E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


 

Ünvan: Ş. Qurbanov küçəsi 6/10

Telefon: 594-50-31

Email: 18mekteb@baku.edu.gov.az

Böyük Azərbaycan şairi Mikayıl Müşfiqin adını daşıyan 18 №li məktəbin 100-dən artıq yaşı var. Məktəbin tutumu əvvəllər 1236 şagirdlik, 2012-ci ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yenidənqurma işləri aparıldıqdan sonra 1503 nəfərlik olmuşdur. Hazırda məktəbdə 1659 şagird təhsil alır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 155 müəllim məşğul olur. 2008/2009-cu illərdə Resbublikanın Prezidenti İlham Əliyevin sərəncamı əsasında “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur.

Məktəbin dünəni:1997-ci il sentyabrin 1-də ulu öndərimiz Heydər Əliyev cənabları məktəbdə keçirilən “Bilik günü”ndə iştirak etmişdir. 70-ci illərdə məktəbdə tanınmış pedaqoq, kimyaçı, Respublikanın Əməkdar müəllimi Mustafa Salamov fəaliyyət göstərmiş, məktəbdə onun rəhbərliyi ilə çox zəngin kimya kabineti yaradılmışdır. 1999-cu ildə məktəb Dünya Bankının ekspert qrupu tərəfindən “Pilot” məktəblər sırasına daxil edilmişdir. Məktəb 1999-cu ildə “İlin yaradıcı fəaliyyəti ilə fərqlənən” ən yaxşı təlim-tərbiyə müəssisəsi kimi II yerə, 2002-ci ildə isə I yerə layiq görülmüşdür. 2008-2009-cu tədris ilində Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında keçirilən “İlin ən yaxşı məktəbi müsabiqəsinin qalibi olmuşdur.

Məktəbin bu günü: Təhsilin humanistləşdirilməsi, diferensiallaşdırılması, fərdiləşdirilməsi, şagirdlərin təlim-tərbiyə prosesinin bərabərhüquqlu subyekti kimi qəbul olunması, təlim prosesinin onun meyl, maraq və potensial imkanları əsasında qurulması, müəllim-şagird münasibətlərinin pedaqoji əməkdaşlıq şəraitində qurulması, müasir təlim metodları və yeni texnologiyaların tərbiqi təhsilin keyfiyyət probleminin ön plana çəkilməsi, təhsil müəssisəsi fəaliyyətinin qiymətləndirilməsi məktəbin qarşısında həlli vacib olan məsələdir. Məktəbin əsas devizi: “Məktəb şagirdin dostudur” 2012-ci il sentyabrın 15-də Bilik günündə Ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev cənabları məktəbdə olmuş, şagird və müəllimlərlə görüşmüş, onlara öz tövsiyyələrini vermişdir.

Məktəbin sabahı: Məktəbin demokratikləşdirilməsi tam başa çatmalıdır, uşaq hüquqlarının tədrisi ilə bağlı “ UNİCEF-in ümidli gələcək gənclər təşkilatı”nın Valideyn-Müəlim Assosiasiyası layihəsi, Tolerantlıq layihəsi, alman diinin mükəmməl öyrədilməsi üçün 2009-cu il Almaniyanın Höte İnstitutu ilə imzalanmış portnyor layihəsi ilə əlaqədar görülən işlər daha da genişləndirilməlidir.

Məktəbdə tərbiyə işi 3 konsepsiya əsasında həyata keçirilir. 1-ci tərbiyəvi konsepsiya - “Müşfiq günləri”, 2-ci tərbiyəvi konsepsiya – “Tarixi unutmağa haqqımız yoxdur”, 3-cü tərbiyəvi konsepsiya isə - “Xatirələr sorağında” adlı görüşün keçirilməsidir.


<< Geri