E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

GÖRKƏMLİ ŞƏXSLƏR MƏHƏMMƏD FÜZULİ HAQQINDA


Füzulinin humanizm və ümumbəşəri dəyərlərlə mayalanmış yaradıcılığı bütün bəşəriyyət üçün böyük mənəvi qidadır. Füzuli Azərbaycanın böyük milli sənətkarı olmaqla yanaşı, bütün müsəlman aləminin qəlb şairidir.

*********

“Füzuli mənim tarixim, Füzuli mənim mənliyimdir”

 

Heydər ƏLİYEV,
Azərbaycan xalqının ümummilli lider


“Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarıdır”

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Məhəmməd Füzuli novator şairdir, çünki o özündən əvvəlki şairlərdən və öz dövrünün şairlərindən heç kimi təqlid etməyib. Əksinə, M. Füzulidən sonra gələn şairlərin çoxusu, ələlxüsus Azərbaycan şairləri Füzuliyə peyrövlik edib və Füzulinin nüfuzu xeyli müddət bizim Azərbaycan şairlərinin asari – qələmiyyələrində müşahidə olunacaqdır. Türk dilinə rövnəq verən və onu xaru-xaşakdan təmizləyib bir göyçək və səfalü çəmənə bənzədən Füzuli olubdur.

Firidun bəy Köçərli,

Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi


Füzuli Azərbaycan ədəbiyyatını fars və ərəb girdablarından dartıb çıxartmış və dörd yanını sarmış boşluq içərisində yeni doğulmuş ədəbiyyatı çiyinlərinə almış və yenilməz addımlarla ta yüksəklərə qaldırıb parlaq bir sentimentalizm ədəbiyyatı olmaq üzrə vaxtına təqdim etmişdir. Füzuli öz dühası ilə Azərbaycana parlaq klassik bir ədəbiyyat verdi.

 M. F. Axundov,

İctimai xadim


 

Yalnız Azərbaycanın deyil, bütün türklüyün dahi şairlərindən, Əbü şüəra künyəsini daşıyan Füzulinin dərin bir nüfuzu, böyük bir mürşüdlüyü vardır. Füzuli Şərqin ən böyük liriki, Türk ədəbiyyatının parlaq günəşidir.

M.Ə.Rəsulzadə,

Görkəmli filosof və dövlət xadimi


Ədəbiyyatımızda Füzuli lirikası yüksəkliyinə qalxa bilən ikinci bir şair tanımırıq. Günəş istisinə ehtiyacı olan insanların mənəvi istisi, kolorisi və ehtiyacını ödəyən, onları sözün qüdrəti ilə saflaşdıran, yaşadan dühalar sırasında M.Füzulinin də adının çəkilməsi əbəs deyil.

Mir Cəlal Paşayev,

 Yazıçı


Dahi şairimiz Füzuli Şərqdən doğan günəşə, ondan sonra yetişən şairlər isə Füzuli günəşindən nur alan səyyarələrə bənzəyir. Görünür, elə bu səbəbdəndir ki, bu gün də dünya poeziyasında Füzuli öz mərtəbəsində, öz şöhrət taxtında bərqərardır.

Gibb

 İngilis şərqşünası


Ədəbiyyatımızda Füzuli lirikası yüksəkliyinə qalxa bilən ikinci bir şair tanımırıq. Günəş istisinə ehtiyacı olan insanların mənəvi istisi, kolorisi və ehtiyacını ödəyən, onları sözün qüdrəti ilə saflaşdıran, yaşadan dühalar sırasında M.Füzulinin də adının çəkilməsi əbəs deyil.

Mir Cəlal Paşayev,

Yazıçı


 

O zülmət səltənətində, yalnız qüvvətin hakim olduğu yerdə, nə söz, nə əql, nə də zəka və istedadın heç bir qiymət və əhəmiyyəti olmadığını bildiyi halda Füzuli susmadı. Duyduğunu, gördüyünü söylədi. Qaba və cahil cəmiyyəti incə-incə iylədi. Çirkinliklərini, qabalıqlarını üzlərinə oxudu.

Abdulla Şaiq,

 Şair


Türk dünyasının sivilizasiyaya bəxş etdiyi ən böyük bədii dühalardan biri Məhəmməd Füzulidir. Azərbaycan, Şərq və dünya elmi-nəzəri fikri tarixində “könüllər fatehi”, “qəlb şairi”, “eşq və məhəbbət nəğməkarı” kimi etiraf olunan Füzulinin poeziyası əslində xalis elmi dəyərlərə əsaslanan intelektual poeziyadır.

Yaşar Qarayev

Filologiya elmləri doktoru


XV əsrin sonu XVI əsrin əvvəlləri klassik Azərbaycan ədəbiyyatının çiçəklənmə mərhələsi, qızıl əsridir. Füzuli həmin epoxanın dahi nümayəndəsidir və bu vaxta qədər lirikasının sənətkarlığı baxımından əlçatmaz olaraq qalır.

Ə.Nazim,

tənqidçi


Füzuli diridir, Füzuli şeir dövrünün hazırladığı yeniliyə məğlub olmaz və sarsılmaz bir qüvvədir. Onun məktəbi - ədəbi irsi bizim şairlərin başına girib, bütün əsərlərində bir Füzuli ruhu görünməkdədir.

 Cəlil Məmmədquluzadə,

Yazıçı, dramaturq


Füzuli böyük dahidirki, aşıb-daşıb gələn sellərin önünü aldı, ruhumuzu oxşadı, qonşulara tanıtdırdı, qabiliyyətimizi göstərdi, ədəbiyyatımızı diriltdi.

Salman Mumtaz,

Ədəbiyyatşünas


Məhəmməd Füzuli dahilik rütbeyi-aliüali ilə təltif olunanlardan birisidir. Kürklü, çuxalı sevimli babamız Homer, Firdovsi, Molyer, Şekspir, Nəvai kimi insaniyyət yaşadıqca yaşayacaqlar.

Cabbar Əfəndizadə,

Ədəbiyyatşünas


Füzuli zəmanəsinin ən qabaqcıl mədəni adamı idi. Fəlsəfə və ictimai elmlər sahəsindəki bütün nailiyyətlər ona məlum idi. Onun hər bir obrazında geniş həyati bilik, psixologiya, təbiət hadisələrinin dərin təhlili meydana çıxır.

M.Quliyev,

tənqidçi


<< Geri