1915 |
Rus-Azərbaycan məktəbinə daxil olmuşdur. |
1926 |
Əruz vəznində yazdığı ilk “Ölkəm” şeiri “Gənc işçi” qəzetinin 9 may tarixli nömrəsində dərc olunmuşdur; |
Orta məktəbi başa vurmuşdur. |
1927-1928 |
V.İ.Lenin adına Azərbaycan Dövlət Universitetinin dil və ədəbiyat şöbəsinə daxil olmuşdur. |
1930 |
“Küləklər” adlı ilk kitabı çapdan çıxmışdır. |
1931 |
Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat şöbəsini bitirmişdir. |
Dilbər Axundzadə ilə ailə həyatı qurmuşdur. |
1932 |
“Günün səsləri”; “Vuruşmalar”; “Pambıq”; “Bir may”; “Buruqlar arasında” kitabları nəşr olunmuşdur. |
1934 |
Yeni yaradılmış Azərbaycan Yazıçılar İttifaqına (indiki AYB) üzv seçilmişdir. |
1935 |
“Kəndli və ilan” və “Qaya” kitabları çapdan çıxmışdır. |
1936 |
“Səhər” poeması Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyi münasibətilə keçirilən müsabiqədə “Yeddi yaxşı ədəbi əsər” mükafatına layiq görülmüşdür. |
1937 |
İyun ayının 3-də tarixində əksinqilabi-millətçilik fəaliyyətinə görə repressiya olunmuşdur.
Noyabr ayının 2-də XDİK-in 00486 №-li əmrinə əsasən əksinqilabi-millətçilik fəaliyyətinə görə həbs edilmişdir. |
1938 |
Yanvar ayının 6-da əksinqilabi-millətçilik fəaliy¬yə¬¬-tinə görə güllələnməyə məhkum edilmişdir. |
1968 |
Heykəltəraş Münəvvər Rzayeva və memar Şəfiqə Rzayeva tərəfindən Mikayıl Müşfiqin abidəsi işlənib hazırlanmışdır. |
1970 |
İyun ayının 9-da Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti və N.Nərimanov küçələrinin kəsişməsində abidəsinin açılışı olmuşdur. |
1977 |
Adının ədədiləşdirilməsi məqsədilə Xəzər Gəmiçiliyi İdarəsi tərəfindən “Mikayıl Müşfiq” quru yük gəmisi suya buraxılmışdır. |
1988 |
Aprel ayının 20-də Azərbaycan Respublikası Ali Sovetinin 1096-XI saylı fərmanı ilə Müşfiqabad - yeni şəhər tipli qəsəbə yaradılmışdır; |
80 illik yubileyi çərcivəsində Tofiq Novruzovun, Cabir Novruzun, Aydın Zeynalovun, Nəbi Xəzrinin təşəbbüsü ilə Xızı rayonunun Sayadlar kəndində şairin atası Əbdülqədirin bağ evinin yerində “Mikayıl Müşfiq ocağı” – yaradılmışdır. Muzeydə şairə simvolik məzar qoyulmuşdur. |
1989 |
Sayadlar kəndində xeyriyyəçi polkovnik Əbülhəsən Əhmədovun şəxsi təşəbbüsü ilə büstü qoyulmuşdur (memar Münəvvər Rzayeva). |
Xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda ya-şadığı binaya (S.Rəhimov küçəsi, 108) xatirə lövhəsi vurulmuşdur. |
1993 |
Qaradağ rayonunda şairin adını daşıyan qəsəbədə abidəsinin açılışı olmuşdur |
1998 |
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Mikayıl Müşfiqin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. |
2004 |
Mədəniyyət Nazirliyinin sərəncamı ilə Xızıdakı “Mikayıl Müşfiq ocağı” “Mikayıl Müşfiq xatirə muzeyi” statusu almışdır. |
2005 |
"Müşfiqli günlərim" kitabının son genişləndirilmiş nəşri "Gənclik" nəşriyyatında işıq üzü görmüşdür. |
2007 |
16 apreldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mikayıl Müşfiqin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. |
2008 |
İyun ayının 23-də 100 illik yubileyi ilə əlaqədar Xızı rayonunun Sayadlar kəndində şairin yeni bərpa olunmuş evinin tətənəli açılışı olmuşdur. |
Qaradağ Rayon İcra Hakimiyyətinin və “Müşfiqsevərlər” Cəmiyyətinin təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Mikayil Müşfiqin 100 illik yubileyi təntənə ilə qeyd edilmişdir. |
Anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” birliyi marka buraxmışdır. |
2018 |
May ayının 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. |