E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Sabir – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə.
3444 nəfərin yaşadığı qəsəbədə 4190 təsərrüfat mövcuddur.

Sabir qəsəbəsi Şamaxı rayonunun iri yaşayış ərazilərindən biridir. Son vaxtlar rayon mərkəzində olduğu kimi, burada da abadlıq-quruculuq işləri genişləndirilmiş, bir çox sosial problemlər uğurla həll edilmişdir. Belə ki, qısa müddət ərzində qəsəbənin giriş hissəsində böyük şair Mirzə Ələkbər Sabirin yeni heykəli ucaldılmış, həmin ərazidə, eləcə də mərkəzi küçədə əsaslı təmir işləri aparılmış, yeni qaz xətti çəkilərək orada yaşayan əhalinin qaz təminatı yaxşılaşdırılmışdır.

Başa çatmaqda olan 2011- ci ildə qəsəbə sakinlərinin su təminatının yaxşılaşdırılması istiqamətində də əsaslı tədbirlər görülmüşdür. Bu məqsədlə Pirsaat şayı vadisində bir ədəd subartezian quyusu qazılmış və 400 tonluq su anbarı tikilmişdir. Həmin anbardan qəsəbəyə 1750 paqonmetr 120 millimetrlik plasmas boru ilə yeni su xətti çəkilmişdir.

Dekabrın 21-də qəsəbənin mərkəzində yeni bulaq kompleksinin açılışı münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Asif Məmmədov açmış, bundan sonra da rayonda, eləcə də Sabir qəsəbəsində davam etdiriləcək abadlıq və quruculuq işləri barədə ətraflı məlumat vermişdir. Sonra “Azərsu” ASC-nin “Birləşmiş Su- Kanal” MMC-nin sədri Etibar Məmmədov çıxış edərək yeni bulaq kompleksinin açılışı münasibətilə sakinləri təbrik etmişdir.
Tədbirdə qəsəbə sakinlərinin nümayəndələri onlara göstərilən diqqət və qayğı üçün ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Son vaxtlarda qəsəbənin küçələrində geniş abadlıq işləri görülüb, elektrik və digər kommunal xətləri yenilənib, geniş yaşıllaşdırma işləri aparılıb. Qəsəbənin girişində görkəmli şair Mirzə Ələkbər Sabirin abidəsi ucaldılıb.



<< Geri