M.F.Axundzadə adına Milli Kitabxanada büstü
1939-cu il iyun ayının 1-də Azərbaycan SSR Ali Sovetinin
Rəyasət Heyəti Azərbaycan Dövlət Ümumi Kitabxanasına
görkəmli mütəfəkkir, filosof, dramaturq M.F.Axundzadənin
adını verməyi qərara aldı.
1939-cu ilin iyul ayından kitabxana M.F.Axundov adına
Azərbaycan Dövlət Ümumi Kitabxanası (Hazırda M.F.Axundzadə
adına Milli Kitabxana) adlandırılmağa başlandı.
1962-ci ildə kitabxanada dahi mütəfəkkirin heykəltəraş
İ.Zeynalov tərəfindən hazırlanmış büstü qoyulmuşdur.
|