XVIII əsr Şəkidə TÜRKSOY
Mədəniyyət Nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirilib.
TÜRKSOY-un saytına istinadən verdiyi məlumata görə, iclas zamanı
2017-ci ilin “Molla Pənah Vaqif ili” olması barədə qərar qəbul
olunub. Bu qərar Azərbaycan şairinin gələn il qeyd olunacaq 300 illik
yubileyi ilə əlaqədar qəbul olunub. Molla Pənah Vaqif Azərbaycan
ədəbiyyatı tarixində ana dilli şeirmizin yenidən canlanması yönündə
möhtəşəm əməyi olan söz ustadlarımızdan biri sayılır. Onu həm
Azərbaycanda, həm də Türkmənistanda milli intibah ədəbiyyatımızın banisi
sayırlar. Məhz Molla Pənah Vaqifin ədəbi isrimizə gətirdiyi yenilik
sayəsində fars-ərəb dilli ədəbi baxışlar da tədricən yoxa çıxıb.
Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi, TÜRKSOY təşkilatı, Türk Mədəniyyəti və İrsi Fondu və
Azərbaycan Milli Kitabxanası “Molla Pənah Vaqif ili”-nin açılışı mart
ayının 2-də TÜRKSOY-un qərargahında və mart ayının 3-də Sakarya
Bələdiyyəsində kitab sərgisi və konfrans keçirməklə reallaşdırılmışdır.
2017-ci il “Molla
Pənah Vaqif ili”-nin açılışı - Albom
|