M.F.Axundovun anadan olmasının 150 illiyi qarşısında

Azərbaycanın görkəmli yazıçı və materialist filosofu Mirzə Fətəli Axundovun anadan olmasının 150 illiyi bu il tamam olur. İnsanpərvərlik, sülh, azadlıq və xalqların tərəqqisi ideyalarını öz yaradıcılığında tərənnüm edən böyük Azər­baycan yazıçısının yubileyi Ümumdünya Sülh Şurasının keçən il dekabrın 16-19-da Stokholmda keçirilmiş sessiyasının qərarına əsasən 1962-ci ildə mədəniyyət sahəsində əlamətdar yubileylərdən biri kimi qeyd ediləcəkdir.

Sovet sülhü müdafiə komitəsi ilə SSRİ Yazıçılar İttifaqı bu əlamətdar hadisəni Moskvada birlikdə qeyd edəcəklər. Sovet İttifaqının digər şəhərlərində yubiley ilə əlaqədar, bir sıra tədbirlər görüləcəkdir. M.F.Axundovun anadan olmasının 150 illiyini qeyd etmək xarici ölkələrin sülhü müdafiə milli komitələrinə də məsləhət görülmüşdür.

Əlamətdar ildönümü münaslbətilə respublika yubiley komitəsi yaradılmışdır. Komitəyə Azərbaycan KP MK katibi N.M.Hacıyev (sədr), Azərbaycan Rəssamlar İttifaqının sədri N.Q.Əbdürrəhmanov, Respublikanın Mədəniyyət naziri A.S.Bayramov, Respublika Nazirlər Soveti Ali təhsil və orta ixtisas təhsili komitəsi sədrinin müavini Z.İ.Hüseynova, Respublika Elmlər Akademiyası prezidentinin müavini, akademik M.A.Dadaşzadə, Nizami adına Ədəbiyyat İnsti­tu­tu­nun şöbə müdiri M.C.Cəfərov, Azərbaycan KP MK Təbliğat və təşviqat şöbəsinin müdiri M.A.Qaziyev (sədrin müavini), Lenin adına APİ-nin kafedra müdiri F.S.Qasımzadə, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Ə.H.Kərimov, Azərbaycan KP Nuxa rayon komitəsinin katibi Ə.Məmmədov, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi Mehdi Hüseyn, Azərbaycan Elmlər Akademiyası fəlsəfə bölməsinin baş elmi işçisi Ş.Mirzəyeva, Azərbaycanın Xalq yazıçısı S.Rəhimov daxil­dir­lər.

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun şöbə müdiri M.Y.Quluzadə yubiley komitəsinin elmi katibi təyin edil­miş­dir.

M.F.Axundovun yubileyi 1962-ci ilin oktyabr ayında keçiriləcəkdir.


Bildiriş

M.F.Axundovun anadan olmasının 150 illiyini keçirən Respublika Yubiley Komitəsi Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin binasında (Bakı, Kommunist küçəsi, 33, 1-ci mərtəbə) yerləşir.

Komitənin əməkdaşları M.F.Axundovun anadan olmasının 150 illiyinin keçirilməsi ilə əlaqədar olan bütün məsələlər barəsində elmi-metodiki məsləhətlər verirlər. Hər gün saat 10-dan saat 16-dək məlumat və məsləhət almaq olar.

Telefon: 2-20-65

Respublika Yubiley Komitəsi.

17 fevral 1962,
Ədəbiyyat və incəsənət qəzeti


<< Geri