E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

HEYDƏR ƏLİYEV VƏ MƏHƏMMƏD FÜZULİ


Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin ümumtürk mədəni irsi barədəki çox sahəli təsəvvür, təhlil və mülahizələri böyük bir dövlət xadiminin ictimai-siyasi maraq dairəsi üçün təbii sayılacaq hüdudları aşaraq, cəsarətlə demək olar ki, həmin irsin ümumbəşəri miqyasda tarixi-fəlsəfi dəyərləndirilməsi səviyyəsinə yüksəlməklə keyfiyyətcə yeni missiya müəyyən etmişdir. Hələ sovet hakimiyyəti illərində Azərbaycanın Nizami, Nəsimi,Füzuli, Vaqif, Mirzə Fətəli, Aşıq Ələsgər, Cəlil Məmmədquluzadə, Sabir, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Səməd Vurğun kimi onlarla dahi şəxsiyyətinin həm Azərbaycanda, həm Sovetlər Birliyində, həm də dünyada tanmması məqsədilə bütün imkanlan səfərbər edən Heydər Əliyev müstəqillik dövründə bu imkanları daha da genişləndirməyin mükəmməl təcrübəsini təqdim etməyə nail oldu. Və heç də təsadüfi deyildi ki, Ümummilli Lider milli-mədəni irsin təbliğinə ölkənin düşdüyü acınacaqlı vəziyyətdən çıxarılması uğrunda apanlan gərgin mübarizənin çox mühüm tərkib hissələrindən biri kimi baxırdı. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi üzrə Dövlət Komissiyasının 1 avqust 1994-cü il tarixli iclasında sədr Heydər ƏIiyev deyirdi; "İndi iqtisadi vəziyyət, yaşayışımız, bir sözlə, həyat nə qədər çətin olsa da, biz Məhəmməd Füzulinin yubileyini yüksək səviyyədə keçirməliyik.

...Нәуаtımızm bu keçid dövründə, ağır dövründə, mənəviyyatımızın, mədəniyyətimizin müəyyən dərəcədə sıxıntı keçirdiyi dövrdə belə bir yubileyin təşkili həyatımızı, bəlkə də, zənginləşdirəcəkdir". Ümummilli Lider, əlbəttə, Füzulinin yubileyinin mövcud çətin şəraitə baxmayaraq, yüksək səviyyədə keçirilməsinə bir neçə baxımdan önəm verirdi ki, o şüardan biri də Azərbaycan xalqmm dərin və zəngin tarixl köklərə malik olduğunu inkar edən düşmən qüvvələri susdurmaqdan ibarət idi: "Biz daim çalışmalıyıq ki, Azərbaycan xalqını dünyaya daha yaxından tanıdaq. Bilsinlər ki, xalqımızın çox əsrlik, zəngin tarixi, mədəniyyəti var. Bilsinlər ki, Azərbaycann bugünkü mədəniyyəti dahi şəxsiyyətlərimizin yaradıcılığı və əsrlərdən-əsrlərə keçən mədəniyyətimizə, elmimizə, mənəviyyatımıza əsaslanır". Dövlət müstəqilliyi əldə edildikdən sonra Azərbaycan mədəniyyətinin dünyada tanıdılması işi yeni məna-məzmun kəsb etdi ki, müasir Azərbaycan dövlətçiliyinin qurucusu həmin məsələyə xüsusi diqqət verirdi: "UNESCO Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar qərar qəbul etmişdir. Bildiyimiz kimi, UNESCO һәг il bu qəbildən olan qərarlar qəbul edir. Lakin bu imkandan necə istifadə etmək, şübhəsiz ki, һәг bir ölkənin, xalqın özündən asıhdır... Türk dilli ölkələrdə Füzulinin yubileyinin keçirilməsi də bu tədbirlər sırasına daxildir.

