Məhəmmədşəfi
Kərbalayi Sadıq oğlu (Mirzə Şəfi ) 1794-cü ildə Gəncə
şəhərində anadan olmuşdur |
|
-
İlk təhsilini Gəncə şəhərində Şah Abbas məscidi yanında
mədrəsədə almış, ərəb və fars dillərini mükəmməl öyrənmiş,
xəttatlıq sənətinə yiyələnmişdir. |
1804 |
-
Gəncə məscidində müxtəlif kitabların üzünü köçürməklə məşğul
olmuş və bu zamandan “Mirzə” ləqəbini daşımağa başlamışdır. |
1820 |
-
Şərqin panteist, sufi-fəlsəfi görüşləri ilə maraqlanan Hacı
Abdulla adlı şəxslə tanış olmuşdur.
Hacı Abdulla onu oğulluğa götürmüş və təhsilini yenidən
davam etdirmişdir.
-
Gəncədə “Divani-hikmət” ədəbi məclisini təşkil etmişdir. |
1820-1825 |
-
Cavad xanın qızı Püstə xanımın mülkünü idarə etmək və
yazı-pozu işlərini görmək üçün onun yanında qulluğa
girmişdir. |
1821
|
-
“Məktubun intizarında”
aşiqanə-lirik poemasını yazmışdır. |
1830
|
-
Şah Abbas məscidi yanında xüsusi məktəb açmış, burada
nəstəliq xətti ilə yazıb-oxumağı, xəttatlıq sənətini təlim
etmişdir. |
1832 |
-
M.F.Axundovla tanış olmuş və ona kalliqrafiyadan dərs
demişdir. |
1840 |
-
Gəncəni tərk edib Tiflisə köçmüşdür.
-
M.F.Axundovun məsləhəti ilə Tiflis Qəza məktəbində
Azərbaycan və fars dillərindən dərs demişdir. |
1840-1844 |
-
Gəncədə təsis etdiyi “Divani-hikmət” ədəbi məclisinin
fəaliyyətini Tiflisdə davam etdirmişdir. |
1841 |
-
M.F.Axundovla birlikdə Tiflisdə litoqrafiya açmaq istəmiş,
bu istəkləri nəticəsiz qalmışdır;
- Tiflisdə şəhər gimnaziyasının müəllimi F.Bodenştedtlə
tanış olmuş, ona Azərbaycan və fars dillərini öyrətmişdir;
- “Müdriklik açarı” adlı şeirlər dəftərini F.Boden
şted-tə
hədiyyə etmişdir.
|
1846 |
-
Gəncəyə qayıtmış və Gəncə qəza məktəbində Azərbaycan
dili və şəriət müəllimi işləmişdir. |
1849 |
-
Tiflis şəhər gimnaziyasında fars və Azərbaycan dili fənni
üzrə müəllim işləmişdir |
1850 |
-
Tiflis şəhər gimnaziyasının baş
müəllimi İ.Qriqoryevlə birlikdə Azərbaycan poeziyasının
ilk “Müntəxəbat”ını hazırlamışdır;
- F.Bodenştedt Berlində nəşr etdirdiyi “Şərqdə min bir gün”
adlı səyahət xatirələri kitabında M.Ş.Vaze
hin şeirlərindən
nümunələr verilmişdir. |
1851 |
-
Almaniyada F.Bodenştedt “Mirzə Şəfinin nəğmələri” adlı ilk
kitabı nəşr etdirmişdir. |
1851-1863
|
-
Almaniyada “Mirzə Şəfinin nəğmələri” adlı
kitab 12 dəfə nəşr edilmişdir. |
1852
|
-
“Azərbaycan ləhcəsinin tatar müntəxəbatı” dərsliyini nəşr
etdirmək üçün Təbriz şəhərinə göndərilmişdir;
- Noyabr ayının 16-da Tiflisdə vəfat etmiş, müsəlman
qəbiristanlığında dəfn edilmişdir.
