E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Beynəlxalq sərgi

2009-cu ildə Bakı şəhərinin islam mədəniyyətinin paytaxtı elan edilməsi bu ili xüsusilə yaddaqalan etmiş, mədəniyyət tariximizin şərəfli səhifəsinə çevirmişdir.

“Bakı-İslam Mədəniyyətinin paytaxtı-2009” tədbirlər çərçivəsində aprel ayının 20-də Milli Kitabxananın sərgi zalında “İslam mədəniyyəti kitab səhifələrində” adlı geniş beynəlxalq kitab sərgisinin açılışı mərasimi olmuşdur. Sərgidə 9 ölkənin - Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan Milli Kitabxanalarının fondlarından 600-ədək kitab nümayiş olunmuşdur və sərginin sonunda həmin kitablar Azərbaycan Milli Kitabxanasına hədiyyə olunmuşdur.

<< Geri