Qurani-Kərim neçə əsrlərdir ki,
dünya müsəlmanlarının həyat yolunu müəyyən edib, onları yaşadıb, onların
bəşəriyyətdə özünəməxsus yer tutmalarını təmin edibdir.
İslam dini yaranandan indiyə qədər Kürreyi-ərzin insanlarının çox bir hissəsini
düz yola, ədalətə, saflığa, paklığa, yüksək mənəviyyata yönəltmiş və onların
belə yaşamasını təmin etmiş müqəddəs bir dindir. İslam dini bəşər tarixində
misilsiz xidmətlər göstərmiş, insanların, müsəlmanların yüksək mənəvi -əxlaqi
dəyərlərə nail olmasını təmin etmiş və bu dinə itaət edən insanları dünyanın
bütün əzab-əziyyətlərindən, keşməkeşlərindən keçirib onların yaşayışını təmin
etmiş, onları yaşatmışdır.
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri
Azərbaycan müstəqil dövlət kimi islam həmrəylinə töhfəsini verir. Bütün müsəlman
ölkələri ilə biz çox mehriban münasibətlər qurmaq əzmindəyik. İslam
həmrəyliyinin gücləndirilməsi üçün əməli addımlar atırıq.
***
İslam sülh dinidir, mehribanlıq dinidir, dözümlülük dinidir, tolerantlıq dinidir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, öz ənənələrimizə, öz
köklərimizə böyük hörmətlə yanaşırıq. Biz öz mədəni, dini və tarixi irsimizlə
fəxr edirik.
Mehriban Əliyeva,
Azərbaycan Respublikasının Birincivitse-prezidenti, UNESCO vəİSESCO-nun xoşməramlı səfiri
"Xristianlıqla yanaşı, bu gün İslam dini də Almaniyanın bir hissəsidir"
Kristian Vulf,
Almaniya prezidenti
"İslam böyük bir dindir"
Barak Obama,
ABŞ-in 44-cü prezidenti
Müsəlmanlar öz xilaslarını Quran vasitəsilə və Quranda tapacaqlar.
Əhməd bəy Ağaoğlu,
ictimai xadim, pedaqoq və yazıçı
"Bəzi xristianlar İslama irad və tənə olaraq deyirlər: "Məhəmməd (s) öz dinini
qılınc gücünə yaymışdır. Yəni, əgər qılınc olmasaydı, bu din dünyaya səs
salmazdı”. Bu sözü deyənlər nə qədər həqiqətdən uzaq, yanlışdadırlar! Onlar
yaxşı fikirləşməlidirlər ki, bu qılıncı qınından çıxaran, onun şuasını Musa bin
Nəsir, Tariq ibn Ziyad və digər böyük fatehlərin əli ilə Fransa, İspaniya
dağlarının yüksəkliklərinə, Mədaindən Səmərqəndə qədər əraziyə, Misir
ehramlarının üzərinə yayan hansı qüvvə idi? Şubhəsiz, bu qüvvə Məhəmmədin (s)
dini idi”.
Tomas Karleyl,
şotlandiyalı yazıçısı
Bütün bəşəriyyət Hz. Məhəmmədin insanlığı ilə öyünməlidir. Çünki o zat, ümmiliyi
ilə yanaşı, on üç əsr əvvəl elə qanunlar və əsaslar gətirmişdir ki, biz
avropalılar iki min il sonra Onun həqiqətinə və qiymətinə çata bilmərik.
Shobel
Biz Avropa millətləri mədəni imkanlarımıza rəğmən Hz. Məhəmmədin son pilləsində
olduğu pilləkənin ilk pilləsindəyik. Şübhə yoxdur ki, bu yarışda heç kimsə onu
keçə bilməyəcəkdir.
Höte
alman şair-dramaturqu,
mütəfəkkir və naturalist
Dünyaya ən çox təsir edən şəxslərin siyahısının başında Məhəmmədin adını
çəkməyim bəzi oxucularımı təəccübləndirəcək, bəziləri isə məni tənqid edəcəklər.
Lakin,dünyada həm dünyəvi, həm də dini cəhətdən ən müvəffəqiyyətli yeganə insan
Odur. Demək olar ki, Məhəmmədin İslam dini üzərindəki şəxsi təsiri, İsa Məsih və
Əziz Pavlovsun xristianlıq üzərində birgə təsirindən daha çoxdur. Dünyəvi və
dini təsirin tarixdə analoqu görülməmiş şəkildə birləşməsi Məhəmmədin tarixin ən
önəmli şəxsiyyəti olmasına kifayətdir.
Michael Hartl
Kornel Universitetində(Ədəbiyyat), Nyu York Universitetində (hüquq) müəllimi, Adelphi Universitetində fizik,
"100 böyük şəxsiyyət"kitabının müəllifi
“Məncə Məhəmməd həqiqi bir peyğəmbərdir. Ayrıca aramızda heç kimsənin
müsəlmanlığı qəbul etməsi kimi bir təhlükə də olmadığından (xristianlara aid bir
konfransdakı çıxışından) Onun bütün yaxşılıqlarını düzgün söyləmək istəyirəm.
