E L E K T R O N M Ə L U M A T B A Z A S I


Azərbaycan və Azərbaycan xalqı qəlbimin ən isti hissəsindədir.Mən öldükdən sonra Azərbaycanda dəfn edin.


1921

Bakıda Asiya küçəsində yerləşən 79 saylı evdə anadan olmuşdur.

1931

Ailəsi İrana köçmüşdür. O, burada ingilis təmayüllü məktəbdə oxumuşdur.

1942

Tehran Universitetinin mühəndis-elektrik fakültəsinin bitirmiş, bakalavr dərəcəsi almış və bir müddət atasının yanında işləməli olmuşdur. 

1944

 Təhsilini davam etdirmək üçün Amerika Birləşmiş Ştatlarına getmişdir. Massaçuset Texnologiya İnstitutuna qəbul olunmuşdur.

1946

Bostonda Massaçuset Texnologiya İnstitutunu bitirmiş, mühəndis-elektrik ixtisası üzrə magistr diplomunu aldıqdan sonra Kolumbiya Universitetinin doktoranturasına daxil olur.

1949

Alim ona doktorluq dərəcəsi almağa ilham verən müəllimi, professor Ernst Adolf Gilyemin ilə birgə elmi tədqiqat aparır və dissertsiya müdafiə etdikdən sonra mühəndislik bölməsində asisstent olaraq çalışmağa başlayır. Kolumbiya Universitetində o, elektromaqnit sahə nəzəriyyəsi, dövrə analizi, sistem nəzəriyyəsi, məlumat və ardıcıl maşınlar nəzəriyyəsindən mühazirələr oxuyur.
 

“Zamana görə dəyişən şəbəkələrin tezlik sahəsinin İnkişafı” əsərini yazmışdır.

1950 

Dosent elmi adına layiq görülür.

Ç.R.Raqazzini ilə birlikdə “Vinerin proqnozlaşdırma nəzəriyyəsinin inkişaf etdirilməsi” əsərini yazmışdır.

Alimin “Düşünən maşınlar” elektrik mühəndisliyinin yeni bir sahəsi və J.R.Ra-qazzini ilə birgə Vinerin ekstrapolyasiya nəzəriyyəsinin ümumiləşdirilməsinə dair məqalələri dərc olunur.

1952

 Ç.R.Raqazzini ilə birlikdə “Z-çevirmə üsulunun yaradılması” elmi işini yazır.

1953  

“Qeyri-xətti süzgəclər nəzəriyyəsinin yaradılması” elmi işini yazır.

Qeyri-xətti filtrasiya (süzülmə) üçün yeni bir yanaşma təklif edir və Volter-Vinerin nəzəriyyəsinə əsaslanan qeyri-xətti sistemlərin bir iyerarxiyasını qurur. Beləliklə, computer və ya başqa cihazlarda faydalı siqnalların aşkarlanması və emalı üçün optimal qeyri-xətti prosessorların layihələrinin təməli qoyulur.

1954

 “Sistem nəzəriyyəsini” yaratmışdır.

1956

“Sistemlərin identifikasiya problemlərinin formalaşdırılması” əsərini yazmışdır.

1957

Professor elmi adına layiq görülür.

Koliforniya Elmi Mərkəzinin sədri olan Norbert Viner L.Zadəni Kaliforniyadakı Berkli Universitetinə işləməyə dəvət edir

1959

 L.Zadə ailəsi ilə birlikdə Berkli şəhərinə köçür. Həmin ildən ömrününü sonuna kimi Koliforniyanın Berkli Universitetində professor vəzifəsində çalışır.

1960

  Alim system nəzəriyyəsi, avtomatik idarəetmə nəzəriyyəsi və bunların tətbiqi sahəsində ən məşhur mütəxəssislərdən biri kimi tanınmışdır.

1963

Berkli Universitetində “Kompüter elmləri və elektrik mühəndisliyi” kafedrasına rəhbərlik edir.

Ç.A.Dezoer ilə birlikdə “Xətti sistemlərin təhlili üçün vəziyyətlər fəzası” əsərini yazır.

Ç.A.Dezoerlə birgə “Xətti sistemlər nəzəriyyəsi” kitabını nəşr etdirir.

1964

 Qeyri-səlis çoxluqlar nəzəriyyəsini yaradır.

