E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Sabirabadın ərazisi qədim və orta əsr yaşayış yerləri və qədim abidələri ilə zəngindir. BÖlgədə aparılmış arxeoloji tədqiqatlar nəticəsində rayonun Surra, Cavad, Abdulyan, Qaratəpə, Qaraqaşlı, Bulaqlı, Zəngənə, Qalaqayın kəndləri ərazisində qədim yaşayış yerləri və nekropollar e.ə.V-I, V-II,e.ə I və eramızın III əsirlərinə aid etmək olar. Cavad orta əsr yaşayış yerini IX-XV əsrlərə, kəndin "Şəhərgah" adlanan ərazisində tapılmış materiallar isə bu mədəni təbəqənin XI-XII əsrlərə aid olduğu sübut edir. "Xavər zəmin", "Günəşli torpaq" adı ilə tanınan Muğan torpağı bir çox illər ərəblərin, türklərin, farsların və digər yadelli işğalçıların təqiblərinə məruz qalmış, lakin düşmənlərin bütün hücumlarını dəf edərək basılmaz qalaya çevrilmişdir. O vaxtlardan da "Xavar zəmin" Qalaqayın adı ilə əvəz olunmuşdur. Hazırda rayonun Qalaqayın kəndi bu adı daşıyır.

Rayonun ən iri kəndi olan Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Cavad XVIII əsrin ortalarında Cavad xanlığının mərkəzi olmuşdu. 1768-ci ildə Cavad Quba xanlığına tabe edilmişdir. Azərbaycanın Rusiyanın tərkibinə qatılmasından sonra çarizmin kÖçürmə siyasəti ilə əlaqədar Cavada xeyli rus əhalisi kÖçürülmüşdür. 1988-ci ildə rayon Petropavlovka adlandırılmışdı. Petropavlovka Bakı quberniyası Cavad qəzasının tərkib hissəsi idi.

Azərbaycanın yenidən Rusiyanın tərkibinə qatılmasından sonra 1920-ci il may ayının 1-dən Petropavlovka Salyan qəzası dairə inqilab komitəsinin yeni dÖvlət hakimiyyəti orqanı kimi ilk dəfə fəaliyyətə başladı. 1921-ci il may ayının 1-dən 1929-cu il aprel ayının 8-ə kimi Sabirabad rayonu Salyan qəzasının Petropavlovka dairəsi kimi fəaliyyət gÖstərmişdir. 1929-cu il aprel ayını 8-də VI ümumazərbaycan sovetlər qurultayının qəzaları ilə bura Muğam mahalının Petropavlovka dairəsi adlandırılmışdır. 1930-cu il avqust ayının 8-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 476№-li qərarına əsasən mahal sistemi ləğv edilmiş və Peropavlovka müstəqil rayon olmuşdur.

1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə Peropavlovkaya Azərbaycanın bÖyük şairi klassik ədəbiyyatımızda ictimai satiranın banisi M.Ə Sabirin adı verilmişdir. 1959-cu ildən Sabirabad şəhəri adlandırılmışdır.



<< Geri