Böyük maarifçi-yazıçı M. F. Axundov (film, 1939)
Bu film tarixi-bioqrafik janrda
çəkilmiş ilk filmdir.
Burada Mirzə Fətəli
Axundovun həyat və yaradıcılığı haqqında danışılır, yazıçının anadan
olduğu Nuxa (indiki Şəki), gənclik illərini keçirdiyi Gəncə, dövlət
idarəsində çalışdığı Tiflis şəhərləri göstərilir, onun ölməz
əsərlərindən söhbət gedir. Film yazıçının yubileyinə həsr olunmuş
təntənəli plenumla başa çatır.
Kinooçerkdə
M.F.Axundovun rəngkarlıq və heykəltəraşlıq portretləri, əsərlərinin
nəşrləri, pyeslərinin afişaları da nümayiş etdirilir.
Ssenari müəllifi: |
|
Əbdül Həsənov, Əli Musayev |
Rejissor: |
Əbdül Həsənov, Əli Musayev |
Operator: |
İvan Manakov, Vladimir Yeremeyev, Əlibala Ələkbərov
|
Səs operatoru: |
İlya Ozerski |
Janr: |
Sənədli Qısametrajlı Tarixi Bioqrafik |
Filmin növü: |
Qısametrajlı Sənədli Film |
İl: |
1939 |
Film çəkilən yerlər: |
Şəki Gəncə Tbilisi, Gürcüstan |
|
|