1927 |
Bakı şəhərindəki 21 saylı məktəbdə təhsil almağa
başlamışdır.
|
1935-1939 |
Azərbaycan Rəssamlıq Texnikumunda (indiki
Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbi) Xalq
rəssamı Səttar Bəhlulzadənin sinfində oxumuşdur.
|
1939-1949 |
V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda
təhsil almış, İqor Qrabar, Sergey Gerasimov,
Aristarx Lentulov, Qriqori Şeqaldan rəssamlıq
sənətinin incəliklərini öyrənmişdir.
|
1940 |
Azərbaycan SSR-nin yaradılmasının 40 illiyi
münasibətilə təşkil olunmuş bədii sərgidə, ilk
işlərindən olan “Kolxozçuların istirahəti” və
“Opera teatrında antrakt” (Böyükağa Mirzəzadə və
Əliağa Əliyevlə birlikdə) böyükhəcmli tabloları,
tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
|
1941 |
Böyük Vətən müharibəsinin başlanması səbəbindən
təhsili yarımçıq qalmışdır. Moskva yaxınlığında
gedən şiddətli döyüşlər oxuduğu institutun
Səmərqəndə köçürülməsi ilə nəticələnmiş, lakin
rəssam ora gedə bilməyərək anasının və bacısının
yanında, Bakı şəhərində qalmağa məcbur olmuşdur.
|
1941-1944 |
Bakıda təşkil olunan sərgilərdə “Qəsbkarlar”
kompozisiyası, B.Mirzəzadə və S.Şərifzadə ilə
birlikdə işlədiyi “Babək ordusunun yürüşü”, daha
sonra “Dövlət Müdafiə Komitəsi” tabloları nümayiş
olunmuşdur. Eləcə də “Həsən bəy Zərdabi Moskva
universitetində”, dahi Nizami Gəncəvinin
“İsgəndərnamə” poemasından alınmış “Nəsihət”
əsərini və “Dövlət Müdafiə Komitəsinin
iclasları” tablolarını
yaratmışdır.
|
1943 |
Naturadan Azərbaycan professional musiqisinin
banisi, bəstəkar, ictimai xadim Üzeyir bəy
Hacıbəylinin portretini
çəkmişdir; |
Dramaturq Cəfər Cabbarlının portretini yaratmışdır.
|
1944 |
Xalq şairi Səməd Vurğunun portretini
yaratmışdır (1944, 1959, 1975, 1996); |
|
Cəbhə xətti Moskva şəhərindən uzaqlaşandan sonra
Rəssamlıq İnstitutu Səmərqənddən Moskvaya
köçürülmüş, təhsilini davam etdirmək üçün Rusiyaya
yollanmışdır.
|
1945 |
İlk dəfə Ümumittifaq rəsm sərgisində iştirak
etmişdir.
|
1946 |
Yay aylarında Qarabağa getmiş, Şuşa şəhərini,
şəhərin qədim məhəllələrini, Cıdır düzünün
gözəlliklərini tablolara köçürmüşdür.
|
1947 |
Qarabağa etdiyi səfərdən aldığı təəssüratlarla
məşhur əsərlərindən biri olan “Axşam” adlı böyük
tablosunu yaratmış, əsər Moskva şəhərində
sərgilənərək mütəxəssislər tərəfindən yüksək
qiymətləndirilmişdir.
|
1948 |
Macarıstanda keçirilən Ümumdünya demokratik
gənclər festivalı sərgisində iştirak etmişdir.
|
1948-1954 |
“Mingəçevir silsiləsi”ni yaratmışdır: “Mingəçevir işıqları (1948), “Beşilliyin yolları ilə” (1949),
“Sarvan Salmanov” (1949), “Səadət quranlar”
(1951), “Rəfiqələr” (1952-53), “Kürün
sahillərində”, “Bozdağın ətəklərində” (1954); |
|
“Qəhrəmanın qayıtması” əsərini çəkmiş, əsər Sovet
Ordusunun 30 illiyi münasibətilə Ümumittifaq
rəssamlıq sərgisində nümayiş etdirilmişdir.
|
1949 |
V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq
İnstitutunu bitirmişdir.
