev,
ədəbiyyatşünas-alim


İsmayıl Şıxlı elə ədəbi şəxsiyyətlərdəndir ki, öz yaradıcılığı ilə istedad orijinallığı ilə Azərbaycan nəsrinin böyük hadisəsinə çevrildi.

Məhərrəm Hüseynov,
Professor


İsmayıl Şıxlı Azərbaycan xalqının həyat və məişətinə, milli adət-ənənələrinə, milli ruh və psixologiyasına, onun varlığını təşkil və təmsil edən milli-mənəvi dəyərlərə dərindən bələd yazıçı idi.

Yaqub İsmayılov,
professor


İsmayıl Şıxlı dərin erudisiyalı sənətkar olaraq milli – tarixi kimlik mövzusunu bədii düşüncə predmetinə çevirərkən, əlbəttə ki, özəl ədəbi-estetik biçimlərini də ortaya qoymuş olurdu. Xalqının keşməkeşli tale yolunun ağrılarını sinəsinə çəkən ədibin adı çəkilən romanlarında milli özünüifadə pafosunun özəl forma təzahürq sənətkarlıq axtarışlarının uğurlarından soraq verir.

Himalay Qasımov,
ədəbiyyatşünas, alim


Doğrusu, yazıçını, hər hansı tanınmış sənətkarı əsərlərinə görə sevirsən, amma o məşhurun xarakteri yaradıcılığı olə üst-üstə düşürsə, bu uca keyfiyyətlər bir-birini tamamlayırsa, oinsan gözündə daha da ucalır və sən onu təkcə sənətkar kimi deyil, həm də dəyərli bir şəxsiyyət kimi qazanırsan...Düşünürəm ki, bu məqam çox önəmlidir...Çünki cəsarətli, qorxmaz, əqidəli, bütün hallarda sözünü deməyi, ləyaqətini qorumağı bacaran qürurlu kişi, yaxud qadın həmişə sevilib, dəyərləndirilib, ehtiram qazanıb.İsmayıl Şıxlı sağlığında ikən bu sevgini qazanmış, bu böyük ehtirama layiq olduğunu təsdiqləmişdi.O, cəsarətli, mübarix, xeyirxah və bütün varlığıyla milli mentallığa, soykökə bağlı idi.

Esmira Fuad,
yazıçı, publisist


İsmayıl Şıxlı özünü kimsəyə sevdirmək üçün heç bir cəhd göstərmirdi. Amma hamı onu sevirdi.Bunun sirri nədə idi? Görəsən, bu sirri tam açmaq mümkündürmü? Bu sirri aça bilməyin mahiyyətini daha aydın dərk etmək üçün belə bir müqayisə yerinə düşərdi: Bu ona bənzəyir ki, dünya okeanının dibini silib-süpürəsən və deyəsən ki, axırıncı incini də tapıb götürdüm. İnanma.., inanma!..

Əli Rza Xələfli
yazıçı


Min illərdən bəri bir türk elatının genlərilə ötürülə-ötürülə gəlmış məişət adət-ənənə-gələnək, etnoqrafından formalaşaraq sıyrılıb çıxmış mərd, qürurlu, sərt xarakterli Cahandar ağanın (“Dəli Kür”) zəngin ifadə və söz çalarlarıyla yaradılmış kiliritli, bənzərsiz bədii obrazı təkcə Azərbaycan ədəbiyyatında deyil, dünya ədəbiyyatında belə görünən və seçiləndi.

Azər Abdulla,
şair, publisist


Bizim çoxumuz ali məktəb müəllimləri zamanının havasına uyduq, təmiz adımızı qoruya bilmədik. İsmayıl Şıxlı isə bu adı ürəyi kimi təmiz saxladı.

Qulu Xəlilli,
ədəbiyyarşünas,alim


Основной мотив большинства произведений Исмаила Шихлы-необходимость жить по законам чести и совести, по незыблемым нравственным заповедям, завеанным нам нашими предками.Не случайно слово «намус» - одно из наиболее часто повторящихся в лексиконе его героев.

Эпиграфом ко всем рассказам и повестям Исмаила Шихлы можно было вынести слова, сказанные одним из его поздних героев-гачагом Сулейманом: «Из-за чести людской я в опале оказался! Покуда жив я, никому никого не позволю бесчестить ! »

Эльмира Ахундова,
Писатель, публисисть


 

<< Geri