“Sabahın elçisi. Mirzə Fətəli Axundzadə”, (2010) bədii film

“Sabahın elçisi. Mirzə Fətəli Axundzadə” filmində görkəmli Azərbaycan dramaturqu, filosofu, maarifçisi M.F.Axundzadənin həyat və yaradıcılığından söhbət açılır. Çəkilişləri Bakıda və Şəkidə aparılan filmdə böyük ədibin əsərlərindən istifadə olunmuşdur. M.F.Axundzadə obrazını Xalq Artisti Tariyel Qasımov canlandırmışdır. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Miri Rzayev, operatoru Adil Abbasovdur.