1947

  • BDU-nin filologiya fakultəsinin nəzdində “Kitabxanaçılıq” şöbəsi təşkil olunmuşdur.

  • Fakultədə “Kitabxanaşünaslıq” kafedrası fəaliyyət göstərir.

1947-1959

 “Kitabxanaşünaslıq” kafedrasının ilk müdiri Əliheydər Qəhrəmanov olmuşdur.

1952

“Kitabxanaçılıq” şöbəsinin ilk (16 nəfər) buraxılışı olmuşdur.

1955

Yanvar ayında “Kitabxanaçılıq və biblioqrafiya” kafedrası şöbənin V kurs tələbəsi Abuzər Alı oğlu Xələfovun yüksək təhsil göstəricilərini və ictimai fəaliyyətini nəzərə alaraq müəllim saxlanılması qərar qəbul edir.

1955

Şöbədə qiyabi Azərbaycan bölməsi açılmışdır.

1956-1963

Zörab Əliyev “Azərbaycanda biblioqrafiya işinin tarixi (1920-1958-ci illər) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1956

“Kitanxanaçılıq və biblioqrafiya” kafedrasının ilk məzunlarından biri Murad Şəmsizadə kafedraya müəllim dəvət edildi.

1958

“Kitabxanaçılıq” şöbəsi Şərqşünaslıq fakultəsinin tərkibinə daxil edilmişdir.

1958-1959

 “Kitanxanaçılıq və biblioqrafiya” kafedrasının məzunlarından Hacı Həsənov və Əşrəf Xələfov kafedraya işə dəvət edildi.

1959-1963

“Kitabxanaşünaslıq” kafedrasına Həsən Əlizadə rəhbərlik etmişdir.

1959

Şöbədə qiyabi rus bölməsi açılmışdır.

1961

Abuzər Xələfov “Azərbaycanda kitabxana işinin tarixi (1920-1932-ci illər) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

1962

BDU-da müstəqil -“Kitabxanaçılıq” fakultəsi təşkil edilmişdir.

1963
  • “Kitabxanaçılıq” fakultəsinin axşam şöbəsi yaradıldı
  • “Kitabxanaçılıq” fakultənin nəzdində Kitabşünaslıq və kitab ticarətinin təşkili şöbəsi yaradıldı

1962-1970

“Kitabxanaçılıq” fakultəsinə Abuzər Alı oğlu Xələfov başçılıq etmişdir.

1963-h/h

“Kitabxanaşünaslıq” kafedrasına Abuzər Xələfov başçılıq edir.

1968

Fakultədə “Biblioqrafiyaşünaslıq” kafedrası fəaliyyət göstərir.

1968-1978

“Biblioqrafiyaşünaslıq” kafedrasının ilk müdiri Əşrəf Xələfov olmuşdur.

1968

Tacəddin Quliyev “Azərbaycanda həmkarlfr ittifaqı kitabxanalarının tarixi (1920-1941) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1970

Fərman Bayramov “Cəlil Məmmədquluzadə irsinin nəşr tarixi və yazıçının biblioqrafiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1970-1979

“Kitabxanaçılıq” fakultəsinə Zöhrab Hüseyn oğlu Əliyev başçılıq etmişdir.

1972

Rasim Kazımov “Azərbaycanda bədii ədəbiyyar və ədəbiyyatşınaslıq biblioqrafiyası(1920-1965) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1973

  • Sahib Rzayev “Ömər Faiq Nemanzasənin ədəbi publisistik fəaliyyəti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

  • Əli Rüstəmov “Azərbaycan neft sənayesi işçilərinin biblioqrafik informasiya təminatı sisteminin mexanikləşdirmə və avtomatlaşdırma vasitələri əsasında işləməsi və təhlili” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

  • Elman Bədəlov “Sosializmin təkmilləşməsi dövründə Azərbaycan SSR-də kənd əhalisinə kitabxana xidmətinin təşkili (1959-1970)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1975

Abuzər Xələfov “Azərbaycanda kitabxana işinin tarixi (1933-1958-ci illər) mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

1978-1983

“Biblioqrafiyaşünaslıq” kafedrasına Hacı Həsənov başçılıq etmişdir .

1979-1993

“Kitabxanaçılıq” fakultəsinə Abuzər Alı oğlu Xələfov başçılıq etmişdir.

1984-2007

“Biblioqrafiyaşünaslıq” kafedrasına Zöhrab Əliyev başçılıq etmişdir

1984

Xəlil İamayılov “Azərbaycan partiya kitabxalaları sovet hakimiyyəti illərində” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1986

“Biblioqrafiyaşünaslıq” kafedrasında “Biblioqrafik-informasiya axtarış sistemləri” tədris laboratoriyası fəaliyyət göstərir.

