E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Şamaxı şəhərində yerlışən Sabirin ev–muzeyi 1962-ci ildə şairin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunmuşdur.Muzeyin yaradılmasında və fəaliyyətində Şamaxı ziyalılarından Ə.Səfərovanın, A.Alcanovun, M. Namazovun, M.Məmmədovun, İ.Quliyevanın, R. Xəlilovanın və başqalarının əməyi çox olmuşdur.

Muzeyin yerlışdiyi hazırkı ikimərtəbəli bina 1979–cu ildə tikilib istifadəyə verilmişdir.Muzeyin 6 sərgi salonu vardır.Birnci sərgi salonunda M.Ə.Sabirin uşaqlıq, təhsil illərinə, səhayətlərinə aid eksponatlar və şarin sabun bişirdiyi qazanın maketi nümayiş olunur. Digər salonlarda XIX – XX əsrlərə aid məişət əşyaları, muzeyə verilən hədiyyələr, Sabirin müasirlərinin şəkilləri, tədqiqatçılarının əsərləri, “Molla Nəsrəddin” jurnalının nümunələri və s. eksponatlar tamaşaçılara təqdim edilir.

 

EV MUZEYİ (Fotoqalereya)



<< Geri