Vaqif — Bəstəkar Ramiz Mustafayevin Səməd Vurğunun eyniadlı
dramı əsasında yazdığı opera. Librettonun müəllifi Firudin
Mehdiyevdir. 1960-cı ilin 23 iyununda «Vaqif» operasının
Azərbaycan Dövlət Akademik opera və balet teatrında ilk tamaşası
oldu. Bəstəkar müxtəlif dövrlərdə operanı bir neçə dəfə redaktə
edərək onu daha da təkmilləşdirmişdir. Bu səhnə əsəri iki il
sonra Moskvada bəstəkarların Ümumittifaq müsabiqəsində laureat
adına layıq görüldü.
Bəstəkarın etiraf etdiyi kimi, Səməd Vurğun poeziyası və dram
əsərləri onu həmişə cəlb etmişdir. O, hətta «Vaqif» dramında
Əlibəy rolunun ifaçısı da olmuşdur. Bu barədə söz düşəndə R.
Mustafayev belə deyirdi:
«Bir
tamaşada görkəmli aktyorumuz Ismayıl Dağıstanlı nə üçünsə də
gəlmədiyindən rejissor Əlibəy rolunda çıxış etməyi mənə tapşırdı.
Əvvəl mən bu rolda oynamağa tərəddüd etdim. Doğrusu, bu mürəkkəb
obrazın öhdəsindən gələcəyimə inanmırdım. Lakin recissor və
mənim həmkarlarım məni ruhlandırıb həvəsə gətirdilər. Razılaşdım
… «Vaqif» dramı ilə mən ilk dəfə belə qaynayıb qarışdım. Elə o
vaxtlar fikirləşdim ki, bu əsəri operaya çevirmək gözəl olar».
Bəli, bəstəkarın arzuları gerçəkləndi. 1960-cı ilin 23 iyununda
«Vaqif» operasının Azərbaycan Dövlət Akademik opera və balet
teatrında ilk tamaşası oldu. Bu səhnə əsəri iki il sonra
Moskvada bəstəkarların Ümumittifaq müsabiqəsində laureat adına
layıq görüldü. Librettonun müəllifi, respublikanın əməkdar
artisti, müğənni Firudin Mehdiyev öz yaradıcılıq işi haqqında
deyirdi:
«Mən
libretto üzərində işlərkən çalışmışam ki, «Vaqif» dramında olan
ana xəttdən kənara çıxmayım, istər şəxsi həyatında, istərsə də
xalqın səadəti üçün apardığı mübarizə səhnələrində Vaqif
obrazının dolğunluğunu saxlayım. Illərdən bəri səhnəmizdən
düşməyən «Vaqif» operası özünün bal kimi musiqi rüşeymlərini
xalqımın qəlbinə atmış və onu ovsunlamışdır.»
F.
Mehdiyev «Vaqif»də şah Qacarın obrazını uzun illər yaratmışdır.
Görkəmli müğənni Lütfiyar İmanov «Vaqif» operasında əsas obraz
olan Vaqifin rolunu oynayıb. O, bu obrazı belə səciyyələndirirdi:
«Vaqif»
operasında sevimli şairimizin obrazı üzərində işləmək mənə nəsib
oldu. O vaxtdan artıq 40 il keçir. Bu müddət ərzində mən bu
obrazı hərtərəfli mənimsəmiş, onun üzərində necə deyərlər, «zərgərlik
işi» aparmışam. Və hər dəfə «Vaqif» operasında çıxış etmək mənə
xoş tə’sir bağışlayır».