Azərbaycan və Azərbaycan xalqı qəlbimin ən
isti hissəsindədir.Mən
öldükdən sonra Azərbaycanda dəfn edin.
Elmdə 2 yanaşma var; praqmatik və romantik.İndi bir çox ölkələrdə
insanlar elmə praqmatikcəsinə baxırlar.Mən düşünürəmki Azərbaycanda
elmə hələ də romantik yanaşılır.Ola bilsin ki, bu pulun elə bir
böyük əhəmiyyətə malik olmadığı sovet dövrünün mirasıdır.Bu gün
dünyada romantik kimi qalmaq olmaz.Biz praktik olaraq cəngəlliklərdə
yaşayırıq.
Elmlə məşğul olan insanlara qayğı göstərilməlidir.Onlar adi adamlar
deyil.Millətin inkişafı bir çox hallarda həmin insanlardan asılıdır.
XXI əsrin əsas inkişaf fəlsəfəsi bilikdir. Kim biliyə sahib olacaqsa,
o daha güclü olacaq.Güclü olan hər zaman qalibdir.
Yalnız savad kifayət etmir, zəhmət və uğur da vacibdir. Mənim uğur
formulum qabiliyyətim zəhmət və isrardır.Uğurun elementləri
bunlardır.
Söhbət mənim rus,iranlı,azərbaycanlı və ya başqa biri olmağım deyil.Mən bütün bu
insanlar və mədəniyyətlər tərəfindən formalaşmışam və bunların arasında özümü
olduqca rahat hiss edirəm.
Sənədlərim öz sahələrində ən çox istinad edilənlər arasındadır,buna görə kimsə
mənə axmaq olduğumu söyləsə, iltifat üçün çox təşəkkür edirəm deyərəm.
Əgər əlində tutduğun yeganə alət çəkicdirsə ,hər şey sənə mismar kimi görünəcək.
Bunun vacib olacağını bilirdim.Ancaq bunun dünya miqyasında bir hadisə olacağını
xəyal etmirdim("Qeyri-səlis məntiq" adı ilə məşhur elmi konsepsiyası təqdim
edərkən dediyi söz)
Mürəkkəblik artdıqca dəqiq ifadələr mənasını itirir və mənalı ifadələr
xüsusiyyətini itirir.
“Mən sizin demədiyiniz hər şeylə tam razıyam”
“Xoşagəlməz bir şey eşitdikdə cavab verin ki, mən bunu
kompliment
kimi qəbul edirəm”
“Həyata uğur qazanmaq üçün bir vasitə kimi baxmaq olmaz”
“Mənim bir teoremim var və onunla öyünürəm. Bu teoremə görə, əvvəl-axır bütün restoranlar çinlilərin olacaq. Deməli, əvvəl-axır bütün kafedra müdirləri və dekanlar yalnız çinlilər olacaq, çünki restoran işinin uğurla aparılmasında elmi-tədris bölmələrini idarə etmək üçün tələb olunan keyfiyyətlər lazımdır”