”Azərbaycanfilm”in istehsalı olan M. F. Axundov
(kinooçerk, 1962)

 Kinooçerk Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 150 illiyinə həsr olunmuşdur.

Film bizi böyük filosof, şair, dramaturq M.F.Axundovun uşaqlıq illəri, mürəkkəb həyatı və fəaliyyəti ilə, onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərlə tanış edir.

Burada dramaturqun məşhur "Hacı Qara" pyesindən bir səhnə ekranlaşdırılmışdır.

Bu tarixi-bioqrafik film Tiflisdə M.F.Axundovun qəbri önündə və Bakıda böyük maarifçinin abidəsi qarşısında keçirilən təntənəli mərasimlərlə qurtarır.

Ssenari müəllifi:

Məmməd Cəfər Cəfərov
Əhmədağa Qurbanov

Rejissor:

Niyazi Bədəlov

Operator:

Vladimir Zbudski

Rəssam:

Nadir Zeynalov

Səs operatoru:

Şamil Kərimov

Janr:

Sənədli
Qısametrajlı
Tarixi
Bioqrafik

Filmin növü:

Qısametrajlı Sənədli Film

İl:

 1962

İstehsalçı qurum:

"Azərbaycanfilm" Kinostudiyası

Film çəkilən yerlər:

Tbilisi (Gürcüstan)
Bakı