E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

KONSTİTUSİYA VƏ SUVERENLİK HAQQINDA DEYİLƏN FİKİRLER


"Bizim yeni konstitusiya şübhəsiz ki, Azərbaycan Respunlikasının dövlət müstəqilliyini, bu mütəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir".

 

***

"Yeni konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik, vətəndaş cəmiyyətinin qorunması üçün bütün əsaslar yaradıbdır, bütün təminatları veribdir. Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir".

 

***

"Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir".

 

***

"Hər bir şəxs Konstitusiyaya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir. Torpağımızı, vətənimizi, müstəqil Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qorumaq ən şərəfli vəzifədir və bu vəzifəni həyata keçirmək hər bir Azərbaycan vətəndaşının borcudur".

 

Heydər Əliyev,
Ümummilli Lider

 


 

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir".

 

***

"1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur".

 

İlham Əliyev,

Azərbaycan Respublikasının prezidenti


"Bütovlükdə Konstitusiyanın təhlili onu deməyə əsas verir ki, Əsas Qanunumuz insan hüquqları fəlsəfəsinə, onun ruhuna və əsas prinsiplərinə uyğundur. Həqiqətən də Konstitusiyanın qəbulu xalqımızın müstəqillik əldə etdikdən sonra ən böyük nailiyyəti kimi dəyərləndirilməlidir. Hər birimiz xalqımızın bu tarixi nailiyyətini qorumalı, dövlətçiliyimizi, ölkədəki daxili sabitliyi daha da möhkəmləndirmək, doğma Azərbaycanımızın beynəlxalq aləmdə nüfuzunu artırmaq üçün səylər göstərməli, əsl vətrəndaş fəallığı və təəssübkeşliyi nümayiş etdirməliyik. Azərbaycan Respublikası Konstitusiyası qəbul edildikdən sonra ölkədə demokratik, hüquqi islahatların həyata keçirilməsinə başlanılmış və insan hüquqlarının səmərəli təmini məqsədilə institusional mexanizmlər təsis edilmişdir".

 

Elmira Süleymanova,

professor


"Konstitusiya cəmiyyətin və dövlət quruluşunun əsaslarını müəyyən edən ictimai münasibətləri nizama salır ki, bu münasibətlərdə, hər şeydən əvvəl, dövlətin keyfiyyət xarakteristikası : suverenliyi, idarəetmə forması, dövlət quruluşunun forması, dövlət hakimiyyətinin subyektləri, yəni cəmiyyətin siyasi sisteminin fəaliyyətinin ümumi əsasları öz əksini tapmışdır".

Nizami Cəfərov,

akademik


"Müstəqil Azərbaycan Respublikası bu gün özünün yüksək inkişaf və əsl intibah yolunu böyük uğurla davam etdirir".


İsa Həbibbəyli,
AMEA-nın prezidenti, akademik


"1995-ci ilin 12 noyabrında Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq ümumxalq səsverməsi yolu ilə ilk milli Konstitusiyasını qəbul etmişdir. Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə böyük yol açmış, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratmaqla, ictimai həyatın bütün sahələrinin inkişafına təkan vermiş, xalqın tarixi ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan, eyni zamanda, ölkədə müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində mühüm addım olmuşdur. Konstitusiya ölkədə sağlam siyasi mühitin formalaşmasına imkan verən, vətəndaşların cəmiyyətin siyasi həyatında və dövlətin idarə olunmasında iştirakını nəzərdə tutan siyasi müxtəliflik və plüralizm kimi mühüm prinsipləri təsbit edir. Eyni zamanda, konstitusiyalı quruluşun xüsusiyyətlərindən biri kimi iqtisadi fəaliyyət azadlığını, mülkiyyət növlərinin müxtəlifliyini və onların bərabər müdafiəsinə verilən təminatı əks etdirir".
 

Zahid Cəfərov,

BDU-nun professoru,

hüquq üzrə elmlər doktoru

 


"Azərbaycan Respublikası Konstitusiyasının, onun bütün normalarının və müddəalarının özəyini məhz demokratik dəyərlərə əsaslanan hüquqi, sosial dövlət konsepsiyası, insan şəxsiyyətinə hörmət amili təşkil edir. Bu mənada, ölkə konstitusiyası müstəqil dövlətimizin inkişafının əsas istiqamətlərini müəyyənləşdirən hüquqi prinsipləri özündə ehtiva edən tarixi sənəd olaraq, Azərbaycan xalqının rifahına xidmət göstərən dövlət idarəetmə mexanizminin təməlinə çevrilmişdir. Ölkə Konstitusiyasının ən yüksək hüquqi qüvvəyə malik olan normaları bütün hüquqi tənzimetmə sisteminin əsasında durmaqla, ictimai münasibətlərin inkişafında sabitlik, müəyyənlik amili kimi çıxış edir, ölkədə təşəkkül tapmış dövlətçilik ənənələrinin hüquq qaydasının, demokratik cəmiyyətin qurulmasına xidmət edir".

 

Fərhad Abdullayev,

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin Sədri


"Azərbaycan Konstitusiyasının ən yüksək məziyyəti insan və vətəndaş hüquqlarının kifayət qədər aydın və sadə şəkildə təsbit olunması və bunun dövlətin ali məqsədi elan edilməsidir. 12-ci maddədə göstərilir ki, insan hüquq və azadlıqlarının qorunması Azərbaycan dövlətinin ali məqsədidir. Ümumilikdə, Konstitusiyada əksini tapmış maddələrin üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması da həmin reallığı bir daha təsdiqləyir. İnsan hüquqlarına belə həssas münasibət inkişaf etmiş bir sıra dövlətlərin konstitusiyalarında bu dərəcədə aydın, dəqiq və genişliyi ilə əksini tapmamışdır".

 

Elşad Abdullayev,

Hüquq elmləri doktoru, professor


"Heydər Əliyevin doğma xalqı qarşısında ən böyük xidmətlərindən biri də bu idi ki, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunarkən Azərbyacan artıq müstəqil bir dövlət kimi yaşamağa tamamilə hazır idi".

 

Yaqub  Mahmudov,

Milli Məclisin deputatı,

AMEA-nın müxbir üzvü


"Qururla deyə bilərik ki, ulu öndərimizin banisi, memarı və müəllifi olduğu Azərbaycan Respublikasının ilk demokratik Konstitusiyası yaşayır və ölkəmizi tərəqqiyə aparır. Dövlət başçımız cənab İlham Əliyev öz gündəlik fəaliyyətində daim bu Konstitusiyaya istinad edərək dövlətçiliyimizi, iqtisadiyyatımızı və cəmiyyətimizi daha yüksək inkişafa aparır. Bunu hazırda ölkəmizdə həyata keçirilən, xalq tərəfindən dəstəklənən və müsbət nəticələri beynəlxalq qurumlar tərəfindən etiraf olunan geniş miqyaslı dövlət proqramlarının reallaşması, iqtisadi, sosial və mədəni siyasətin nəticələri təsdiq edir".

 

Südabə Həsənova,

Azərbaycan Respublikasının

əməkdar hüquqşünası
 


"Azərbaycanın dövlət suverenliyini tam bərqərar etməklə Prezideünt İlham Əliyev müstəqillik tarixində möhtəşəm bir ilk yaratdı.Millətə başını dik tutaraq yaşamağın düsturunu verdi".

 

Musa Qasımlı,

professor


 

 

<< Geri