Dərviş Parisi partladır (film, 1976)(tammetrajlı bədii film)

Film dramaturq Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" klassik komediyasının motivləri əsasında çəkilmişdir.
Filmdəki hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi müsyö Jordan(Sergey Yurski) mülkədar Hətəmxan ağanın(Adil İsgəndərov) qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi(Ənvər Həsənov) özü ilə Parisə aparmaq, orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət edən qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar.
Əsərdə olduğu kimi, filmdə də XIX əsr feodal Azərbaycanında hökm sürən ətalət və gerilik ifşa edilir, eyni zamanda sakit patriarxal mühitində mütərəqqi meyllərin yaranmasından danışılır, gənclər biliklərə yiyələnməyə dəvət olunur. İctimai elmlər, o cümlədən təbiətşünaslıq elmi təbliğ edilir.

Ssenari müəllifi:

Ədhəm Qulubəyov

Rejissor:

Kamil Rüstəmbəyov
Şamil Mahmudbəyov

Operator:

Zaur Məhərrəmov
Arif Nərimanbəyov

Rəssam:

Nadir Zeynalov

Bəstəkar:

Tofiq Quliyev

Səs operatoru:

Əziz Şeyxov

Rollarda:

Sergey Yurski-Müsyö Jordan
Mirzə Babayev-Dərviş Məstəli şah
Adil İsgəndərov-Hətəmxan ağa
Leyla Bədirbəyli-Şəhrəbanu
Səfurə İbrahimova-Sənəm
Mömünat Qurbanova-Şərəfnisə
Ənvər Həsənov-Şahbaz bəy
Həsənağa Turabov-Rəşid bəy

Filmi səsləndirənlər:

Əliağa Ağayev-Hətəmxan ağa (Adil İsgəndərov) (titrlərdə yoxdur)
Əliabbas Qədirov-Şahbaz bəy (Ənvər Həsənov) (titrlərdə yoxdur)
Yusif Vəliyev-Dərviş (Mirzə Babayev) (titrlərdə yoxdur)

Janr:

Komediya
Musiqili

Filmin digər adı:

Müsyö Jordan və Dərviş Məstəli Şah

Filmin növü:

Tammetrajlı Bədii Film

İl:

1976

 Dil:

Azərbaycan dili

İstehsalçı qurum:

"Azərbaycanfilm" Kinostudiyası

Rəng:

Rəngli

Ölkə:

Azərbaycan