İyun ayının 1-də
Azərbaycan Milli Kitabxanası Mədəniyyət və Turizm Nazirliyi və
Misir Mədəniyyət Mərkəzi birgə “İslam Həmrəyliyi ili” ilə
əlaqədar tədbir keçirmişdir. Tədbirdə Qahirə Universitetinin
professoru, Ədəbiyyat üzrə Dövlət Mükafatı laureatı Əhməd
İbrahim Dərviş Muhəmməd "İslam həmrəyliyinin
möhkəmləndirilməsində Azərbaycanın rolu" mövzusunda məruzə ilə
çıxış etmişdir.
Tədbiri Milli
Kitabxananın direktoru professor Kərim Tahirov açaraq 2017-ci
ili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən “İslam həmrəylik ili” elan olunmasından, islam
dininin dostluq, qardaşlıq, sülh dini olmasından, ölkədə
keçirilən silsilə tədbirlərdən, 12-22 may tarixlərində Bakıda
uğurlu keçirilən IV İslam Həmrəyliyi Oyunlarından danışmışdır.
Dok. Əhməd İbrahim
Dərviş Muhəmməd öz çıxışında Azərbaycanda islam, toleriantlıq,
Azərbaycan alimlərinin dünya ədəbiyyatında və mədəniyyətində
islam həmrəyliyinin əsasını qoyması, onların islam həmrəyliyində
əvəzsiz xidmətləri barəsində məruzə etmişdir.
Misir Mədəniyyət və
Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi
Bakıda yüksək səviyyədə keçirilən IV İslam Həmrəyliyi
Oyunlarının islam həmrəyliyinin ən gözəl təcəssümü olduğunu
bildirmişdir.
Sonda “Azərbaycan
Milli Kitabxanası. Fotoalbom” (Azərbaycan, ingilis və rus
dillərində) və “Azərbaycan. Fotoalbom” (ərəb dilində) kitabları
qonağa hədiyyə verilmişdir.