Hacı Qara (film, 1929) (tammetrajlı bədii film)

Filmdə Azərbaycan bəylərinin, tacirlərinin, kəndlilərinin həyatı öz əksini tapmışdır.
Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir.
Kinolentin mövzu və süjeti bir qədər genişləndirilmiş, dramaturqun başqa əsərlərindən istifadə edilərək, əlavə obrazlar salınmış, habelə milli adət və ənənələrdən istifadə edilmişdir.
Bu film kinodramaturq kimi Cəfər Cabbarlının kinoda ilk işidir. Yəni Cəfər Cabbarlı Azərbaycanın ilk milli kinodramaturqudur.
Film aktrisa Əzizə Məmmədovanın kinoda ilk işidir.
Film aktyor Əli Qurbanovun kinoda ilk işidir.

Ssenari müəllifi:

Cəfər Cabbarlı

Rejissor:

Abbas Mirzə Şərifzadə

Operator:

İvan Tartakovski

Rəssam:

Aleksandr S. Qonçarski

Montaj edən:

Abbas Mirzə Şərifzadə

Rollarda:

Mirzəağa Əliyev
Mustafa Mərdanov
K. Vyaznova
Ağasadıq Gəraybəyli

Janr:

Komediya, Macəra

Filmin növü:

Tammetrajlı Bədii Film

İlk baxış tarixi:

9 Mart, 1929

 Dil:

Səssiz

İstehsalçı qurum:


Azdövlətkino

Filmin digər adı:

Sona

Rəng:

Ağ-Qara

Ölkə:

Azərbaycan

Film çəkilən yerlər:

Ağdam, Şuşa, Suxumi (Gürcüstan)