1987

  • A.Xələfovun “Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı” adlı kitabı çapdan çıxmışdır.

  • Nadir İsmayılov “Tibb üzrə regional kitabxana-biblioqrafiya resursları: inkişaf mərhələləri, vəziyyəti və təkmilləşdirmə yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1989

Zöhrab Baxşəliyev “Azərbaycan neft sənayesi elmi-texniki kitabxanaları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1990

  • Almaz Abbasova “M.F.Axundov adına Azərbaycan Dövlət kitabxanasının inkişafı və təkmilləşdirilməsi (1959-1985-ci illər)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

  • Aşur Əliyev “Naxçıvan MSSR-də kitabxana işi (1920-1985)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1991

“Kitabxana fondu və kataloqların təşkili” kafedrası fəaliyyət göstərir

1991-2006

“Kitabxana resursları və informasiya-axtarış sistemləei” kafedrasının ilk müdiri Tacəddin Quliyev olmuşdur.

1992

  • “Kitabşünaslıq və nəşriyyat işi”kafedrası yaradılmışdır.

  • Kitabşünaslıq və nəşriyyat işi”kafedrasının müdiri Bayram Allahverdiyev seçilmişdir.

1993

“Kitabşünaslıq və kitab ticarətinin təşkili” kafedrası fəaliyyət göstərir.

1993-2012

Kitabxanaçılıq-informasiya fakultəsinə Xəlil İsmayıl oğlu İsmayılov başçılıq edir.

1997-1998

“Kitabşünaslıq və kitab ticarətinin təşkili” kafedrası “Kitabşünaslıq və nəşriyyat işi” adlandırılmışdır.

1998

  • A.Xələfovun “Azərbaycanda ali kitabxanaçılıq təhsili” adlı kitabı çapdan çıxmışdır.

  • “Kitabxana resursları və imformasiya axtarış sistemləri” kafedrasının müdiri professor X.İ.İsmayılovun rəhbərliyi altında “Azərbaycanda Kitabxana İşinin İnkişafı Assosiyası” yaratmışdır.

2000

  • Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə A.Xələfov “Şöhrət” ordeni ilə təltif e3dilmişdir.

  • Elçin Əhmədov “Azərbaycanda uşaqlara kitabxana xidmətinin təşkili (1901-1995) )” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

  • M.Ə.Məmmədov “Azərbaycan Respublikası kitabxanalarında KAA sistemi (1918-1990)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

2001

  • Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 24 dekabr 2001-ci il Fərmanı ilə A.Xələfova “Əməkdar elm xadimi” fəxri adı verilmişdir.

  • A.Xələfov BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilmişdir.

2004

  • Professor A.A.Xələfov Amerikada “İlin adamı-2004” seçilmişdir.

  • Xəlil İsmayılov “Azərbaycan Respublikasında kitabxana işinin metodik təminat sistemi: 1918-2000-ci illər (Tarixi, müasir vəziyyəti və perspektivləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və tarix elmləri doktoru elmi adı almışdır.

2007

“Kitabxana resursları və informasiya-axtarış sistemləei” kafedrasına tarix elmləri doktoru Xəlil İsmayılov başçılıq etmişdir.

2007-2011

N.İsmayılov“Biblioqrafiyaşünaslıq” kafedrasının müdirini əvəz etmişdir.

2008

“Kitabxana fondu və kataloqların təşkili” kafedrasının adı dəyişdirilib “Kitabxana resursları və imformasiya axtarış sistemləri” adlandırılmışdır.

2009

  • Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin professoru A.Xələfov “İlin nüfuzlu zilalısı” Fəxri diplomuna layiq görülmüıdır.

  • Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.

2010

  • Amerika Bioqrafiya İnstitutu A.Xələfovu “İlin adamı” elan etmiş və onu “Qızıl medal”la mükafatlandırmışdır.

  • “Kitabxanaşünaslıq və informasiya” adlı elmi-nəzəri və praktiki jurnalın təsis edilmişdir. Baş redaktoru Abuzər Xələfovdur.

2012

 

  • Kitabxanaçılıq-informasiya fakultəsinə fizika-riyaziyyat elmləri namizədi, dosent Azad İsa oğlu Qurbanov başçılıq edir.
  • N.İsmayılov “Biblioqrafiyaşünaslıq” kafedrasının müdiri seçilmişdir.

<< Geri