Onun sirrinə vaqif olmağın yolu budur. Hazırda yüz səksən milyon insan 1200
ildən bəridir ki, onu özlərinə rəhbər etmişdirlər.
Onun haqqında necə pis düşünə bilirsiniz. Xeyir, mən bunu qəbul edə bilmərəm. O,
batil, zavallı və intiqaçı deyildir. Gətirdiyi mesaj gerçektir. O səmimi olmaq
üzərə yaradəlmışdır.
Bu zatın ətrafinda məqsədyönlü yığdığımız yalanlar bizim üçün sadəcə bir ayıbdır.
Səssiz və böyük bir ruh, ancaq, ciddi ola bilən bir şəxs... Məqsədi dünyanı
aydınlatmaqdı, çünki dünyanı Yaradan belə əmr etmişdir.
Məhəmməd yola getməyən qəbilələri və köçəri bədəviləri iyirmi ildən artıq bir
müddətdə təkbaşına birləşdirərək güclü və sivil millətə çevirmişdir. Mən bu
adamın igidliyindən qürur duyuram. Bizlərdən kimlərinsə Məhəmməd ümmətinə
çevrilməsindən qorxmaq gərək deyildir.
Thomas Carlyle
Şotland filosofu, satirik yazıçı, esseist, tarixçi, müəllim və“Qəhramanlar və qəhramanların kultu” adlı əsərin müəllifi
Hindistandan İspaniyayadək islam sivilizasiyası həmişə inkişafda olmuşdur.
Xristian sivilizasiyası zəiflədiyi halda, islam sivilizasiyası inkişafını davam
etdirmişdir. Bizlərə elə gəlir ki, sivilizasiya Qərbi Avropa sivilizasiyasıdır,
lakin bu, məhdud düşüncə tərzidir.
Professor Bertrand Rusel
“Şərq fəlsəfəsinin tarixi" kitabından
Onun hər sözü bir aforizmdir
H. Mones
professor
14 əsr keçməsinə rəğmən Hz. Məhəmməd bu zamanın rəhbəri, tək hidayət rəsuludur.
Raymons Leronge
Fransız sosioloq
Mən şəxsən Hz. Məhəmmədin heyranıyam
V. D. Eratsen
Sosioloq
Bütün zamanların ən böyük lideri Məhəmməd idi.
Jules Masserman
professor
Məhəmməd həyatında ən böyük uğurları qılınc gücünə yox, mənəviyyatının nüfuzetmə
qabiliyyəti sayəsində qazanmışdır. Onun nəsihətləri həmfikirlərini ağıl və din
çərçivəsində indi də birləşdirir. Mən qəti fikirdəyəm ki, Allah təkdir, Məhəmməd
isə onun Rəsuludur.
Edvard Gibson
ingilis tarixçisi
Böyük İslam Peyğəmbəri Uca Yaradanın qatına çıxıb onunla görüşmüşdür. Mən Meraca
bütün qəlbimlə inanıram.
F.Dostoyevski
Rus roman yazıçısı
Böyük liderlərin həyatı və xarakterləri ilə deyilən fikirlərin heç biri İslam
Peyğəmbəri üçün söylənilə bilməz.
B. Smith
model, yazıçı
Sənin əsrində yaşamadığım üçün çox üzgünəm. Ey Məhəmməd! Quran Allahın kitabıdır.
İnsanlıq sənin kimi böyük insanı bir dəfə görmüş bir daha görə bilməyəcəkdir.
Sənin önündə sayqı və hörmətlə əyilirəm.
Prens Bismark
Prussiya və Almaniyanın XIX əsr
görkəmli dövlət xadimi
Mən bu heyrət doğuran insanın həyatını oxudum. Mən onu insanlığın xilaskarı kimi
görürəm. Onu belə tanımağımız lazımdır. O bu gün yanımızda olsaydı, dünyanın
bütün problemlərini bir qəhvə içimində həll edərdi
Bernard Shaw
İrlandiyalı sosyalist, dramaturq
İslam həyatda qılınc gücünə deyil, milyonlarla adamın qəlblərinə hakim kəsilmiş
Məhəmməd peyğəmbərin (s.ə.s.) ləyaqəti sayəsində yer tutmuşdur. Məhəmməd
peyğəmbər (s.ə.s.) qarşısında duran vəzifəni layiqincə yerinə yetirmiş,
dostlarına və ardıcıllarına həmişə sədaqət nümayiş etdirmiş, islam ideyalarını
həyata keçirmək üçün fədakarlıq göstərmiş bənzərsiz şəxsiyyət kimi sevilməkdədir.