|
1950 |
İlk dəfə olaraq M.Qorkinin “Ana” əsərinin
nəşrinə tərtibat, illüstrasiya, frontispis
başlıq, sonluq vermişdir; |
|
“Maksim Qorki 1928-ci ildə Bakıda” əsəri Moskvada
Ümumittifaq rəssamlıq sərgisində nümayiş
etdirilmişdir.
|
1951 |
Xalq yazıçısı Mirzə İbrahimovun “Gələcək gün”
romanının nəşrinin illüstrasiyalarını çəkmişdir.
|
1955 |
Yaz aylarında Azərbaycanın Masallı rayonuna səfər
etmiş, rayonun təbiətindən və insanlarından
ilhamlanaraq “Masallı süitası”nı yaratmışdır.
Ardıcıl olaraq “Körpəsinin ardınca”, “Balaca çoban”,
“Rəfiqələr”, “Məktəbli qızlar”,
“Sevinc” kompozisiyalarını, neçə-neçə mənzərə və portret
yaradaraq sərgilərdə nümayiş etdirmişdir; |
Aprel ayının 30-da Azərbaycan SSR-nin “Əməkdar
incəsənət xadimi” fəxri adına layiq görülmüşdür; |
|
Xalq yazıçısı Süleyman Rəhimovun “Azərnəşr”də çap
edilən “Şamo” romanının illüstrasiyalarını
çəkmişdir.
|
1956 |
İtaliyada səfərdə olmuş, “İtaliya xatirələri”
silsilə rəsmlərini yaratmışdır; |
Cəlil Məmmədquluzadənin “Uşaqgəncnəşr”də çap
edilən “Hekayələr” kitabının və “Molla
Nəsrəddinin lətifələri” kitabının tərtibatını
vermişdir; |
Haqqında Moskvada “Sovetski xudojnik” (“Sovet
rəssamı”) nəşriyyatında professor Nurəddin
Həbibovun müəllifi olduğu “Mikayıl Hüseyn oğlu
Abdullayev” kitabı rus dilində çap edilmişdir.
|
1956-1971 |
Əfqanıstanda, Macarıstanda, Polşada səfərlərdə
olmuşdur.
|
1957 |
Hindistanda üç ay səfərdə olmuş, özünün “Hindistan
silsiləsi”ni yaratmışdır: “Kəlkətəli tələbə qız”,
“Benqal qızları”, “Balaca Çandra”, “Körpəsinə süd verən qadın”, “Caypur qadınları”, “Qanqa sahillərində”, “Süpürgəçi Campa” və b. etüdləri,
“İşdən qayıdanlar”, “Uzaq Caypurda”, “Xatirə”,
“Britaniya abidəsi” və nəhayət, “Racastan qadınları” və s. əsərlərini yaratmışdır; |
Bakı şəhərində ilk fərdi sərgisi keçirilmişdir; |
Moskva şəhərində ilk fərdi sərgisi təşkil
edilmişdir; |
“Hindistan silsiləsi” SSRİ Rəssamlıq
Akademiyasının gümüş medalına və diplomuna
layiq görülmüşdür.
|
1958 |
“Masallı süitası”ndan “Sevinc” əsəri Brüsseldə
Ümumdünya sərgisinin SSRİ pavilyonunda
sərgilənmişdir. Əsər SSRİ Rəssamlıq
Akademiyasının gümüş medalına layiq görülmüşdür;
|
“Gənclik” nəşriyyatında Azərbaycan dilində “İtaliya
xatirələri” kitabı çapdan çıxmışdır;
|
Moskvada Macarıstana həsr etdiyi 38 akvarel
portretdən və mənzərədən, əlavə olaraq
Macarıstandan gətirdiyi 33 rəsmdən ibarət “45 gün
Macarıstanda” adlı sərgisi təşkil edilmişdir; |
SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü
seçilmişdir; |
Brüsseldə Ümumdünya sərgisində iştirak etmişdir; |
|
Klassik Azərbaycan şairi Məhəmməd Füzulinin
“Uşaqgəncnəşr”də çap olunan “Leyli və Məcnun”
poemasına bədii tərtibat vermiş,
illüstrasiyalarını yaratmışdır; |
|
Haqqında akademik Rasim Əfəndiyevin “Mikayıl
Abdullayev” adlı kitabı “Azərnəşr”də çap edilmişdir.
