Hacı Qara (film, 2002)
(tammetrajlı bədii film)
Bu filmdə təkcə xəsisliyin ifşasından söhbət getmir. Ekran
əsərində xalqımızın istək və arzularını, həyat tərzini, milli
adət-ənənələrini əks etdirmək müəlliflərin əsas qayəsi olmuşdur. Filmdə
yadelli, nankor ermənilərin zaman-zaman
Azərbaycanın münbit torpaqlarına köçürülməsinə, yüksək çinli
rus məmurlarının xalqımıza qarşı yeritdiyi müstəmləkə siyasətinə
etiraz işarələri vardır. Bu ştrixlər personajların dialoqlarında
və xarakterlərində daha qabarıq verilmişdir.
Film əvvəldən axıradək bəstəkar
şux, oynaq musiqisi ilə, ayrı-ayrı obrazlar üçün yazdığı duzlu,
məzəli mahnılarla müşayiət olunur. Heydər bəylə Sonanın lirik məhəbbət əhvalatı filmin leytmotivini
təşkil edir. Film Şərq, o cümlədən Azərbaycan kinosu üçün
xarakterik olan xoşbəxt sonluqla bitir.
Ssenari müəllifi: |
İsi Məlikzadə, Cahangir Mehdi |
Rejissor: |
Cahangir Mehdi, Elnur Mehdi |
Operator: |
Yuri Varnovski |
Rəssam: |
Rafiq Nəsirov |
Bəstəkar: |
Arif Məlikov |
Səs operatoru: |
Əsəd Əsədov |
Rollarda: |
Səyavuş Aslan-Hacı Qara
Elnur Mehdi-Heydər bəy
Günel Həsənzadə-Sona
Əjdər Həmidov-Kərəməli
Məlik Dadaşov-Ohan Yüzbaşı |
Janr: |
Komediya, Macəra, Musiqili, Məhəbbət |
Filmin növü: |
Tammetrajlı Bədii Film |
İl: |
2002 |
Dil: |
Azərbaycan dili |
İstehsalçı qurum: |
"Azərbaycanfilm" Kinostudiyası, "Aydın"
İstehsalat-Kommersiya Mərkəzi |
Rəng: |
Rəngli |
Ölkə: |
Azərbaycan |
|
|