“Həqiqətən Kamil Əliyev Azərbaycanda rəssamlıq
məktəbinin çox görkəmli bir nümayəndəsidir.
Xüsusən, rəssamlıq sənətinin çox çətin bir
sahəsi olan xalçaçılıq-rəssamlıq sənətinin böyük
bir rəssamıdır...
Onun əsərləri də Azərbaycan xalçaçılıq
sənətində, rəssamlıq məktəbində daim
yaşayacaqlar və çox görkəmli əsərlər kimi
Azərbaycan mədəniyyəti xəzinəsində öz yerlərini
tutacaqlar”.
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri
"Azərbaycan xalçaçılıq və dekorativ tətbiqi
sənətinin qədim ənənələrinin qorunub
saxlanılmasında və inkişaf etdirilməsində Kamil
Əliyevin mühüm xidmətləri vardır. Onun əsərləri
öz orijinallığı və monumentallığı ilə
səciyyələnərək mədəniyyətimizin parlaq
səhifəsini təşkil edir".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
"Kamil Əliyev sənət kəhkəşanının parlaq
ulduzudur”.
Esmira Fuad,
sənətşünas alim
Kamil Əliyevin zəngin fantaziyası, yaradıcı
düşüncəsini təyin edən istedadı, onu yeni,
özünəməxsus xalça kompozisiyaları yaratmağa sövq
etmişdir. Bunlar Azərbaycanın görkəmli
şəxsiyyətlərinə həsr olunmuş portret-xalçalarda,
habelə milli xarakterin qabarıq ifadə olunduğu
mürəkkəb süjetli-tematik və ornamental
kompozisiyalarda öz əksini tapmışdır.
Röya Tağıyeva,
sənətşünaslıq doktoru, professor
"Ustad Kamil Əliyev haqqında çox eşitmişəm. Onun “Atatürk” xalısının şəklini Türkiyə qəzetlərində görmüşəm. “Məhəmməd Əmin Rəsulzadə” xalısıyla tanış olarkən bir daha yəqin etdim ki, Kamil bəy o tay-bu tay Azərbaycanın ən görkəmli portret-xalı leylacııdır”.
Məlik Cahan Xəzayi,
Fransada yaşayan İran rəssamı
|