Zillət ilə ləzzəti olmaz həyatın, dustilər Nəğdi-can sərf eyləyib dünyadan kam almaq gərək. Əcz ilə dönmək ədudən səhlidir, himmət tutub Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!
Yalan ilə qurulan yuvanın səadəti də yalandır.
Eşq aşiqlər üçün həqiqət yolunu işıqlandırır.
Eşqdir hər iki dünyaya ziynət,
Eşq ilə dolanır bütün təbiət.
Xəlqə ağzın sirrini hərdəm qılır izhar-i söz
Bu nə sirdir ki olur hər ləhzə yoxdan var söz.
Ayaq basdım dəri- ümmidə, sərgərdanlıq əl verdi,
Hünər sƏrriştəsin tutdum, limdə ojdəha gördüm
Füzuli, eșq zövqün zövqı-eşqi var olandan sor.
Getdin o yerə ki, getmək olmaz.
Ey Füzuli, mən qənaət mülkünün sultanıyam Səltənət isbatı əynimdə pəlasi-fəqir bəs.
A
rtıran söz qədrini sidq ilə qədrin artırır.
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz
Gər çox istərsən, Füzuli, izzətin, az et sözü.
Kim çox olmaqdan qılibdır, çox əzizi xar söz.
Sözün, şerin qiyməti onun düzlüyündədir.
Eşq imiş hər nə var aləmdə,
Elm bir qiylü qal imiş ancaq...
Füzuli, eșq zövqün zövqi-eşqi var olandan sor...
Eşq aşiqlər üçün həqiqət yolunu işıqlandırır.
Hər kəs ki lovğadır, onda olmaz hünərdən əsər.
Gər dersə Füzuli ki, «gözəllərdə vəfa var» Aldanma ki, şair sözü, əlbəttə, yalandr.
Şer zövqündən olmayan agah Ohli-nəzmi məzəmmət eyləməsin. Öz cəhlini etiraf etsin Hər kəramətə sehr söyləməsin.
Elmsiz şer Əsasi yox divar olur və əsassiz divar ğayətdə bietibar
olur.
Açılmamaış dəfinədir hər bir canın xəzinəsi,
İnci saçan dilindədir, hər insanın xəzinəsi.
Aləm sədəfində insandan qiymətli bir gövhər görmədim.
Biz bir ruhuq iki bədəndə.
Sözün, şeirin qiyməti onun düzlüyündədir.
Comərdliyə güvənsən də, sadiq sanma sirdaşları,
Paxıllıqdan gör nə etdi, gör Yusifin qardaşları.
Elmsiz şeir təməli olmayan divara bənzər və təməli olmayan divar da
tez yıxılar.
Ey Füzulu, mən qənaət mülkünün sultanıyam,
Səltənət isbatı əynimdə palasi-fəqir bəs.
Dil gülünc etməsin deyə insanı,
İnsan ağzı oımuş dilin zindanı.
Eşq aşiqlər üçün həqiqət yolunu işıqlandırır.
Dünya hər kəsin öz malını satdığı bir bazardır.
Eşqdir hər iki dünyaya ziynət,
Eşq ilə dolanır bütün təbiət.
Eşqsiz məqsədə yetişmək olmaz,
Eşq ilə tapılar düzlük, həqiqət.
Hakim oldur ki, onun olmaya felində riya.
Söz ucaldıb, söz yüksəldib səcdəsində duranı da,
Əzəl sirrin hökmünü də, alqışı da, Quranı da..
Hər kəs ki lovğadır, onda olmaz hünərdən əsər.
Hər cins öz həmcinsinə meyil edər.
İlahi feyzdən bir xəzinədir söz.
Qənaət sahibi olmayan acgözlər bir tikə çörək üçün dövlətlilərin
qapılarındakı köpəklərlə boğuşmalıdır.
Məndən, Füzuli, istəmə əşar-mədhü-zəmm,
Mən aşiqəm, həmişə sözüm aşiqanədir.
Nə qədər ki, meyvə yetişməmişdi, tamsız idi… elə ki, kamil oldu,
ağacla müxalifətə başladı. Bu müxalifət ondakı rəng və qoxu idi.
Meyvədəki rəng və qoxu ağacda yox idi. Əlbəttə ki, meyvənin lətafəti və
gözəlliyi ağacdan artıqdır, o, ağacdan incədir… . Ey ağıllı və nüktəbin
oğul! İndi sən bu sözlərdən məqsədimi başa düş. Həqiqət aləminə yaxşı
baxsan meyvə sənsən, ağac mənəm, dünya bağdır.
Söz mənadan asılıdır, məna sözdən hər zaman,
Bir- birindən asılıdır, necə ki cism ilə can