...Ərəblər və farslar Füzulini öz şairləri sayırlar. Türkdilli xalqlar isə hesab edirlər ki, о türkdür. Biz də deyirik ki, Füzuli türk, azərbaycanlıdır. Eyni zamanda bunu türkmən, özbək, qazax, Türkiyədə yaşayan türklər, İraq türkmənləri də deyə bilərlər. Qoy Füzuli hamıya məxsus olsun, tarixə bəşəri bir şəxsiyyət kimi düşsün. Eyni zamanda biz bu yubiley tədbirlərindən istifadə edərək dünyaya bir daha bildirməliyik ki, Füzuli azərbaycanlıdır..." Əlbəttə, sovetlər dövründə türk xalqlannın nəinki ictimai-siyasi, hətta ədəbi-mədəni əlaqələrini belə һәг hansı şəkildə inkişaf etdirmək cəhdlərinə Moskva "pantürkizm" kimi baxdığma görə Türk dünyasınm ortaq mənəvi dəyəriəri barədə "ucadan" danışmaq mümkün deyildi. Və bu, olduqca anti-tarixi (və eyni zamanda anti-metodoloji!) təsəvvürlərin yaranmasma rəvac vermişdi ki, onlardan ən асınacaqlısı həmin ortaq dəyərləri türk xalqlan arasmda "bölüşdürmək", һәг bir ədəbi şəxsiyyət və ya abidəyə rəsmi bir "sahib" elan edib, digərlərini kənarlaşdırmaq idi. Müstəqilliyin mənəvi sahədəki bəhrəsi həm də o oldu ki, ortaq dəyərlərə ortaq miras kimi yanaşılmağa başlandı. Dahi şaіг-mütəfəkkirin ynbileyinin, ilk növbədə, hansı ölkələrdə keçirilməsinin zəruriliyinə gəldikdə, Heydər Əliyev bildirmişdi: 'Türkiyədə tədbirlərin keçirilməsi məsələsi məni xüsusi maraqlandınr... Çünki Türkiyədə Füzulirıi elə Azərbaycandakı qədər tanyırlar... Füzulinin yubileyinin İranda - Tehranda və Təbrizdə keçirilməsi də çox mühümdür. Orta Asiya dövlətlərində, Qazaxıstanda, Tatanstanda, Başqırdıstanda da belə tədbirlərin keçirilməsi gərəklidir". 1994-cü il noyabr ayının 1-də Türkiyənin Bilkənd Universitetində, 2-sində isə Böyük Millət Mədismdə keçirilən Füzuli yubileyləri bütün Türk dünyasmda əks-səda verdi. və H.ƏIiyev həmm tədbirlərdəki çıxışlannda dahi şairin zəngin irsi barədə mükəmməl analitik təhlil verməklə yanaşı, türk xalqlarınm mənəvi birliyinin nümayişi üçün bu irsin nə qədər mötəbər mənbə olduğımu dönə-dönə vurğulamışdı. O, Bilkənd Universitetindəki çıxışmda demişdi: "Xalqlanmız çoxəsrlik tarixi әгzində böyük sınaqlardan keçmiş, böyük çətinliklərlə rastlaşmış, öz milliliyini, mənəviyyatını, dilini, dinini yaşatmış, saxlamış və bugünkü xoşbəxt günlərə gətirib çıxamuşlar. Bizim xalqlarımız dünya mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etmiş, dimya sivilizasiyasını elm, mədəniyyət sahəsində dəyərli əsərləriə zənginləşdirmişlər. Bu sırada, xalqlanmızın böyük şəxsiyyətləri sırasmda Məhəmməd Füzulinin xüsusi yeri var". Böyük Millət Məclisindəki çıxışmda isə Ümummilli Lider özünün növbəti tarixi sözlərindən birini söyləmişdi:

 "Füzuli keçmişdə də türkləri birləşdirən bir şəxsiyyət olub. Amma indi, XX əsrdə Türk dünyası parçalanmış olduğu bir halda, Türk dünyasma mənsub ölkələrin, demək olar ki, tam əksəriyyəti (bir Türkiyədən savayı) onların həyatına, tarixinə, adət-ənənələrinə uyğun olmayan rejimlər içərisində yaşayan vaxtda Füzuli bizi yaşadıb bu günlərə gətiribdir. Bu gün biz həm Azərbaycanda, həm Füzulmin doğulduğu yerdə  Kərbəlada, Bağdadda, həm Ankarada, Türkiyədə Füzulinin 500 ilHyini qeyd edərkən arhq keçmişdəki kimi parçalanmış vəziyyətdə deyilik. Indi böyük Türkiyə Cümhuriyyətinin yanında digər türk cümhuriyyətləri də vardır". 1996-cı іl 23 iyulunda Məhəmməd Füzulinin 500 illik yubileyi üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilir və həmin iclasda komissiya sədrinin müavini Elçin Əfəndiyev 1994-cü ilin avqust aymdan bəri görülən işlər barədə məlumat verdikdən sonra Heydər Əliyev yekun sözü söyləyərək deyir:

"Füzulini ən əvvəl öz ölkəmizdə daim təbliğ etmək lazımdır. Bizim xalqımız, xüsusən gənc nəsil, yeni həyata qədəm qoyanlar Füzulini nə qədər çox oxusalar, dərk etsələr, onun yaradıcılığı ilə yaxından tanış olsalar, Füzuli şəxsiyyətinin böyüklüyünü hiss etsələr, adamlarımız bir о qədər saf mənəviyyat istiqamətində yaşayacaq və həyatlarını da bu ruhda quracaqlar. Çünki Füzulinin həyatı da, bütün yaradıcıhğı da həm yüksək mənəviyyat, həm yüksək fəlsəfədir, həm də insanlara mənəvi, estetik qida verən böyük bir mənbədir". Bunlan nəzərə alan böyük dövlət xadimi Füzuli kimi dühaların yubileylərini keçirərkən tələsməməyi məsləhət görür. Нәг şeydən əvvəl, ona görə ki bu cür yubileylər cəmiyyətin həmin düha haqqındakı təsəvvürlərini daha da genişləndirməli, yanlış qənaətləri aradan qaldırmalı, ictimai- şüurun, milli- mənəvi təfəkkürün sağlamlaşmasına, inkişafına və klassikanm müasirləşməsinə təkan verməlidir. Digər tərəfdən, Ulu Öndər deyir: "Biz millətimizdən danışarkən deyirik ki, 500 il bundan öncə yaşamış azərbaycanlı Füzuli dünya mədəniyyət xəzinəsinə öz böyük töhfələrini veribdir. Ona görə də biz yubileyi elə keçirməliyik ki, bu tədbir təkcə Azərbaycanda deyil, Türkiyədə də, İranda da, İraqda da, Moskvada da, Dərbənddə də, bir sözlə, һәг уегdə böyük iftixar hissi doğursun". Əlbəttə, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda hələ sovet dövründə çox yubileylər keçirilmiş, Azərbaycan mədəniyyətinin keçmiş Sovetlər Birliyl eləcə də dünya miqyasında tanıdılmasmda kifayət qədər böyük təcrübə qazanılmışdı. Lakin Füzulinin 500 illik yubileyi müstəqillik illərində keçirilən ilk iri miqyaslı yubiley olduğundan dövlət səviyyəsində məsləhətləşmələrə ehtiyac var idi. Tamamilə təbiidir ki, həmin məsləhətləşmələrdə türk dövlətlərinin о qədər zəngin olmayan təcrübələrinə daha çox istinad edilirdi. və Dövlət Komissiyasının iclasında sədr deyir: "Bilirəm ki, məsələn, keçən il avqust ayının sonunda biz Qırğızıstanm paytaxtı Bişkekə yakuz "Manas" dastanmm min illik yubileyinə deyil, həm də türk cümhuriyyətləri dövlət başçılanmn Zirvə görüşünə toplaşmışdıq. Xatirimdədir, о vaxt belə bir qərar qəbul olundu ki, türk ölkələri dövlət başçılarnın növbəti Zirvə görüşü bu ilin oktyabırında Daşkənddə keçirilsin. Düzdür, görüşün günü müəyyənləşdirilmədi. Özbəkistan Prezidenti cənab İslam Kerimov burada olarkən dedi ki, onlar Əmir Teymurun 670 illiyinə hazırlaşırlar.