|
1958-1960 |
“Sovet təsviri incəsənəti” (Avropanın sosialist
ölkələri) qrup sərgisində iştirak etmişdir.
|
1958-1962 |
Sovet təsviri sənətinin ən görkəmli
nümayəndələrinin sırasında M.Abdullayevin
əsərlərinin səyyar sərgisi Avropanın bütün
ölkələrində 4-5 il müddətində nümayiş etdirilmiş,
əsərləri haqqında Avropada nəşr olunmuş
kitablarda və dövri mətbuatda informasiyalar və
rəylər öz əksini tapmışdır.
|
1958-1963 |
SSRİ Rəssamlar İttifaqı İdarə heyətinin katibi
olmuşdur.
|
1959 |
Moskvada keçirilən Azərbaycan incəsənəti
ongünlüyünün yekun konsertinə tərtibat vermişdir; |
|
İyun ayının 9-da “Lenin
ordeni”
ilə təltif edilmişdir; |
|
Parisdə “Rus və sovet boyakarlığı” sərgisində
iştirak etmişdir; |
|
Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəbi-hicran”
poemasının illüstrasiyalarını yaratmış, kitab
“Uşaqgəncnəşr”də çapdan çıxmışdır.
|
1959-1962 |
5-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı
seçilmişdir.
|
1960 |
Leypsiqin “Zeymann” nəşriyyatı ilk dəfə
monoqrafik albomunu nəşr etmişdir;
May ayının 24-də Azərbaycan SSR-nin “Xalq rəssamı”
fəxri adına layiq görülmüşdür; |
|
Parisdə “Rus və sovet incəsənəti” sərgisində iştirak
etmişdir.
|
1961 |
Moskva şəhərində fərdi sərgisi keçirilmişdir; |
Maarifçi-dramaturq M.F.Axundovun portretini
yaratmışdır.
|
1962 |
“Uşaqgəncnəşr”də rus dilində İtaliya
xatirələrindən ibarət “Глазами бакинца”
(“Bakılının gözü ilə”) kitabı nəşr olunmuşdur; |
|
“Azərnəşr”də buraxılan “Kitabi-Dədə Qorqud”
dastanına illüstrasiyalar çəkmişdir.
|
1963 |
Moskvada “Sovet Şərqinin rəssamları xarici Şərq
ölkələrində” devizi altında keçirilən bədii sərgidə
Əfqanıstana həsr etdiyi “Gənc əfqan Qulam Nəbi”,
“Qoca əfqan” əsərləri, “Səhər”, “Kabildə bir həyat”
mənzərələri nümayiş etdirilmişdir; |
|
Aprel ayının 12-də “SSRİ Xalq rəssamı” fəxri adına
layiq görülmüşdür.
|
1963-1966 |
6-cı çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı
seçilmişdir.
|
1965 |
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operasının
tərtibatını vermişdir; |
|
Azərbaycan Dövlət İncəsənət İnstitutunda pedaqoji
fəaliyyətə başlamışdır.
|
1966-1967 |
Berlində və Leypsiqdə fərdi sərgiləri açılmışdır.
|
1967 |
Yaponiyada “Sovet rəssamlığının 50 illiyi”
sərgisində iştirak etmişdir.
|
1967-1970 |
7-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı
seçilmişdir.
|
1967-1975 |
Azərbaycan SSR Ali Soveti Sədrinin müavini
olmuşdur.
|
1968 |
Berlində 26 əsərinin səliqə ilə hazırlanmış
rəngli
diapozitivlərindən ibarət “Der maler
M.Abdullayev” (“Rəngkar-rəssam M.Abdullayev”) komplekti nəşr edilmişdir.
|
1969 |
“Hindistan silsiləsi” Cəvahirləl Nehru adına
Beynəlxalq mükafata və qızıl medala layiq
görülmüşdür; |
Bakı şəhərində fərdi sərgisi keçirilmişdir; |
|
Moskvada “İzobrazitelnoye iskusstvo” (“Təsviri
incəsənət”)
nəşriyyatında
professor Nurəddin
Həbibovun “Mikayıl Abdullayev” adlı kitabı rus
dilində ikinci dəfə çap edilmişdir.
