Mənim məqsədim... Cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqımızın azadlığı, rifahı və sərvətinin artması üçün, vətənin abadlaşdırılması üçün... ədalətə rəvac verməkdir. * * * |
Oxumuşların sayı çox olan ölkələrdə təfəkkür sahiblərinin sayı da çox olur. Təfəkkür sahiblərinin çox olduğu ölkədə isə həyatın bütün sahələrində xalq gündən-günə tərəqqi edə bilər. * * * |
Bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər yaratmaq lazımdır. Bunun üçün gözəl məzmun tapmaq yaradıcı təbin xüsusiyyətlərindəndir. * * * |
İndi bizim müxtəlif elmlərə aid kitabımız yoxdursa, yaxın gələcəkdə bizdə dünyanın mədəni ölkələrinin malik olduğu bir çox kitabları, o cümlədən tibb, hikmət, hesab, coğrafiya, hərbi iş, dənizçilik, mühəndislik, tarix, inşa, idarə üsulu, məişət, əkinçilik, səyyahlıq, mədənşünaslıq, təbiət, astronomiya, heyət, kimya və bunlar kimi faydalı elmlərə aid kitabları əldə edəcəyik xalqların malik olduğu müxtəlif elmlərə və hünərlərə yiyələnəcəyik. * * * |
Əsil yüksək əxlaqlı, xeyirxah adam yalnız o adam hesab edilə bilər ki, o, özünün bütün hərəkət və davranışlarını əsil vətənpərvərliklə uyğunlaşdırsın. * * * |
...Yaxın gələcəkdə vətənimiz yadların ardınca gedənlərin mənhus vücudundan təmizlənəcəkdir! Yurdumuz yenidən gülüstana çevriləcəkdir. * * * |
Mənim xalqımın fitri istedadı Avropa xalqlarının fitri istedadından qat-qat artıqdır. * * * |
Dinin əsas məqsədi əxlaqdır. * * * |
İnsanların yeddi vəzifəsi vardır. Əgər insan bütün bu vəzifələri yerinə yetirərsə, bu halda kamil insan sayılır, əgər o bunların bir hissəsini yerinə yetirərsə, natamam insan sayılır; əgər o bu yeddi vəzifənin heç birinə əməl etmirsə, deməli insan qismindən çıxır və heyvan qisminə daxil olur. Birinci vəzifə bundan ibarətdir ki, insan pis əməllərdən uzaq olsun. İkinci vəzifə xeyir işlər görməkdir. Üçüncü vəzifə zülmə qarşı mübarizə aparmaqdır. Dördüncü vəzifə cəmiyyətdə öz yoldaşları ilə ittifaqda yaşamaqdır. Beşinci vəzifə elm yolu ilə getməkdir. Altıncı vəzifə elmi hər yanda yaymağa çalışmaqdır. Yeddinci vəzifə ondan ibarətdir ki, insan öz qüvvəsi, imkanı daxilində onunla ittifaqda olan cəmiyyətdə, öz həmvətənləri və həmfikirləri arasında qanuni hüquqlarının müdafiəsi üçün mübarizə aparsın. * * * |
Mirzə Şəfi bütün mətalibi ürfaliyyəti mənə təlğin etdi və gözümün qabağından qəflət pərdəsini qaldırdı. Bu hadisədən sonra ruhanilikdən nifrət etdim və öz fikrimi dəyişdirdim. * * * |
Dünyada heç bir nemət həyatın əvəzi ola bilməz və onu hər cüzi şey üstündə və ədalət pərdəsi altında azad insanlardan almaq olmaz. * * * |
Qəzəblənmək həmişə acıqdan olmur, süstlükdən və qayda-qanunsuzluqdan dəxi əmələ gəlir. * * * |
Yazıçılar bəşəriyyətin ən şərəfli nümayəndələridir. * * * |
Cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə və onları ata-babasının və övladının qərar verdikləri şeylərlə kifayətlənməyə və bunlardan kənara çıxmamağa... məcbur edərsə, bu halda onlar dəyirman atlarına bənzərlər. * * * |
Millət özü bəsirət və elm sahibi olmalı, ittifaq və yekdillik əsaslarını əldə etməli, sonra zalıma müraciət edərək deməlidir: səltənət və hökümət büsatından əl çək! * * * |
İnsan növünün tərəqqisi ağıl ilədir. * * * |