Mahatma Qandi
Hindistan Azadlıq Hərəkatının
siyasi və ruhani lideri
"Biz Məhəmmədin peyğəmbərliyini qəbul etməyə borcluyuq. O, xristianlığın və
iudaizmin yanlış fikirlərinin nə dərəcədə təhlükəli olduğunu yaxşı başa düşürdü.
Məhəmməd həyatını təhlükə altında qoyaraq bütpərəstləri təkallahlığa çağırmağa
başlamışdı. O, təkcə bəşər tarixinin böyük şəxsiyyəti olmamışdır. Biz onu
Allahın Yer üzündə böyük elçisi kimi qəbul etməliyik".
Karl Marks
alman filosofu, siyasətçisi,
marksizm-leninizm nəzəriyyəsinin banisi
"İslamın əsası çox sadədir, onun məğzi belədir: "İbadət üçün Allahdan savayı
məbud yoxdur, Məhəmməd də Allahın Yer üzündəki elçisidir. Bu Kitabda, yəni,
Quranda epoxamızın elmlərinin ziddinə heç bir şey yoxdur. İslam dini arxasınca
gedilməyə layiq dindir".
III Qustav
İsveç kralı
"Avropa böyük sarsıntı qarşısındadır. Üzdə hər şey gözəl görünsə də, içdə belə
deyildir. Stress, düşüncəsizlik, intihar, ruhi xəstəliklər, əxlaqsızlıq, alkoqol
və narkotik hərisliyi, quldurluq, zorlama, zöhrəvi xəstəliklər baş alıb gedir.
Adamların bir-birinə sevgisi və inamı yoxa çıxıb. Hamıda ölüm xofu var. Ailələr
dağılır, ailə üzvləri arasında əlaqələr pozulur. Dövlət rəhbərləri yaranmış
vəziyyətdən çıxış yolu tapa bilmirlər. İntellektual dairələr mənəvi boşluqda
fəaliyyət göstərə bilmirlər. Avropanın qarşısında bir seçim, bir xilas yolu var.
Bu, islam yoludur. Digər seçim yoxdur".
Riçard Bellin
İngilis alimi
“Mühit istədiyini edir və həyatın mənasının anlaşılması məsələsində kilsəni öz
arxasınca aparır. Dünyada xristian dininin təliminə zidd olan həyat tərzi
meydana gəlmiş və adamlar da həmin həyat tərzindən qaça bilməmişlər. Nəticədə
insanlar bütpərəstlik həyatından da pis həyatda yaşayırlar. Kilsə də həmin
həyata nəinki haqq qazandırır, hətta xristianlıq təliminin bundan ibarət
olduğunu təsdiq edir. Xahiş edirəm ki, məni Məhəmməd ümməti hesab edəsiniz".
Məhəmməd hörmət və sayqıya artıqlaması ilə layiqdir.
Lev Tolstoy
rus yazıçısı, mütəfəkkiri
İnsan hansı kriteriyalarla ölçülürsə ölçülsün, əcəba Hz. Məhəmməddən daha böyük
insan tapıla bilərmi?
Lamartine
Fransız yazar, şair ve siyasətçi
“Məhəməd (s.a.v) 8 iyun 632-ci ildə vəfat etdiyi zaman bütün qəbilələri
Müsəlmanlaşdırmışdı. Onun əmr etdiyi hicab (təsəttür) qadınları təhqir etmək
deyil, ucaltmaq üçün gətirdiyi bir protokol idi. Onun bu hərəkəti qərbi
imperialistlərə qarşı idi. O sadəcə öz cəmiyyətini deyil, eyni zamanda insanlıq
tarixini düzəltmək və ədalətli bir cəmiyyət qurmaq hədəfini önə qoymuşdu və bunu
bacardı da”
Karen Armstrong
Katolik rahibe,
Yəhudi tədqiqatçısı
Islam: A Short History, Muhammad: A Prophet of Our Time
və s. kimi kitabların müəllifi
Xristian Avropa Hz. Peyğəmbər (s.a.v.) haqqında azdırılmış bir görüntü əks
etdirir. Qərb önyarqılıdır”.
Anne Marie Delcambre
Hüquqşünas
"İslam sülh, azadlıq, bərabərlik və ümid dinidir".
Abel Şavyer,
keçmiş portuqaliyalı futbolçu
"İslam dinini seçdim, çünki bu, mənə azad olmaq imkanı verir və mən bundan sonra
özümü daha yaxşı hiss edirəm. Mən hər zaman elə bir şey axtarırdım ki, mənim
düşüncələrimi, hisslərimi rahatlaşdırsın. Mən onu İslamda tapdım. İndi mən
mehriban olmağı xoşlayıram. Mən pivənin paytaxtı olan Bavariyada spirtli içki
qəbul etmirəm... İslam hər şeydir"
Frank Riberi,
fransalı futbol ulduzu:
|