 ...Mən belə başa düşürəm ki, ola bilər, onlar həmin Zirvə görüşünü Əmir Teymurun yubileyi ilə bir vaxta salsınlar. Bişkekdə "Маnas"ın yubileyində olduğu kimi". Bu isə о deməkdir ki, ümumtürk mədəni-mənəvi məkanı öz reallığın müstəqilliyin ilk illərindən başlayaraq bütün ciddiliyi, zəruriliyi və qədim dövrlərdən gələn tarixi məntiqi (və təbii metafizikası) ilə diktə etməkdə idi. Artıq Azərbaycan mədəni irsinin dünyada təbliği ümmntürk miqyaslı ргоsedurlardan keçirdi: "

...Füzulinin yubileyinə türkdilli ölkələrdən, şübhəsiz, daha çox nümayəndə gələcəkdir. Bu məsəİəni də nəzərdən qaçırmaq olmaz. Burada Anar təklif verdi ki, bizdə türkdilli ölkələrin yazıçıiarmm qurultayı keçirilsin. Mən bu təklifi qəbul edirəm... Belə bir qurultayı Azərbaycanda keçirmək lazımdır. Özü də mütləq... Onu Füzulinin yubileyi ilə eyni vaxta salmaq məqsədəuyğundur. Çünki əgər biz yazıçüarın qurultaymı keçiririksə, ən böyük yazıçımız, hamı üçün ən böyük yazıçı Füzulidir... Polad Bülbüloğlu burada о vaxt TÜRKSOY məclisinin də keçirilməsmi təklif edir. Bəlkə, bu da yaxşı olardı. Amma bir az düşünün, bunlarm hamısı eyni vaxta düşsə, tədbirlər çox və yorucu olar. Bu barədə düşünmək lazımdır.

...Əgərbiz о yazıçılar qumltaymı keçiririksə, deməli, biz onu bütün türkdilli ölkələrlə razılaşdırdıqdan sonra keçirməliyik". Geniş müzakirələrdən, müəyyən çətinliklərə baxmayaraq, görülən gərgin hazırhq işlərindən sonra 1996-cı іl noyabr aymın 8-də Bakıda Respublika Sarayında Füzulinin 500 illik yubileyi münasibətilə təntənəli gecə keçirildi. Azərbaycan Xalqının Umummilli Lideri həmin gecədəki nitqində dünyanm bir çox ölkələrindən respublikamıza təşrif buyurmuş nümayəndə heyətlərinə, dövlət xadimlərinə, ictimai xadimlərə, elm və mədəniyyət xadimlərinə təşəkkür və minnətdarlığırn ifadə etdikdən sonra bildirdi:

"Füzulinin yubileyi təkcə Azərbaycanda yox, dünyamn bir çox ölkələrində təntənəli surətdə keçirilibdir. Türkiyədə - Ankarada, Rusiyada - Moskvada, İraqda - Bağdadda, Kərbəlada, Kərkükdə, İranda - Tehranda, Gürcüstanda, Qazaxıstanda, Ozbəkistanda, Dağıstanda - Dərbənddə, Mahaçqalada, Parisdə - UNESCO-nun Baş Qərargahmda Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar təntənəli mərasimlər keçirilib. Məhəmməd Füzulinin yaradıalığı, onun irsi geniş təbliğ olunub və bütün dünyaya çatdmlıbdır". Azərbaycan Xalqının Ümummilli Lideri xüsusi olaraq bunlan da qeyd etdi: "Türk Dünyası Yazıçılarının III qurultaymda Məhəmməd Füzulinin yaradıcılığı və onun 500 illik yubileyi diqqət mərkəzində olmuşdur. Türkdilli dövlətlərin beynəlxalq TÜRKSOY təşkilatının VIII toplantısında Məhəmnıəd Füzulinin yaradıcıhğı, onun irsi diqqət mərkəzində olmuşdur. Bakıda beynəlxalq simpozium keçirilmişdir.

