E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

(1919-1995)

İsmayıl Qəhrəman oğlu Şıxlı (Şıxlinski) 1919-cu il mart ayının 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur.

1928

Qazax rayonunun Kosalar kənd orta məktəbinə daxil olmuşdur.

1934-1936

Qazax pedaqoji texnikumunda oxumuşdur.

1935

Lenin komsomolu sıralarına daxil olmuşdur

1936-1937

Kosalar kənd orta məktəbində müəllimlik etmişdir.

1937-1941

 

V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxumuşdur.

1938

“Quşlar” adlı ilk şeri ilə “Ədəbiyyat qəzeti”ndə çıxış etmişdir.

1941-1942

Qazax rayonunun Birinci Şıxlı, Daş Salahlı, Kosalar kənd məktəblərində direktor və dərs hissə müdiri vəzifələrində çalışmışdır.

1942- sentyabr

Qızıl ordu sıralarına getmiş, ön cəbhədə vuruşmuş, Qafqaz, Krım, III Belarusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüş yolu keçmişdir.

1945

 Sov.İKP üzvlüyünə qəbul edilmişdir.

 Xidmətlərinə görə “Qırmizi Ulduz”ordeni ilə təltif edilmişdir.

1945 - noyabr

Cəbhədən geri dönmüşdür.

1946

V.İ.Lenin adına APİ-nin aspiranturasına daxil olmuşdur.

1947

“Həkimin nağılı” adlı ilk hekayəsi “İnqilab və mədəniyyət” jurnalında çap olunmuşdur.

1949

V.İ.Lenin adına APİ-də müəllimlik fəaliyyətinə başlamışdır.

1954

“Xalq yaradıcılığı Mehdi Hüseynin həyat və yaradıcılığı” mövzusunda dissertasiya müdafiə edərək filoloji elmlər namizədi alimlik dərəcəsi almışdır.

1954-1955

-“Ayrılan yollar” adlı ilk romanını yazmışdır.

1959

“Dəli Kür” romanından ilk dəfə bir parça çap olunmuşdur.

1965-1967

Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır.

1967-1969

Bakı Zəhmətkeş Deputatları sovetinin deputatı olmuşdur.

1968 “Dəli Kür” romanı kitab şəklində çapdan çıxmışdır.

1968-1970

Bakı şəhər Partiya Komitəsinin üzvü olmuşdur.

1971

“Seçilmiş əsərləri” iki cilddə çap olunmuşdur.

“Dəli Kür” Moskvada “Советский писатель” nəşriyyatında çap olunmuşdur.

“Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.

1972

V.İ.Lenin adına APİ-də yaradılmış Rus və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri seçilmişdir.

1973

Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını ilə təltif edilmişdir.

1974

“XX əsr xarici ədəbiyyat tarixi” adlı dərs vəsaiti çap edilmişdir.

1976

Xarici ölkələrlə Əlaqə Cəmiyyəti xəttilə Almaniyaya səfər etmişdir.

“Nə yaxşı ki, dünyada Səməd Vurğun var” adlı tammetrajlı geniş ekranlı bədii-sənədli filmin ssenarisinə görə Azərbaycan Lenin komsolu mükafatına layiq görülmüşdür.

1976-1978

“Azərbaycan” jurnalının baş redaktoru vəzifəsində çalışmışdır.

1979

Anadan olmasının 60 illiyi geniş qeyd edilmiş, “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir.

1980

“Dəli Kür” romanı gürcücə Tbilisidə kitab şəklində çapdan buraxılmışdır.

1981-1987

Azərbaycan Yazıçılar İttifaqının birinci katibi işləmişdir

1982

Almaniya Federativ Respublikasına səfər etmişdir.

1985

II dərəcəli “Böyük Vətən mühari-bəsi” medalı iə təltif edilmişdir.

1990

Azərbaycan Respublikasının Ali Sovetinin deputatı seçilmişdir.

1991

Ömrünün sonuna kimi Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvü olmuşdur.

M.F.Axundov adına ədəbi mükafata layiq görülmüşdür.

Ağsaqqallar Şurasının sədri seçilmişdir.

1994

İyulun 4-də “Şöhrət” ordeni ilə təltif edilmişdir.

1995

İyulun 26-da vəfat etmiş, I Fəxri Xiyabanda dəfn edilmişdir.

1999

Hətat və yaradıcılığı haqqında Yaqub İsmayılovun “İsmayıl Şıxlı. Həyatı, mühiti, sənəti” adlı ilk monoqrafiya  nəşr edilmişdir.

2006

Mart ayının 24-də Azərbaycan respublikasının Prezidenti İlham Əliyev İ.Q.Şıxlının xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalamışdır

Dekabr ayının 29-da Nijni Novqorod şəhərində “Palmali” şirkətinə məxsus “İsmayıl Şıxlı” adına yük gəmisi istifadəyə verilmişdir.

2007

May ayının 30-da Qazax şəhərində İsmayıl Şıxlının adını daşıyan parkın və abidəsinin açılışı olmuşdur.

2011

Mart ayının 7-də Bakıda (Ü.Hacıbıyov küçəsi, 27) yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur

2014

T.Salamoğlunun “İsmayıl Şıxlının bədii nəsri”: monoqrafiyası nəşr edilmişdir.

İsmayıl Şıxlının anadan olmasının 95 illiyinə ithaf olunmuş B.Xəlilovun “İsmayıl Şıxlının dilçilik görüşləri” kitabı nəşr edilmişdir.

2015

B. Xəlilovun “İsmayıl Şıxlı: müəllim haqqında müəllim sözü” kitabı çapdan çıxmışdır.

2019

Yanvarın 28-də Azərbaycan Prezidenti İlham Əliyev İ. Şıxlının Anadan olmasının 100 illiyi haqqında sərəncam imzalamışdır.

Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi “İsmayıl Şıxlı: biblioqrafiya” adlı fundamental biblioqrafiyası çap olunmuşdur.

 

<< Geri