1965 

Reallıqla fantastikanın harmoniyasından yaranmış ”Qeyri-səlis məntiq nəzəriyyəsi”ni ərsəyə gətirir və “Information and Control” jurnalında həyatının ən mühüm “Qeyri-səlis çoxluqlar” elmi işini çap etdirir.
Amma bu nəzəriyyə nədənsə həm Amerika, həm də dünyanın elmi ictimaiyyəti tərəfindən skeptikcəsinə qarşılanmışdır. Bunun da əsas səbəbi Lütfi Zadənin əsrlərdən bəri insanların beynində formalaşmış Aristotel məntiqini öz qeyri-səlis məntiqi ilə dağıtması olmuşdur. O, sübut etmişdir ki, insan dünyanı yalnız "ağ" və "qara" rənglərdə duyub qavramır. İnsanın dünyanı görüb dərk etmə imkanları zəngin və hüdud-suzdur. Elə buna görə də o, hüdud-suzluğun riyaziyyatını yaratmış, onun rəngarəngliyini açmışdır. Beləliklə, Əl-Xarəzm cəbri ilə yanaşı, qeyrisəlis cəbr-Zadə cəbri meydana gəlmişdir.

Alim bir günlük Bakıya səfər etmişdir.

1966

 İldən etibarən dünyanın bir çox ölkələrində İngiltərədə, Almaniyada, Yaponiyada və başqa dövlətlərdə Lütfi Zadənin yaratdığı elmi məktəblər, laboratoriyalar fəaliyyət göstərir. İmtaçı, Mitsubisi, Toşiba, Soni, Orison, Kanon, Riqo, Sanyu, Anesan, Honda, Nek, Şarp və s. firmalar alimim nəzəriyyəsinin kommersiya tətbiqi ilə məşğuldurlar.

1968  

“Qeyri-səlis hadisələrin ehtimalınımeyarları” əsərində qeyri-səlis hadisə anlayışını tətbiq etmiş, onu “bu gün hava istidir”, “X kəmiyyətin qiyməti təqribən 5-ə bərabərdir” və s. kimi misallarla izah etmişdir.

1970

R.Belmanla birgə yazdıqları “Qeyri-səlis mühitdə qərarlar qəbul edilməsi” adlı əsərdə “məqsəd və məhdudiyyətlər qeyri-səlis təbiətə malik olduğu halda qərar edilməsi” prosesini nəzərdən keçirir, sonra isə qərarlar qəbul edilməsi ilə bağlı çoxsaylı addımlardan ibarət proseslər nümunəsində bu yeni yanaşmanı şərh edirlər.

1973

“Mürəkkəb sistemlərin və qərarlar qəbul edilməsi proseslərinin təhlilinə yeni ya-naşmanın əsasları”, “Linqvistik dəyşən və qeyri-səlis “əgər-onda” qaydalarının konsepsiyası” əsərlərini yazmışdır.

Təhsil sahəsindəki xidmətlərinə görə “İEEE Educational medalı” ilə təltif olunmuşdur.

1975

Bu işin bazasında E.Mamdani və S.Assilian qeyri-səlis tətbiqi sistemin ilk laboratoriya versiyası olan qeyri-səlis tənzimləyici yaratmış və onu sənayedə tətbiq etmişlər.

1976

"Mürəkkəb və ya qeyri-dəqiq anlayışların tərəfinə qeyri-səlis alqoritm yanaşma" əsərini yazmışdır.

1978

 “Təbii dilin işlənilməsi üçün mümkünlük nəzəriyyəsi”ni yazmışdır.

1979

 

“Təxmini mühakimə nəzəriyyəsi”ni yazmışdır

1984

“İEEE Centennial medalı” ilə təltif edilmişdir.

1985

“Sağlam düşüncəyə əsaslanan mühakimə nəzəriyyəsi”ni yazmışdır

1988

“Dispozisiya məntiqi”ni yazmışdır.

1989

 Yaponiyanın paytaxtı Tokioda, sənayedəki qeyri-səlis məntiq nəzəriyyəsinin uğurlarına görə yapon alimlərinə verilən ən yüksək “Honda” mükafatı təqdim edlimişdir (bu mükfatı alan ilk və yeganə azərbaycanlı alimdir).

1990

Alimin qeyri-səlis neyron şəbəkə modeli istehsalata yol açaraq öz bəhrəsini verməyə başladı. Bu qeyri-səlis neyron şəbəkələr modeli insan orqanizmində yox, maşınlarda uğurla istifadə edildi. 

1991

Matsusito şirkəti bu modeli ilk dəfə paltaryuyan maşında istifadə etmişdir.