...Məhəmməd Füzuli Azərbaycan xalqıran böyük şairi, alimi, filosofu olaraq eyni zamanda bütün türkdilli, türksoylu xalqlara, bütün türk. islam dünyasına mənsubdur". Heydər Əliyev Füzulini həm Azərbaycan xalqının, həm də ümumən türk-müsəlman xalqlannm dünya ədəbiyyatına, elminə, mədəniyyətinə, ictimai-fəlsəfi fikrinə bəxş etdiyi son dərəcə nəhəng simalardan biri kimi səciyyələndirməkdə tamamilə haqlı idi: "Məhəmməd Füzuli öz yaşadığı dövrdən əvvəllki dövrü geniş təhlil etmiş və həm Şərqin ona qədər yaratdıqlarını, həm də qədim yunan, rum antik ədəbiyyatının, qədim hind ədəbiyyatının nümunələrini öz əsərlərində cəmləyərək yaradıcılığında Şərqin və Qərbin sintezinin nəticəsi olaraq elmin, fəlsəfənin ən yüksək zirvələrinə çatmışdır". Ümumiyyətiə, xalqm milli- mənəvi özünəməxsusluğunun (və özgürlüyünün!) ən mühüm göstəricilərindən biri (bəlkə də, birincisi) olan dil məsələsinə çox həssas yanaşan (və bu həssaslığı bütün rnəlum siyasi-ideoloji qadağalara baxmayaraq, sovet dövründə də dövlət səviyyəsində nümayiş etdirməkdən çəkinməyən) Heydər Əliyevin öz nitqində Füzulinin tarixi dil missiyası üzərində ayrıca dayanması bir çox mətləblərə işıq salır: "Məhəmməd Füzuli о dövrdə hakim olan ərəb və fars dillərində yazmışdır. Ancaq bizim üçün ən əhəmiyyətli cəhət bundan ibarətdir ki, Məhəmməd Füzuli əsərlərinin çox hissəsini türk dilində. bugünkü Azərbaycan dilində yazmışdır. Bu, Məhəmməd Füzulini ondan əvvəl və sonra yaşamış, yaratmış və xalqımıza məxsus olan bir sıra şairlərdən, alimlərdən fərqləndirən amildir. Biz Füzulinin "Leyli və Məcnun" poemasını, onun türk dilində yazdığı divanını bu gün də dilimizdə rahat oxuyuruq, anlayırıq. Beləliklə, Məhəmməd Füzulinin ən böyük xidmətlərindən biri də öz dövrünün və ondan sonrakı dövrün mürəkkəb proseslərinə baxmayaraq, türk dilini, ana dilini yaşatmasından, onu yüksəklərə qaldırmasından ibarətdir". Əlbəttə, bütün türk xalqlarınm ümumi mənəvi sərvəti olan türkcənin orta əsrlərin sonlarından başlayan diferensiasiya prosesində Füzuli dilinin yeri o dərəcədə müstəsnadır ki, sinxron mükəmməlliyi ilə yanaşı, türk dilinin (və dillərinin) həm keçmişi (retrospektivi), həm də gələcəyi (prespektivi) barədəki elmi- metodoloji təsəvvürləri bu baxımdan ona ən yaxın olan Nəvai də daxil olmaqla türkcənin һәг bir dil dühasmdan daha adekvat, daha sistemli şəkildə təqdim edir... Dahi Azərbaycan şairi və mütəfəkkiri Füzulinin 500 illik yubiley təntənələri 1996-cı il noyabr aymın 8-də Bakıda "Gülüstan" sarayında keçirilən rəsmi qəbulla başa çatdı ki, həmin qəbulda H.Əliyev üç il davam edən yubiley təntənələrinin çox böyük əhəmiyyətindən bəhs etdikdən sonra öz nitqini belə yekunlaşdırdı: "Əmin ola bilərsiniz ki, Azərbaycan xalqı dostluğa, əməkdaşlığa bundan sonra da sadiq olacaqdır. Əmin edirəm ki, müstəqil, demokratik Azərbaycan Respublikasında birlik, həmrəylik, dostluq, mehribanlıq üçün bundan sonra da gərəkli addımlar atılacaqdır. Bunlarm hamısım bizə böyük Füzuli vəsiyyət edibdir. Bunlar hamısı Füzuli yubileyindən çıxardığımız nəticələrdir". Heç şübhəsiz, Ümummilli Liderin haqqında bəhs etdiyi nəticələr, ilk növbədə, aşağıdakılardan ibarətdir:

1) һәг bir türk xalqı həm ortaq (ümumtürk), həm də öz milli-mədəni irsinə sahib çıxmalı, həmin irsin özünəməxsus zəngin dəyərləri üzərində inkişaf edib yüksəlməlidir;

2) һәг bir türk xalqı öz etnik-mənəvi köklərinə, digər türk xalqlan ilə qarşılıqlı mədəni əlaqələrə həmişə açıq olmalıdır;

3) һәг bir türk xalqmm, eləcə də bütövlükdə Türk dünyasının mədəniyyəti ümumdünya mədəniyyətinin üzvi tərkib hissəsidir...

Nizami Cəfərov
Azərbaycanda Atatürk Mərkəzinin direktoru,
akademik, millət vəkili


<< Geri