1862, 30 may
|
Ələkbər Zeynalabdin oğlu Tahirzadə Şamaxı şəhərində anadan
olmuşdur.
|
1870-1874 |
Mollaxanada təhsil almışdır. |
1874 |
Şamaxıdakı Bakı quberniya ruhani məclisinin nəzdində
“Məclis” məktəbi kimi
tanınan təhsil ocağında oxumuşdur. |
1884 |
Orta Asiya və Yaxın Şərqə səyahətə getmiş, Aşqabad,
Səmərqənd, Buxara, Səzvar, Türbəti-heydəriyyə, Türbəti-can,
Nişabur, Xorasan, Mərv, Həmədan və b. şəhərlərdə olmuşdur. |
1886 |
Uzaq qohumlarından olan Billurnisa adlı bir qızla
evlənmişdir. |
1822-1823
|
İranda səyahətdə olmuşdur. |
1902, 12 fevral
|
Şamaxıda baş vermiş dağıdıcı zəlzələni
təsvir edən “Üç yüz on doqquz idi bəd
həzadır” adlı şeirini yazmışdır. |
1903 |
“Şükr lillah ki, afitabi-süxən” adlı ilk
şeiri “Şərqi-Rus” qəzetində dərc
edilmişdir |
1906
|
“Bir
məclisdə on iki kişinin söhbəti” adlı
ilk satirası “Həyat” qəzetinin 33-cü
sayında dərc olunmuşdur;
Şamaxıda
ilk müsəlman kitabxana- qiraətxanasının
açılışında çıxış etmişdir;
Bakıda
olmuş və “Dəbistan” jurnalının redaktoru
Ə.İ.Cəfərzadə ilə görüşmüşdür.
|
1906, 28 aprel |
“Molla Nəsrəddin” jurnalında “Millət necə tarac
olur-olsun, nə işim var?” satirası ilə
fəaliyyətə başlamışdır |
1906-1907 |
“Həyat”, “İrşad” və “Tazə həyat” qəzetlərinin
Şamaxı üzrə müxbiri işləmişdir |
1907 |
“Molla Nəsrəddin” jurnalı ilə yanaşı, “İrşad”
qəzetində, “Bəhlul” jurnalında və b. mətbuat
orqanlarında əsərlər dərc etdirmişdir;
|
1908 |
Tiflisə
getmişdir;
Şamaxıda Əbdül
Xalıq Əfəndinin “Üxuvət” məktəbində müəllimlik
etmişdir;
Şamaxıda “Ümmid”
məktəbi təşkil etmişdir.
|
1910 |
Bakıya gəlmiş,
Balaxanı “Camaat” məktəbində müəllimlik etmiş,
şəriət, sərf-nəhv, türk və fars dillərini təlim
etmişdir;
“Nur”
kitabxanasında fəhlələr üçün
açılmış
kurslarda pulsuz dərs demişdir;
Şeirləri
“Zənbur” jurnalı, “Günəş” və “Həqiqət”
qəzetlərində dərc olunmuşdur;
“Həqiqət”
qəzetində işləməyə başlamışdır. |
1910, sentyabr |
Qaraciyər xəstəliyinə tutulmuşdur. |
1910, noyabr
|
Balaxanı “Camaat” məktəbindən çıxarılmışdır. |
1910, dekabr |
Bakıdan Şamaxıya qayıtmışdır. |
1911, yanvar
|
Müalicə olunmaq üçün həyat yoldaşı Billurnisa və
qardaşı oğlu Zeynalabdınla birlikdə Tiflisə
getmişdir |
1911, fevral-mart |
Tiflisdə Mirzə Cəlil Məmmədquluzadənin evində
müalicə olunmuşdur |
1911, aprel-may |
Şamaxıda xəstə yatmışdır |
1911 |
Müalicə olunmaq
üçün yenidən Tiflisə getmişdir;
Əməliyyat
edilmək üçün Bakıya gəlmiş, lakin əməliyyat baş
tutmadığı üçün Şamaxıya qayıtmışdır;
Şamaxıda vəfat
etmiş və “7 günbəz” qəbiristanlığında dəfn
edilmişdir |
1912 |
Vəfatından bir il sonra həyat yoldaşı Billurnisa
xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun
səyi ilə onun şeirləri “Hophopnamə” adı ilə çap
olunmuşdur |
1919 |
Xəzər Sahili İstehlak Cəmiyyətləri İttifaqı
tərəfindən Bakıda M.Ə.Sabir adına kitabxana
təsis edilmişdir |
1922 |
Bakıda indiki M.Ə.Sabir bağında şairə heykəl
qoyulmuşdur. |
1924 |
M.Ə.Sabir adına kitabxananın beş illiyi qeyd
edilmişdir |
1929 |
M.Ə.Sabir adına kitabxananın 10 illiyi
keçirilmişdir |
1936 |
Hökumət şairin vəfatının 25 illiyinin
keçirilməsi barədə qərar qəbul etmişdir |
1937 |
Vəfatının 25 illiyinə həsr olunmuş təntənəli
gecə keçirilmişdir |
1947 |
Anadan olmasının 85 illiyi qeyd edilmişdir |
1952 |
Anadan olmasının 90 illiyi qeyd edilmişdir |
1957 |
Mətbuatda Sabirin Şamaxıdakı evinin bərpası,
heykəlinin yenilənməsi tələbi ilə əlaqədar
ziyalıların məktubu çap olunmuş və heykəl
yenisilə əvəz edilmişdir |
1958 |
M.Ə.Sabirin anadan olmasının 100 illiyi
ərəfəsində SSRİ-də poçt markası buraxılmışdır |
1962 |
Anadan
olmasının 100 illik yubileyi respublikamızın və
keçmiş Sovetlər İttifaqının bir çox yerlərində
böyük təntənə ilə qeyd olunmuşdur;
“Hophopnamə”nin
akademik nəşri çap olunmuşdur |
1975 |
“Sabir poeziya günləri” adlı birinci almanax
nəşr edilmişdir |
1987 |
Anadan olmasının 125 illiyi qeyd olunmuşdur |
1992 |
Anadan olmasının 130 illiyi qeyd olunmuşdur |
1997 |
Anadan olmasının 135 illiyi qeyd olunmuşdur |
2002 |
Anadan olmasının 140 illiyi qeyd olunmuşdur |
2004 |
“Hophopnamə” İlham Əliyevin 12 iyun 2004-cü il
tarixli Sərəncamı ilə latın qrafikası ilə çap
olunmuşdur |
2007 |
Anadan olmasının 145 illiyi qeyd olunmuşdur |
2010 |
M.Ə.Sabirin 150 illik yubileyinin keçirilməsi
haqqında Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev sərəncam imzalamışdır |
2011 |
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Şamaxının Sabir qəsəbəsində şairin
abidəsinin açılışında iştirak etmişdir |