Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası ilə
AzEdu Academy istedadlı gəncləri daha da
həvəsləndirmək üçün birgə layihəyə start verir.
Layihənin təşkilat komitəsi bir müddət öncə
qələbəmiz, torpaqlarımızın azad olunması ilə başa
çatan Vətən Müharibəsində, eləcə də I Qarabağ
Müharibəsində şəhid və qazi olan şəxslərin tələbə
övladlarına adlı təqaüdün verilməsinin məntiqəuyğun
olduğunu düşünür.
Bu məqsədlə də yalnız aşağıdakı şərtlərə cavab verən
tələbələr Lütfi Zadə təqaüdünə layiq görüləcəklər.
Təqaüdün miqdarı 100 AZN, müddəti isə 1 ildir.
ŞƏRTLƏR:
-Valideyni I Qarabağ Müharibəsi və Vətən
Müharibəsində şəhid-qazi olan, həmçinin, sosial
təminatı aşağı səviyyədə olan tələbələr;
-Yuxarıdakı meyara cavab verməklə kompüter
mühəndisliyi, dəqiq elmlər, IKT sahəsi ilə bağlı
ixtisaslarda oxuyan tələbələr.
Layihənin məqsədi dünya elmi, eləcə də bəşəri məntiq
və fikir sistemində inqilabi dəyişiklik edən, süni
intellekt, qeyri-səlis məntiq nəzəriyyələri ilə
minillik mütləq yanaşmanı aradan qaldıran böyük alim,
həmyerlimiz Lütfi Zadənin xatirəsini yaşatmaqdır