|
1970 |
“Çəltikçi qızlar” əsərini yaratmışdır; |
Moskvada fərdi sərgisi keçirilmişdir; |
Bakıda SSRİ Rəssamlıq Akademiyasının
emalatxanalarına rəhbərlik etmişdir.
|
1971 |
Hindistan hökumətinin dəvəti ilə ikinci dəfə
Hindistana getmişdir;
|
“Anaların gəncliyi” əsərini yaratmışdır; |
“Aşıq Ələsgər” portretini yaratmışdır; |
Anadan olmasının 50 illiyi, rəssamlıq
fəaliyyətinin 30 illiyi geniş qeyd edilmişdir.
|
1971-1975 |
8-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı
seçilmişdir.
|
1972 |
Maestro Niyazinin “Çitra” baletinin tərtibatını
vermişdir; |
Yanvar ayının 6-da SSRİ Ali Soveti Rəyasət
Heyətinin qərarı ilə Sovet təsviri sənətinin
inkişafındakı xidmətlərinə görə və anadan
olmasının 50 illiyi münasibətilə “Oktyabr inqilabı”
ordeni ilə təltif edilmişdir. Bu ordenə layiq
görülən ilk azərbaycanlı fırça ustası olmuşdur; |
“Azərbaycanfilm” kinostudiyasında haqqında sənədli
“Mikayıl Abdullayev” qısametrajlı bioqrafik film
istehsal edilmişdir. Filmin ssenari müəllifi Mailə
Muradxanlı, rejissoru Cəmil Fərəcov, operatoru
Fəraməz Məmmədov, bəstəkarı Xəyyam Mirzəzadədir.
|
1973 |
Klassik Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi Seyyid İmadəddin Nəsiminin portretini
yaratmışdır; |
|
“Azərbaycantelefilm” kinostudiyasında haqqında
sənədli “Günəşlə dolu dünya” qısametrajlı
bioqrafik film istehsal edilmişdir. Filmin ssenari
müəllifi Arif Əliyev, rejissoru Oqtay Babazadə,
operatoru Seyfulla Bədəlov, səs rejissoru Ruhəngiz
Qasımovadır; |
Professor elmi rütbəsini almışdır; |
Moskvada və Yerevanda fərdi sərgisi keçirilmişdir; |
Sənətşünas Paşa Hacıyevin mətninin müəllifi olduğu
“Mikayıl Abdullayev: SSRİ Xalq rəssamı, SSRİ
Rəssamlıq Akademiyasının müxbir üzvü, C.Nehru adına
Beynəlxalq mükafat laureatı” kitabı “İşıq”
nəşriyyatında Azərbaycan və rus dillərində çapdan
çıxmışdır; |
|
Avtoqraflar yazmış kitablarını M.F.Axundov adına
Azərbaycan Respublika Kitabxanasına hədiyyə
etmişdir.
|
1973-1979 |
Bakı Metropoliteninin “Nizami” stansiyasındakı
mozaikaları işləyib yaratmışdır.
|
1974 |
“Çəltik
becərənlər” diptixinə görə
Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər
Sovetinin Qərarı ilə Dövlət mükafatı
laureatı olmuşdur.
|
1975 |
Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti,
pianoçu Fərhad Bədəlbəylini təsvir etdiyi
“Fərhadın məşqi” əsərini yaratmışdır; |
“30 Qələbə ili” Beynəlxalq rəsm sərgisində iştirak
etmişdir; |
Moskvada Beynəlxalq kitab sərgisinin iştirakçısı
olmuşdur.
|
1975-1979 |
9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı
seçilmişdir.
|
1977 |
“Pambıq” əsərini yaratmışdır; |
|
Moskvada Beynəlxalq kitab sərgi-yarmarkasında
iştirak etmişdir.
|
1979 |
Beynəlxalq Uşaq İlinə həsr olunmuş “Uşaqlar Mikayıl
Abdullayevin tablolarında”
sərgisi keçirilmişdir; |
|
Beynəlxalq Uşaq İlinə həsr olunmuş “Uşaqlar Mikayıl
Abdullayevin tablolarında” sərgisinin eyniadlı
kataloqu nəşr edilmişdir; |
|
Yaponiyada keçirilən müasir sovet rəngkarlığı
sərgisində iştirak etmişdir.