Fəsahətli kəlam ondan ibarətdir ki, müxtəsər və aydın olsun. * * * |
Pis və çirkin adətləri insanın qəlbindən tənqid, istehza və məsxərədən başqa hec bir şey qoparıb çıxara bilməz. * * * |
Sərxoşluq əxlaqca pozulmanın ən eybəcər əlamətidir. * * * |
Və məndən ancaq əndazə və nümunə göstərmək idi və baniyi-kar olmaq. * * * |
Elm bəşəriyyəti asudəçilik və səadətə doğru aparır. * * * |
Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, imlanın düzgünlüyü olmalıdır. * * * |
Əgər yaxşı dost axtarırsansa, özün yaxşı dost ol. Çünki dost axtaran kəs asanlıqla səni tapsın. * * * |
Nə qədər ki sağam, İstambul nazirlərinə qarşı qələmimlə vuruşacağam. Mən və mənim yavərim siz, öldükdən sonra bizim müasirlərimizin nə dərəcədə şüursuz olduğunu görən gələcək nəsil minlərcə dəfə halımıza heyfslənəcək, bizim fikirimizi həyata keçirəcək və qəbrimizin üzərində heykəllər qoyacaqlar... * * * |
Mənim məqsədim islam xalqlarını sarsıdan cəhaləti ortadan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqımızın azadlığı, rifahi və sərvətinin artması üçün, vətənin abadlaşdırılması üçün və islamiyyətdən əvvəl babalarımızın malik olduğu şən və şövkətin bərpa edilməsi üçün ədalətə rəvac verməkdir. * * * |
Elmin faydası o zaman olur ki, Prus xalqı və Yengüdünya xalqı kimi bütün camaat qadınlı-kişili elm oxumuş olsun.., çobanlarımız...və qadınlarımız... oxumağı və yazmağı bacarsınlar. * * * |
...Bəşər övladına səadət və qurtuluş o zaman nəsib olacaqdır ki, istər Asiyada və istərsə də Avropada insanın şüuru tamamilə əbədi həbsdən xilas olsun və bütün işlərdə də, təfəkkürdə də hadisələr deyil, insanın ağlı yeganə dəlil, sənəd və hakimi - mütləq olsun. * * * |
Canlılar aləmində insan daima tərəqqi tələb edən bir növdür və fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. Tərəqqinin nəticəsini zəmanəmizdə sivilizasyon adlandırırlar. Sivilizasyon elə bir ümumi sözdür ki, onun məzmununda bütün sənətlər, fəndlər, qüdrəti-dövlət, millətin asayişi və mədəniyyətin bu kimi şərtləri cəm olmuşdur. Əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə onları ata-babanın və övliyaların qərar verdikləri şeylərlə kifayət etməyə və bunlardan kənara çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməyə məcbur edərsə, bu sürətdə fərdlər yer əkən, məhsul toplayan və hər bir işi düşünmədən və fikir etmədən görən avtomat olarlar; və ya onlar dəyirman atlarına bənzərlər ki, hər gün müəyyən dairədə dolanarlar və öz vaxtında da arpa-saman yeyib su içər və yatarlar, sonra yenə oyanıb haman dünənki dolanışı dünyanın axırına qədər təkrar edərlər. Və bu biçarə atların hərgiz xətri olmaz ki, dünyada çəmənlər, otlaqlar, çayırlıqlar, çiçəkliklər, meşələr, dağlar və dərələr vardır; əgər bağlı olmasaydılar, dünyada gəzərdilər və o könül açan yerləri görərdilər və dünya nemətlərindən tamamilə faydalanmış olardılar. * * * |
Mən sağ ikən komediyamın öz dilimizdə tamaşaya qoyulması mənin üçün böyük xoşbəxtlikdir. Bu gün “Hacı Qara”nı öz dilimizdə səhnədə göstərməklə mənim ömrümün üstündə on il də artırdınız... Bakıya gəlib bu ilk tamaşanı öz gözlərimlə görmədiyim üçün təəssüf edirəm. * * * |
