Azərbaycan SSR Nazirlər Sovetində
M.F.Axundov adına mükafatların təsis edilməsi haqqında

Azərbaycan SSR Nazirlər Sovetini bədii ədəbiyyat, musiqi, teatr sənəti, təsviri sənət, kino sənəti və jurnalistika sahəsində ən görkəmli əsərlər yaradılmasına həvəs oyatmaq məqsədi ilə M.F.Axundov adına 3 respublika mükafatı təsis etmişdir. Mükafatların hər birinin məbləği 2500 manatdır.

M.F.Axundov adına respublika mükafatları haqqında əsasnamə təsdiq edilmişdir.

M.F.Axundov adına mükafat almaq üçün əsərləri yazı­çılar, bəstəkarlar, rəssamlar, kinematoqrafiyaçılar və jur­nalist­ər ittifaqları, elmi tədqiqat idarələri, teatr cəmiyyəti, teatrlar, jurnal və qəzet redaksiyaları, müəssisələrin kol­lektivləri, ali məktəblər, nazirliklər, idarələr və ictimai təş­kilatlar təqdim edirlər.

Mükafatları SSR Nazirlər Soveti iki ildə bir dəfə, Azərbaycanda Sovet Hakimiyyəti qurulması günündə res­pub­lika M.F.Axundov adına Mükafatlar Komitəsinin təqdimatı ilə verir.

Mükafat almaq üçün təqdim edilən namizədlərin və əsər­lərin siyahısı mükafat verilməsindən iki ay əvvəl res­publika mətbuatında dərc olunur.

M.F.Axundov adına mükafata layiq görülən şəxlərə “M.F.Axundov adına mükafat laureatı” adı, döş nişanı və dip­lom verilir.

Respublikanın M.F.Axundov adına Mükafatlar Komitəsi aşağıdakı tərkibdə təsdiq edilmişdir: M.A.Dadaşzadə (sədr), N.Q.Əbdürrəhmanov, M.H.Abdullayev, F.C.Əmirov, Q.M.Baba­­yan, C.İ.Hacıyev, M.B.Dadaşov, Ç.H.Cəfərov, M.Ə.İbra­himov, Q.Ə.Qarayev, M.Ə.Məmmədov, M.H.Mər­danov, Mehdi Hüseyn, M.N.Nəcəfov, İ.İ.Nəzərov, P.B.Sabsay, T.T.Salahov, T.M.Tağızadə və Y.B.Qarayev (məsul katib).

Respublika M.F.Axundov adına Mükafatlar komitəsində

Respublika komitəsi M.F.Axundov adına mükafat almaq üçün irəli sürülən əsərləri qəbul etməyə başlamışdır;

1962-ci il noyabrın 1-dən 1964-cü il noyabrın 1-dək dövr­də çap edilmiş, sərgidə və ya ekranda göstərilmiş ədəbiy­yat və incəsənət əsərləri bu il nəzərdən keçiriləcəkdir.

Bu il mükafat almaq üçün təqdim edilən əsərlərin qəbul müddəti martın 15-dək müəyyən edilmişdir.

Mükafat almaq üçün təqdim edilən əsərlər bu ünvana göndərilir: Bakı, Kommunist küçəsi, 10, 2-ci mərtəbə, 10 nömrəli otaq, Respublika M.F.Axundov adına Mükafatlar Komitəsi, telefon 2-54-83.

13 fevral 1965-ci il,
Ədəbiyyat və incəsənət qəzeti


<< Geri