“Bakı-İslam Mədəniyyətinin paytaxtı-2009” tədbirlər çərçivəsində
10-12 sentyabrda Azərbaycanın mədəniyyət, kitab və kitabxana işi tarixində ilk dəfə keçirilən I Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında 20-dən çox xarici ölkənin nəşriyyat və poliqrafiya müəssisələrinin nəşrləri, Azərbaycan Respublikası Prezidentinin sərəncamı, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə çap olunmuş kitablar, o cümlədən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının fondundan da kitablar nümayiş olunurdu.
Sentyabr ayının 12-də Milli Kitabxanada I Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında iştirak edən 10 xarici ölkə milli kitabxanalarının direktorlarının gətirdikləri kitabların Milli Kitabxanaya təqdimetmə mərasimi keçirildi. Tədbirdə Qazaxıstan, Belarus, Tacikistan, Estoniya, Latviya, Pakistan, Qırğızıstan, Türkiyə, Tatarıstan və Slovakiya Milli Kitabxana direktorları və digər qonaqlar iştirak edirdi.