…bu kainat bir qüvveyi-vahidə və kamilədir, əvvəli də budur, axırı da budur; nə əvvəl ona sibqət edibdir, nə axır ona xatəmə olacaqdır, zaman da onun mütəziyatındandır, məkan da onun təkəyyüfatındandır. * * * |
Əgər hətta bütün aləm mənə qarşı çıxsa belə, mən öz fikrimdən dönməyəcəyəm, işimi onqat artıracağam… * * * |
…Varlıqdan məqsədimiz əşyanın mahiyyətidir və bu mahiyyət bu varlıqdır - heysiyyətincə şamil və əhatəedicidir; yəni maddeyi-kəsəratın cəmedicisidir. Kəsarət isə öz növləşmə və dəyişmələrində bir-birinə möhtacdır. * * * |
…Külli-varlıq heysiyyətincə vahid, kamil və mühitdir; yəni bütün çoxluqların maddəsinin cameyidir… Deməli, əşyanın mahiyyəti vacibül-vücuddur və əşyanın məcmuu olan kainat başqa mahiyyətə möhtac deyildir və bir səbəbə ehtiyacı yoxdur… * * * |
Gözə görünməyən, hiss edilməyən və duyulmayan şey mövcud da deyil. * * * |
Zahirdə ağıla gələn budur ki, bu dünya başqa dəyişiklik tapmasa və insan övladı başqa bir təbiət və xilqət əldə etməsə, bu dünyada millətlərin bu vəziyyət və tərkibləri… ilə bərabərlik mümkün deyildir. * * * |
Bədii əsər gərək mükəmməl, nöqsansız və xoşagələn olsun. O, həm forma, həm də məzmununa görə gözəl olmalıdır. * * * |
…Mənim əlifbam yüz ildən sonra Şərq ədəbiyyatında fəxri yer tutacaq və o əlifbada yeni-yeni əsərlər meydana çıxmaqla yanaşı, köhnə əlifba ilə olan bir çox köhnə kitablar da həmin əlifbaya köçürüləcəkdir. Əlbəttə, belə olduqda mənim məqsədim yerinə çatacaq və o xoşbəxt günlərə qədər yaşamasam da, əvvəlcədən bu xüsusda asudə ola bilərəm. * * * |
İstedadsız, qabiliyyətsiz və paxıl adamlara qulaq asmaq lazım deyil. İstedadsız olduqlarına görə, onlar başqalarında nöqsan axtarırlar ki, bununla öz qüsurlarını ört-basdır etsinlər. * * * |
Xalqların müxtəlif vasitələrlə tərəqqi etməyə nail olduqları göz qabağındadır… * * * |
Bu qədər var ki, mən külli-ədyanı puç və əfsanə hesab edirəm. * * * |
…Bizim ruhanilərimizin ruhların bədəndən ayrıldıqdan sonra xüsusi yerlərdə öz-özlərinə zərfsiz və qəlibsiz yaşamaları haqqındakı təsəvvürləri, fikirləri və əqidələri heç bir tənqid qarşısında dayana bilməz. * * * |
Əgər desəm ki, bir vücudun öz-özünə meydana gəlməsi mümkün deyildir və bu kainat gərək başqa bir vücudun iradəsi ilə yaranmış ola, o zaman haman vücudun özü də varlıq olduğu üçün, gərək başqa bir vücudun iradəsindən asılı ola və habelə o vücud da başqa bir vücudun istəyinə möhtac ola. * * * |
Aya, padşaha güllə atan babilərin yenidən bu kimi bir əmələ iqdam etməyəcəklərini haradan bilmək olar? * * * |
Mən mədəniyyəti sevən hər kəsin tərəfdarıyam. Mən bəşəriyyəti sevən hər kəsin nökəriyəm. Mənim insan düşmənini görən gözüm yoxdur, mən sivilizasiyanın yolunu kəsən, ona mane olan hər kəsə nifrət edirəm. Mən belələrindən uzaq dolanıram. Onlar mənə iyrənc görünürlər. * * * |
Bir ömür həqiqət axtardım, tapanda onun da yalan olduğunu gördüm... * * * |
Böyük bədbəxtlikdir ki, insan belə bir millətin içərisində yoxluq aləmindən varlıq aləminə qədəm qoysun və haqqı anlasın, ancaq öz nadan həmvətənlərinə onu anlada bilməsin və bu dünyadan qüssə və həsrətlə getsin. * * * |
İndi də gəlin, bir qədər şəxsi mənfəət güdmədən, vətənimizin azadlığı, xalqımızın tərəqqi və səadəti yolunda yaxşı işlərə iqdam edək!
|