“Qeyri-səlis qaydalar, qeyri-səlis qraf və qeyri-səlis ehtimal hesabı, soft computing nəzəriyyəsi”ni yazmışdır.

Berkli Universitetinin ömürlük professoru seçilmişdir (yeganə şəxs olaraq).

1992

“Kompyuter elmləri və informasiya sistemləri sahəsində” verdiyi töhfələrə görə Riçard Xemminq medalı ilə təltif edilmişdir.

Beynəlxalq Robot və İstehsalat Simpoziumu (İSAAM) çərçivəsində alim “Qeyri-səlis Məntiqin Atası” adına layiq görülmüşdür

1993

Rüfus Ordenburqer medalı ilə təltif edilmişdir

1994

Almaniyanın Ahen şəhərində keçirilən beynəlxalq konfransda çıxış etmişdir.

1995

İEEE Fəxri medalı ilə təltif edilmişdir.

1996

 “Sözlə işləyən kompüterlər nəzəriyyəsi”ni yazmışdır.

“Okava” mükafatına layiq görülmüşdür.

Berklidəki Koliforniya Universitetində qeyri-səlis məntiqə həsr edilmiş beynəlxalq elmi konfransda çıxış etmişdir

1997

“Qeyri-səlis informasiya qranulyasiya nəzəriyyəsi”ni yazmışdır.

Bolzano medalı ilə təltif olunmuşdur.

1998


“Təəssürat nəzəriyyəsi”ni yazmışdır.

İdarəetmə sahəsi üzrə Riçard Bellman adına Amerika mükafatı laureatı olmuşdur.

Həyat yoldaşı Fey Zadə alimin həyatına həsr olunmuş “Qeyr-səlis məntiqin atası ilə mənim həyatım və sıyahətlərim” (My life and Travels with the Father of Fuzzy Logic) adlı kitab nəşr etdirir.

Edvard Figenbaum medalı ilə təltif olun-muşdur.

2000

 Qeyri-səlis sistem nəzəriyyəsinə görə İEEE mükaftına layiq görülmüşdür. 

2001

 “Rəqəmli hesablamalardan sözlərlə hesablamalara  ölçülərlə manipulyasiyadan hissi obrazlarla manipulyasiyalara” əsərini yazmış
dır.

Qeyri-səlis məntiqin süni intellektin inki-şafında verdiyi töhfələrə görə Allen Nyuel adı
na ACM mükafatına layiq görülmüşdür. 

2004

V.Kaufman mükafatı və qızıl medalı ilə təltif olunmuşdur.

2006

Silikon Vadisi Mühəndislik Şöhrət Zalına və Almaniyada Nixdorf kompüterlər muzeyi siyahısına daxil olub.

2007

Egleston medalı ilə təltif olunmuşdur.

2008

 “Baku Tel” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün ikinci dəfə Bakıya gəlmişdir.

2009

Franklin medalı ilə təltif olunmuşdur.

2011

ABŞ-ın Koliforniya Ştatının San-Fransisko şəhərində alimin 90 illik yubileyinə həsr olunmuş I Soft Computinq üzrə Ümumdünya konfransı keçirilmişdir.

İEEE “İntellektual Sistemlər” jurnalının A/İntellektual Sistemlər üçün Şöhrət Zalı (A/İntelligent Systems Hall of Fame)
siyahısına daxil edilmişdir.

Alimin əsərlərinə 88,7 min istinad edilmiş, bunlardan 26 mini “İnformation and Control” jurnalında dərc olunmuş qeyri-səlis çoxluqlar haqqında ilk məqaləsinədir

2016

 Azərbaycan Milli Elmlər Akademiyası alimi anadan olmasının 95 illik yubileyi münasibətilə Nizami Gəncəvi qızıl medalı ilə tıltif etdi. Təqdimetmə mərasimi Berklidə Azərnbaycan Respublikası baş konsulluğu ilə birgə təşkil olundu.

2017

 “Google Scholar”a görə alimin “Qeyri-səlis çoxluqlar” elmi işinə 71 mindən çox istinad edilmiş və elmi informasiya tarixində ən çox istinad edilən məqalələrdən biri lomuşdur.

2017

6 sentyabr

Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında yerli vaxt ilə səhər saat 7:30-da dünyasını dəyişmişdir.

2017

29 sentyabr

AMEA-da alimlə vida mərasimi keçirildi. Mərasimdə prezident İlham Əliyev başda olmaqla dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak etdi. Dünya şöhrətli alim I Fəxri Xiyabanda torpağa tapşırıldı.

 

<< Geri