E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

   HƏYAT VƏ FƏALİYYƏTİNİN ƏSAS TARİXLƏRİ


Kamal Mehdi oğlu Abdullayev 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.

   1968

Bakıda 190 saylı orta məktəbi bitirib.

 1968-1973

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

   1973-1976

SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun “Türk dilləri” şöbəsinin əyani aspirantı olub.

1977-ci il

Yanvar ayında Moskvada “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib.

 

 1977-1984

Azərbaycan SSR Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun “Türk dillərinin müqayisəli tədqiqi” şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb.

 

1983

Televiziyada “Azərbaycan dili”, “Qoşma”, “Dəfinə”, “Sözün sirri” kimi aylıq və həftəlik ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı olmuşdur.

 1984

Bakıda “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyası müdafiə edib.

      1984-1987

Xarici Dillər İnstitutunun “Ümumi və Azərbaycan dilçiliyi” kafedrasının müdiri olmuşdur.

1988-1990

Azərbaycan Mədəniyyət Fondunun (Hazırda Azərbaycan Yaradıcılıq Fondu) sədrinin birinci müavini olmuşdur.

 

 1990

  • Fondun İdarə Heyətinin sədri olmuşdur.

  •  M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun “Ümumi və rus dilçiliyi” kafedrasının müdiri seçilib.

     1993-2000

Xarici Dillər İnstitutunun “Ümumi və Azərbaycan dilçiliyi” kafedrasının müdiri.

     1994-1995

Bursa (Türkiyə Respublikası) Uludağ Universitetinin “Türk dili və ədəbiyyatı” bölümünün professoru olaraq fəaliyyət göstərib.

    

2000

  • May ayında M.F.Axundov adına rus dili və ədəbiyyatı İnstitutunun rektoru təyin edilib.

  • İyun ayında ölkə Prezidenti Heydər Əliyevin sərəncamı ilə yeni təşkil olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin edilib. 2014-cü ilin fevral ayına qədər rektor kimi fəaliyyət göstərib.

 

2007

  • Rusiya Federasiyasının Puşkin medalı

  • Azərbaycanda Humay mükafatı

  • 525-ci qəzetin “İlin romanı” adlı mükafatı

  • Monitorinq qrupunun “İlin ədəbiyyat adamı” mükafatına laiq görülmüşdür.

 

 

 

 

2009

  • Azərbaycanla Çexiya arasında münasibətlərin inkişafında mühüm roluna görə “Karl Kramej” medalı

  • Polşa Respublikası prezidenti Lex Kaçinski tərəfindən təqdim edilən “Böyük Xaç” kavaler ordeni

  • Polşanın müsbət simasının formalaşmasındakı mühüm xidmətlərinə görə Polşa Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi Diplomunu almışdır.

2010

  • Dədə Qorqud Milli Fondunun “Dədə Qorqud Milli Mükafatı” “Azərbaycan dünyası” beynəlxalq jurnalının “Vətən övladı” qızıl medalı;

  • III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsində “Yarımçıq əlyazma” romanına görə “Son 10 ilin ədəbi əsəri” mükafatını alıb.

     2011-2014

Azərbaycan Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər bölməsinin akademik-katibi vəzifəsində çalışıb.

    

 

 

2014

  • Fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.

  • Ölkə Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2014-cü il tarixli Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edilmişdir.

  • 28 noyabr tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının ilk iclasında bu qurumun Himayəçilik Şurasının sədri seçilib.

 

 

 

 

2015

  • 21 may İranın Təbriz şəhərində Qafqaz Universitetləri Birliyinin (KUNİB) 5-ci konqresində “Elmi fəaliyyətə görə” mükafat

  • 21 sentyabr “Yarımçıq əlyazma” romanı İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi “Scanno” mükafatının (“Skanoprize”) ədəbiyyat üzrə xüsusi prizi

  • 3 dekabr Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeninə layiq görülüb.

  • "Multikulturalizm" fənni üzrə "Multikulturalizmə giriş" (Bakalavr səviyyəsi üçün) və "Azərbaycan multikulturalizmi" (Magistr səviyyəsi üçün) tədris proqramları hazırlamışdır.

 

 

2016

  • 23 mart Rusiyanın məşhur “Хуdоjеstvennaya literatura” nəşriyyatı tərəfindən çap edilən “Platon, deyəsən, xəstələnib…” (“Plаton, каjеtsya, zаbolel…”) hekayələr kitabı Rusiyada ədəbiyyat üzrə təqdim olunan yüksək mükafata — “Qızıl Delviq”ə layiq görülüb.

  • 17 fevral AMEA-nın Rəyasət Heyətinin qərarı ilə AMEA-nın “Türkologiya” jurnalının baş redaktoru təyin edilib.

 

 

 

2017

  •   Azərbaycan Dillər Universitetinin rektoru

  • Şərqi Avropada ilin ən bacarıqlı şəxslərini seçən Regional Agentlik və onun nəşr etdiyi “Euromanager” jurnalı tərəfindən “Müasir dünyanın dini, irqi və etnik ayrı-seçkilik kimi problemlərindən əziyyət çəkən Avropa regionunda multikulturalizm ənənələrinin inkişaf etdirilməsi sahəsində xidmətlərinə görə” mükafatını qazanmışdır.

 

 

 

 

 

 

2019

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Xalq yazıçısı” fəxri adına layiq görülüb.

  • “2018-2019-cu tədris ilinin ən yaxşı rektoru” sosial tələbə sorğusunda qalib olub.

  • 15 mart Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) ilə bağlı yubiley medalı;

  • 10 iyul Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

  • 19 iyul Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Sərəncamı ilə “Azərbaycan diplomatik xidmət orqanları – 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilib.

  • 13 sentyabr Macarıstan Prezidentini Yanoş Aderin tərəfindən Macarıstan və Azərbaycanın elmi-mədəni əlaqələrinin dərinləşməsindəki roluna görə “Zabit Xaçı” ali xidmət ordeni ilə təltif olunub.

2020

30 dekabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə”Şərəf” ordeni ilə təltif edilib.
 

 

2021

14 dekabr Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü təyin olunub.

 

2022

 

4 iyun Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Şərəf” medalı ilə mükafatlandırılıb.

2024

 

Türkiyənin Mərmərə Universitetinin professoru seçilib.

<< Geri