Tbilisidə M.F.Axundzadənin adını daşıyan məktəbin qarşısında büstü 

2011-ci il iyun ayının 30-da Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisi şəhər bələdiyyəsinin təşəbbüsü ilə böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin büstü paytaxtda onun adını daşıyan 73 saylı Azərbaycan orta məktəbinin binası qarşısında qoyulmuşdur. Xatırladaq ki, M.F.Axundzadənin anadan olmasının 170 illiyi münasibətilə 1982-ci ildə Tbilisidə, Leselidze küçəsində onun büstü qoyulmuş, lakin 90-cı illərin məlum hadisələri zamanı bu büst yoxa çıxmışdı.  


<< Geri