Mikayıl Müşfiq muzeyi - “Müşfiq ocağı” Xızının Sayadlar kəndində yerləşir. Mikayıl Müşfiq adına xatirə muzeyi 1988-ci ildə bir qrup Müşfiqsevər insan tərəfindən yaradılıb. Polis-polkovniki Əbülhəsən Əhmədov, Tofiq Novruzov, Aydın Zeynalov, Cabir Novruz, Nəbi Xəzri kimi insanların təşəbbüsü ilə Müşfiqin 80 illik yubileyindən sonra Müşfiq ocağının yaradılması qərarına gəlinib.
2004-cü ilin 15 sentyabr tarixində bina Mikayıl Müşfiqin Xatirə muzeyi statusunu alıb.
Xızı rayon Mədəniyyət və Turizm Şöbəsinin balansındadır. Muzey 1mərtəbəli olmaqla 1 otaqdan ibarətdir.Muzeyin sahəsi 55 m 2 -dir.2006- cı ildən muzey statusu alaraq 8 nəfər işçi ilə fəaliyyətə başlamışdır.
Muzeyin həyətində nakam şairin büstü qoyulmuşdur. Abidə Əməkdar incəsənət xadimi, heykəltaraş Münəvvər Rzayevanın esgizləri əsasinda ucaldılmışdir (1990) .
Muzeyi həyətyanı sahəsində kitaba abidə qoyulmuşdur.
Muzeydə eksponatların sayı:221 ədəd olmaqla 1 büst ,43 fotoşəkil, 177-i isə şairin sənədlərindən ibarətdir.Muzeyin fəaliyyəti M.Müşfiqin həyat və yaradıcılığı haqqında olan yazıları, şəkilləri qoruyub saxlamaqdır. Eyni zamanda yerli və xarici turistləri şair haqqında, muzey haqqında məlumatlarla tanış etməkdir.
|