|
1981 |
Dekabr ayının 21-də SSRİ Ali Soveti Rəyasət
Heyətinin Fərmanı ilə “Xalqlar dostluğu” ordeni ilə
təltif edilmişdir.
|
1983 |
Haqqında “Yazıçı” nəşriyyatında sənətşünaslıq
doktoru, professor Mürsəl Nəcəfovun “Mikayıl
Abdullayev” kitabı çap olunmuşdur.
|
1988 |
Məqalələrindən, xatirə və rəsmlərindən ibarət
“Yazılarım” kitabı “İşıq” nəşriyyatında çap
edilmişdir; |
|
SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü
seçilmişdir.
|
1990 |
Paralel olaraq Azərbaycan, rus və ingilis
dillərində “Nizami “Xəmsə” motivləri Mikayıl
Abdullayev yaradıcılığında” kitabı Azərbaycan
Elmlər Akademiyasının müxbir üzvü Kərim Kərimovun
elmi redaktəsi ilə “İşıq” nəşriyyatında çap
olunmuşdur.
|
1992 |
20 Yanvar şəhidlərinin xatirəsinə həsr etdiyi
“Nakamların dəfni” əsərini yaratmışdır.
|
1994 |
Almaniyada buraxılmış “Ümumdünya rəngkarlığı”
albomunda 13 əsərinin reproduksiyası dərc edilmişdir.
|
1997 |
Dekabr ayının 18-də “İstiqlal” ordeni ilə təltif
edilmiş, ordeni rəssama ümummilli lider Heydər
Əliyev şəxsən özü təqdim etmişdir; |
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin
Azərbaycan Respublikasının ədəbiyyat və incəsənət
xadimlərinə fərdi təqaüdlər verilməsi haqqında
Sərəncamına əsasən Prezidentin fərdi təqaüdçüsü
olmuşdur.
|
2002 |
Avqust ayının 21-də, ömrünün 81-ci ilində Bakı
şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn
edilmişdir.
|
2011 |
Azərbaycan Milli
İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi
tərəfindən rəssamın 90 illiyinə həsr olunmuş sərgi
keçirilmiş, həyat və yaradıcılığına həsr olunmuş
dəyirmi masa təşkil olunmuşdur; |
|
“Mikayıl Abdullayev 90 il” adlı fotoalbom işıq üzü
görmüşdür.
|
2012 |
Haqqında “Rənglə yazılmış tarix” sənədli filmi
çəkilmişdir.
|
2013 |
“Mikayıl Abdullayev, 1921-2002.
Rəngkarlıq,
qrafika” kitab-albomu “Şərq-Qərb” nəşriyyatında
çapdan çıxmışdır; |
|
“Xalq Bank”ın “Xalq əmanəti” seriyasından “Mikayıl
Abdullayev. Rəngkarlıq və qrafika” kitab-albomu
nəfis poliqrafik xüsusiyyətlərlə çap edilmişdir.
|
2018 |
Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən böyük formatlı fotoportreti
(66x48 sm) buraxılmışdır.
|
2021 |
Mart ayının 3-də İstanbulun Maltəpə
Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət
Mərkəzində Nizami Gəncəvinin 880 illik yubileyi
ilə əlaqədar kitab və fotosərginin, Xalq rəssamı
Mikayıl Abdullayevin anadan olmasının 100 illiyinə
həsr olunmuş rəssamın Türkiyədəki əsərlərindən
ibarət rəsm sərgisinin açılışı keçirilmişdir; |
Azərbaycan Milli Kitabxanası tərəfindən
“Azərbaycanın görkəmli şəxsiyyətləri”
seriyasından “Mikayıl Abdullayev”
biblioqrafiyası nəşr edilmişdir; |
|
Azərbaycan Milli Kitabxanası tərəfindən “Xalq
Rəssamı
Mikayıl Abdullayev”
adlı məlumat bazası hazırlanaraq
oxucuların ixtiyarına verilmişdir. |