Mürafiə vəkillərinin hekayəti
(film, 2011)
Bu
komediya Mirzə Fətəli Axundzadənin sonuncu komediyasıdır. Komediyanın
mövzusu Cənubi Azərbaycan həyatında götürülüb. Komediya varislik
məsələsi üstündə gedən ixtilafdan bəhs edir.
Hacı Qafur təbrizli varlı
tacirdir. O öldüyü təqdirdə vəsiyyətində isə var-dözlətinin bacısı
Səkinə xanıma çatacağını bildirir. Onun siğə arvadı
Zeynəb isə bununla razılaşmır və
adə keçən var-dözvlətə yiyələnmək məqsədilə məhkəməyə şikayət edir. Bu
məsələdə Zeynəbi müdafiə edən vəkil Ağa Mərdan Halvaçı oğlu yalançı
şahidlər tutur, təbii ki, rüşvətə baş vuraraq. Vəkil yalançı şahidlər
tutaraq sübut etmək istəyir ki, Hacı Qafirin Zeynəbdən 7 aylıq oğlu var.
Amma məhkəmə sonlananda yalan üzə çıxır, əsər Səkinə xanımın qələbəsi
ilə sona yetir.
Səkinə xanım komediyada müsbət
surətdir. O iradəli bir qızdır və hüquqlarını sonuna qədər cəsarətlə
müdafi edir.
Əsəsrdə əsas mənfi surət isə əsərdə tənqid olunan
Ağa Mərdan Halvaçı oğludur. O,
kələkbazdır, yalan yolu ilə haram pul qazanan, fırıldaqçı bir vəkildir.
Mürafiə vəkillərinin hekayəti ikihissəli bədii televiziya
filminin ssenari müəllifi İlham Rəhimli, quruluşçu rejissoru Ramiz
Həsənoğlu, quruluşçu operatoru Eldar Məmmədov, quruluşçu rəssamı Rafael
Əsədov, bəstəkarı Ramiz Mirişlidir. Əsas rolları Ramiz Əzizbəyli, Loğman
Kərimov, Ağaxan Salmanov və başqaları ifa edir.
Ssenari müəllifi: |
İlham Rəhimli Ramiz Həsənoğlu |
Rejissor: |
Ramiz Həsənoğlu |
Operator: |
Eldar Məmmədov |
Rəssam: |
Rafael Əsədov |
Bəstəkar: |
Ramiz Mirişli |
Səs operatoru: |
Rəşad Əflatunoğlu Vaqif İmanquliyev |
Montaj edən: |
Həsən Quliyev |
Rollarda: |
Ramiz Əzizbəyli Dilarə Əliyeva Dəniz Tacəddin |
Filmin digər adı: |
Mürafiə vəkillər |
Janr: |
Komediya |
Filmin növü: |
Tammetrajlı
televiziya tamaşası |
İlk baxış tarixi: |
4
noyabr 2011,
Azərbaycan Televiziyası |
Dil: |
Azərbaycan dili |
İstehsalçı qurum: |
Azərbaycan Televiziyası |
Rəng: |
Rəngli |
Ölkə: |
Azərbaycan |
|
|