E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Kərim Məhəmməd oğlu Tahirov 1951‒ci il noyabr ayının 12‒də Ağcabədi rayonunda anadan olmuşdur.

1973‒1978

Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil almışdır. (indiki Bakı Dövlət Universiteti)

 

1978

Təyinatla M.F.Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanasına (indiki Azərbaycan Milli Kitabxanası) göndərilmişdir.

 

1979‒1982

 

 

 

Elmi‒metodiki şöbədə (indiki Kitabxanaların metodik təminatı şöbəsi) böyük kitabxanaçı, baş kitabxanaçı, böyük redaktor, bölmə müdiri vəzifələrində çalışmışdır.

1983‒1987

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin baş Kitabxana müfəttişliyinin böyük müfəttişi vəzifəsində işləmişdir.

 

1987‒1988

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin baş Kitabxana müfəttişliyinin rəisi vəzifəsində çalışmışdır.

 

1988‒1989

Mədəni‒maarif Müəssisələri İdarəsinin baş müfəttişi olaraq fəaliyyət göstərmişdir.

 

1989‒1993

Mədəni‒kütləvi işlər, Kitabxana və Muzey işləri Baş İdarəsinin baş müfəttişi vəzifəsində çalışmışdır.

 

1993‒2000

Kitabxana və Muzey işləri baş idarəsinin rəisi vəzifəsində işləmişdir

 

2000‒2005

M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının (indiki Azərbaycan Milli Kitabxanası) Metodik və nəşriyyat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir.

 

2003

Avrasiya Kitabxanalar Assambleyasının (BAE) üzvü təyin edilmişdir.

 

2005

Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində çalışmağa başlamışdır.

 

2006

Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq,biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisasları üzrə Dövlət İmtahan Komissiyasının sədri təyin edilmişdir.

 

2007

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Ekspert Komissiyasının sədri olaraq çalışmışdır.

 

2008, 17 noyabr

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

 

2009

“M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923–1959‒cu illər)” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır.

 

2012

Kitabxanaşünaslıq kafedrasının dosenti elmi dərəcəsini almışdır.

 

2013

Kitabxanaşünaslıq kafedrasının professoru elmi dərəcəsini almışdır.

 

2013

Milli Kitabxananın Elmi Şurasının sədri təyin edilmişdir.

 

2013

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “3‒cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

 

2014

 

  

“QIZIL FORTUNA” Beynəlxalq reytinqli texnologiyalar və Sosiologiya Akademiyasının qızıl medalı ilə təltif edilmişdir.

  

2014,10 yanvar

TÜRKSOY‒un yaradılmasının 20 illiyi münasibəti ilə medalla təltif olunmuşdur

 

2015

Avrasiya Kitabxanalar Assambleyasının (BAE) vitse prezidenti vəzifəsinə seçilmişdir.

 

2016, 26 dekabr

Ombudsmanın Fəxri Fərmanı ilə təltif edilmişdir.

 

2018, 12 sentyabr

Nazirlər kabinetinin qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının üzvü təyin olunmuşdur.

 

2018

IX THE FIRST Beynəlxalq mükafatı ilə təltif edilmişdir.

 

2018, 2 noyabr

Ədəbiyyat İnstitutunun fəxri dostu” mükafatı ilə təltif edilmişdir.

 

2019, 28 oktyabr

Mədəniyyət nominasıyası üzrə "Cəfər Cabbarlı mükafatı"na layiq görülmüşdür.

 

2019, 24 dekabr Azərbaycan Milli Kitabxanasında "İmadəddin Nəsimi. Biblioqrafiya" adlı yeni kitabın işıq üzü görməsi münasibəti ilə "Ziyadar" mükafatına layiq görülmüşdür.
2019 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın  və 13 ölkənin Azərbaycandakı diplomatik nümayəndələrinin və kitabxana rəhbərlərinin iştirakı ilə Milli Kitabxanada Beynəlxalq əməkdaşlıq zalının açılışının və “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsinin təşəbbüskarı olub.

2020

“Musiqi kitabxanası” layihəsini hazırlamış Milli Kitabxananın saytında həyata keçirilməsini təmin etmişdir.
2020, 3 dekabr 1992-1993-cü illәrdә ermәni hәrbi birlәşmәlәri tәrәfindәn işğal olunmuş vә  2020-ci ilin 27 sentyabr-10 noyabr tarixlәrindә Azәrbaycan Respublikasının Prezidenti, Müzәffәr Ali Baş Komandan İlham Әliyevin rәhbәrliyi altında Azәrbaycan Ordusunun şücaәti nәticәsindә ermәni işğalından azad  edilәn rayonlardakı kitabxanaların mövcud durumunu vә onların qiymәtli kitab fondlarının mühafizә vәziyyәtini araşdırmaq vә bu barәdә beynәlxalq Kitabxana tәşkilatı olan Beynәlxalq Kitabxana Assosiasiyaları Fedarasiyasına (IFLA-ya) müvafiq mәlumatın verilmәsi məqsədilə işğaldan azad edilәn 10 rayonun Mәrkәzi  Kitabxana Sistemlәrinin direktorları ilә onlayn videokonfrans keçirmişdir.

2020, 8 dekabr

 

İşğaldan azad edilәn 10 rayonun Mәrkәzi Kitabxanaları vә Azәrbaycan Milli Kitabxanası adından İFLA-nın Prezidenti xanım Kristin Makenziyә müraciәt etmişdir.
2021

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar “Qarabağa kitabla gedək” layihəsinin təşəbbüskarı olmuşdur. 2021-ci il yanvar ayının 15-də Milli Kitabxanada “Qarabağa kitabla gedək” layihəsinin təqdimatı baş tutmuşdur. Hazırda bu layihə üzrə 60 min nüsxəyədək kitab toplanmışdır;

‒ Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Milli-mənəvi dəyərlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində dahi Nizaminin dünya kitabxanalarında mühafizə olunan 150-dən artıq əlyazmalarının digital surətlərinin Milli Kitabxanaya gətirilməsinə və elektron bazasının yaradılmasına, habelə onlardan ən əhəmiyyətlilərinin bir nüsxə çap olunaraq Milli Kitabxananın nadir fonduna verilməsini təmin etmişdir;

2021-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş ilk fundamental biblioqrafiyanın – “Nizami Gəncəvi: Biblioqrafiya” kitabının (808 səhifə) müəllifi və elmi redaktorudur.

‒ Azərbaycan Milli Kitabxanası tərəfindən 70 illik yubileyi münasibətilə hazırlanan virtual sərgi və elektron baza oxucuların istifadəsinə verilmişdir;

2021, 12 noyabr

‒ Ölkəmizdə elmin, təhsilin, kitabxana işinin inkişafındakı xidmətlərinə görə və 70 illik yubileyi münasibətilə Bakı Dövlət Universitetinin “Fəxri Məzun Diplomu” ilə təltif edilib;
 

2021, 17 noyabr

‒ “2-ci dərəcəli “Əmək” ordeni” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam vermişdir;

‒ TÜRKSOY tərəfindən böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik xatirəsinə həsr edilmiş “Nizami Gəncəvi” medalı ilə təltif edilmişdir;

‒ TÜRKSOY tərəfindən 70 illik yubileyi münasibətilə plaketlə təltif edilib.

‒ Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə professorun 70 illik yubileyinə həsr olunmuş elmi-praktik seminar keçirilib;

‒ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 700 illik yubileyinə həsr olunmuş "Elmin kitab keşikçisi" adlı tədbir keçirilib.

 

 

 

 

<< Geri