1494 |
·
Füzuli - Məhəmməd ibn Süleyman və ya Molla Məhəmməd Bağdadi Bağdadın yaxınlığında
yerləşən Kərbəla şəhərində anadan olmuşdur. |
1514 |
·
Bağdadın Səfəvi valisi İbrahim xan Mosullunun himayəsində olmuşdur. |
1524 |
· Azərbaycan dilində “Bəngü Badə” allegorik və satirik əsərini yazmışdır. |
1527 |
· Mosullu öldürüldükdən sonra Füzuli Hillə və ya Nəcəfə köçmüşdür. |
1537 |
· “Leyli və Məcnun” liro-epik poemasını yazmışdır.
|
1543 |
· Oğlu Fəzli anadan olmuşdur. |
1556 |
· Bağdadda yayılmış taun epidemiyası
nəticəsində vəfat etmişdir.
|
1569-1572 |
·
Səidi təxəllüsü ilə məşhur olan Mahmud ibn Davud Ulanyavi
tərəfindən Füzulinin türkcə (azərbaycanca) “Divan”ının üzü
köçürülmüşdür.
|
1589-1590 |
·
Füzuli əlyazmalarının ən qədimi sayılan Füzuli külliyyatı
yazılmışdır və Sankt-Peterburq Şərqşünaslıq İnstitutunda
saxlanılır. |
1828 |
·
Füzulinin “Divan”ı Təbrizdə daşbasma
üsulu ilə çap olunmuşdur |
1907 |
·
Bəstəkar Üzeyir Hacıbəyov Füzulinin Leyli və Məcnun əsəri
əsasında eyniadlı opera yazmışdır |
1914 |
·
Xalq rəssamı Əzim Əzimzadə Füzulinin portretini
yaratmışdır.
|
1924 |
·
“Müsəhhəhi-külliyyati-divani-Füzuli” M.F. Köprülüzadənin
müqəddiməsi ilə çap olunmuşdur |
1936 |
·
“Söhbətül-əsmar”
əsəri türkoloq Qunnar Carrinq tərəfindən “Meyvələrin yarışı” ("The
Contest of the Fruits") adı ilə tərcümə edilmişdir. |
1944 |
·
Füzulinin türkcə “Divan”ının ilk elmi-tənqidi mətni akademik
Həmid Araslı tərəfindən nəşr olunmuşdur.
|
1948 |
·
Ədəbiyyatşünas, tərcüməçi Əbdülbaqi Gölpınarlı
Füzulinin türkcə “Divan”ının elmi-tənqidi mətnini hazırlamışdır. |
1950 |
·
Ədəbiyyatşünas Əli Nihad Tərlan Füzulinin türkcə “Divan”ının
elmi-tənqidi mətnini hazırlamışdır.
|
1958 |
|
|
|
|
1958-1963 |
·
Heykəltaraşlar Tokay Məmmədov, Ömər Eldarov və memar Hacı
Muxtarov Füzulinin heykəlini hazırlamışlar |
1959 |
|
|
|
|
|
|
|
1960-1970 |
·
Xalq rəssamı Səttar Bəhlulzadə “Füzuli” adlı qrafika əsərləri
yaratmışdır
|
1961 |
·
Məhəmməd Füzulinin eyniadlı əsərinin motivləri əsasında “Leyli
və Məcnun” filmi çəkilmişdir.
|
1963 |
·
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə qranit
postament üzərində ucaldılan Məhəmməd Füzuli abidəsinin açılışı
olmuşdur.
|
1965 |
·
Heykəltaraş Elcan Şamilov Füzulinin portret heykəlini
hazırlamışdır
|
1970 |
·
“Leyli və Məcnun” əsəri Londonda “Leyla and Mejnun” adı ilə
yazıçı-tərcüməçi Sufi Huri tərəfindən tərcümə edilmişdir.
|
1972 |
·
Xalçaçı rəssam Lətif Kərimovun eskizi əsasında Füzulinin portret-xalçası
toxunmuşdur.
|
1993 |
·
Bəstəkar Ramiz Mustafayev “Füzuli” vokal-simfonik poemasını
bəstələmişdir.
|
1994 |
|
|
|
|
|
|
1995 |
·
Türkiyə YUNESKO-nun himayəsi altında Füzulinin anadan
olmasının 500 illiyini qeyd etmişdir
|
1996 |
|
|
|
|
|
|
2002 |
·
Ədəbiyyatşünas Aydın Abıyevin “Füzuli və Türkiyə
poeziyası” monoqrafiyası nəşr edilmişdir.
|
2004 |
·
Yazıçı Oqtay Salamzadənin Füzuliyə həsr olunmuş “Sevgi iztirabı”
adlı ikihissəli tarixi romanı çapdan çıxmışdır.
|
2005 |
|
|
2008 |
·
Professor Şəfəq Əlibəylinin “Füzulinin farsca divanı:
linqvo-poetik özəlliklər” kitabı çapdan çıxmışdır.
|
2013 |
·
Filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz
Cümşüdlünün “Füzulinin ərəbcə poetik irsi” kitabı çapdan
çıxmışdır.
|
2014 |
·
Füzulinin
anadan olmasının 520 illiyi münasibətilə Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin təşkilatçılığı ilə M.Ə. Sabir adına kütləvi
kitabxanada tədbir keçirilmişdir.
|
2017 |
·
Məhəmməd Füzulinin türkcə (azərbaycanca) “Divan”ının
əlyazmasının surəti “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil
edilmişdir.
|
2018 |
·
Ədəbiyyatşünas
alim Mir Cəlal Paşayevin müəllifi olduğu, Məhəmməd Füzuli
yaradıcılığından bəhs edən “Füzulinin poetik xüsusiyyətləri”
adlı elmi əsər şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə
tərcümə olunaraq çap edilmişdir
|
2019 |
|
|
2021 |
|
|
2024 |
|
|
|
|
|