İslam Həmrəyliyi Oyunları İslam
Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən keçirilən çoxmillətli və
çoxidmanlı tədbirdir.
İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilmişdir. Sayca İkinci
İslam Həmrəyliyi Oyunlarının ilkin olaraq 2009-cu ilin oktyabrında İranda
keçirilməsi nəzərdə tutulsa da, daha sonra tədbir 2010-cu ilin aprel ayına
təxirə salındı və sonradan ləğv olundu. Növbəti Oyunlar 2013-cü ildə
İndoneziyada baş tutdu.
2014-cü ildə 24 iyul tarixində Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam
Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyası baş tutdu.
İslam Həmrəyliyi İdman Federasiyasının səkkizinci seçilmiş Baş Assambleyası
Səudiyyə Ərəbistanının Ciddə şəhərində dördüncü İslam Həmrəyliyi Oyunlarının
2017-ci ildə Azərbaycanda keçirilməsinə qərar verdi.
Belə ki, Assambleyada Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı
2017 İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Könül
Nurullayeva və İslam Həmrəyliyi Oyunlarının işçi qrupunun üzvü Mehman Kərimov Bakı şəhərinin
təqdimatı ilə çıxış etdi. Assambleya çərçivəsində "Bakı 2017" namizədlik
kitabının təqdimatı olub. Daha sonra assambleyda səs vermə baş tutdu və tam
yekdilliklə Azərbaycan 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını ev sahibliyi
etmək hüququ qazandı.
2015-ci ildə 7 aprel tarixində IV İslam Həmrəyliyi Oyunları barəsində müqavilə
imzalandı. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz
Hüseynzadə və şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Alsaud imzaladığı
müqaviləyə əsasən IV-cü İslam Həmrəyliyi Oyunlarının proqramına 20 idman növü, o
cümlədən Azərbaycanın milli idman növü olan zorxana əlavə olundu.
2015-ci ildə 2 noyabr tarixində Azərbaycanın Bakı şəhərində İslam Həmrəyliyi
İdman Federasiyasının Əlaqələndirmə Komissiyasının iclası baş tutdu. Nihat
Ustanın sədrliyi ilə keçirilən Əlaqələndirmə Komissiyasının iclasında Azərbaycan adından Azad
Rəhimov, Çingiz Hüseynzadə Könül Nurullayeva və digər nümayəndələr qatıldı.
2016-cı ildə 13 may tarixində Bakı 2017 İslam Həmrəyliyi Oyunları Milli Olimpiya
Komitəsiləri üçün Açıq Gün baş tutdu. IV-cü İslam Həmrəyliyi Oyunlarına hazırlıq
işlərinin davamı olaraq Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat
Komitəsi 39 İslam dövlətinin Milli Olimpiya Komitəsinin üzvlərini qəbul etdi.
|