|
1855 |
-
“Azərbaycan ləhcəsinin tatar müntəxəbatı” dərsliyini daş
basması üsulu ilə çap olunmuşdur. |
1865 |
-
Almaniyada
“Mirzə Şəfinin nəğmələri” adlı kitab 6 dəfə
nəşr edilmişdir. |
1866 |
-
F.Bodenştedtin “Mirzə Şəfinin irsindən” kitabı Almaniyada
çap olunmuşdur. |
1870 |
-
Rus bəstəkarı Anton Rubinşteyn Mirzə Şəfinin sözlərinə on
iki romans yazmışdır. |
1878 |
-
Rus şairi V.Markov “Görüşə”adlı kitabına şairin
şeirlərindən nümunələr daxil etmişdir. |
1880 |
-
“Nəğmələr” kitabı N.E.Eyfert tərəfindən tərcümə olunaraq
“Песни Мирзы Шафи с прологом Фридриха Боденштедта” adı ilə Moskvada
nəşr edilmişdir. |
1887 |
-
Avstriya bəstəkarı Karl Milyargerin “Mirzə Şəfininşərqiləri”
adlı operası ilk dəfə Berlin teatrında tamaşaya qoyuylmuşdur. |
1889 |
-
“Mirzə Şəfinin Qərb-Şərq divanı” Almaniyanın Leypsiq
şəhərində nəşr edilmişdir. |
1903 |
-
“Mirzə Şəfinin nəğmələri”nin müdrik fikirlərdən ibarət olan
hissəsini İ.S.Prodan tərəfindən rus dilinə tərcümə edilərək
“Песни и изречения мудрости” adı ilə Yuryev (indiki Tartu)
şəhərində nəşr edilmişdir;
- “Nəğmələr” kitabı N.E.Eyfert tərəfindən tərcümə olunaraq
“Песни Мирзы Шафи с прологом Фридриха Боденштедта” adı ilə
yenidən Moskvada nəşr edilmişdir. |
1907 |
-
N.E.Eyfert tərəfindən tərcümə olunan“Песни Мирзы Шафи с
прологом Фридриха Боденштедта” kitabı “Mirzə Şəfi. Nəğmə və
romanslar toplusu” adı ilə
Moskvada nəşr olunmuşdur. |
1920 |
-
Azərbaycan mətbuatında ilk dəfə Salman Mümtaz şairin həyat
və yaradıcılığı haqqında “Mirzə Şəfi” adlı məqaləsini
“Qurtuluş” jurnalının birinci nömrəsində çap etdirmişdir. |
1926 |
Salman
Mümtazın “Mirzə Şəfi Vazeh” adlı kitabı Bakıda nəşr
edilmişdir. |
1929 |
-
Əli Əjdər Səidzadənin “Gəncəli böyük mütəfəkkir və şair
Mirzə Şəfi Vazeh” adlı kitabı çap edimişdir. |
1937 |
-
Şairin üç qəzəli isredadlı şair Rəsul Rza tərəfindən
tərcümə edilərək “Ədəbiyyat qəzeti”ndə çap edilmişdir |
1938 |
-
İvan Enikolopov şairin həyat və yaradıcılığından bəhs edən
“Поэт Мирза Шафи” kitabını nəşr etdirmişdir;
- Şairin şeirlərindən bir neçəsi rus şairləri V.Luqovskoy və
Y.Dolmatovski tərəfindən tərcümə edilərək Moskvada nəşr
olunan “Azərbaycan poeziyası antologiyası” kitabına daxil
edilmişdir. |
1940
|
-
Əli Əjdər Seyidzadənin
“Mirzə Şəfi yoxsa Bodenştedt” adlı kitabı
Bakıda çap edilmişdir.mişdir. |
1952 |
-
Şairin altı şeiri Mirmehdi Seyidzadənin tərcüməsində
“Ədəbiyyat qəzeti”ndə çap edilmişdir |
1958 |
-
Azərbaycan ədəbiyyatşünas-alimi Mikayıl Rəfili tərəfindən
rus dilində “Mirzə Şəfi dünya ədəbiyyatında” kitabı Bakıda
işıq üzü görmüşdür. |
1961 |
-
Mirzə Şəfi Vazehin “Nəğmələr” kitabı Bakıda nəşr edilmişdir. |
1964 |
-
Balaş Azəroğlu şairin fars dilində yazdığı poema və
qəzəllərini tərcümə edərək “Azərbaycan” jurnalında çap
etdirmişdir;
- Həmid Məmmədzadə tərəfindən Mirzə Şəfi Vazehin 1821-ci
ilin əvvəllərində öz xətti ilə yazıya almış olduğu “Məktubun
intizarında” poeması Gürcüstanın G.Gegelidze adına
Əlyazmalar İnstitutunda aşkar olunmuşdur;
-
Rus şairləri Naum Qrebnev və L.Maltsev M.Ş.Vazehin
şeirlərini alman dilindən rus dilinə tərcümə edərək “Lirika”
adı ilə Bakıda nəşr etdirmişlər. |
1967 |
-
Əsərlərindən ibarət “Lirika” kitabı Moskvada
“Xudojesrvennaya literatura” (Художественная литература) nəşriyyatında
yenidən çap edilmişdir. |
1968 |
-
Gəncədə Mirzə Şəfi adına 16 nömrəli tam orta məktəb
fəaliyyətə başlamışdır. |
1969 |
-
Əli Əjdər Səidzadənin “Mirzə Şəfi Vazeh” kitabı nəşr
edilmişdir. |
1975 |
-
Akif Bayramovun “Klassik irsimizdən” (Mirzə Şəfi Vazehin
bədii yaradıcılığı Azərbaycan və alman mənbələrində) kitabı
Bakıda nəşr olunmuşdur. |
1980 |
-
Akif Bayramovun “Mirzə Şəfi Vazehin ədəbi irsi” kitabı
Bakıda nəşr olunmuşdur.
-
Əlisa Nicatın Mirzə Şəfi Vazehə həsr etdiyi“Nəğməyə dönmüş
ömür”romanı Bakıda nəşr edilmişdir. |
1981 |
-
İyun
ayının 8-də Azərbaycan KP MK-nın birinci katibi Heydər
Əliyev “Azərbaycanın maarifpərvər şairi M.Ş.Vazehin
yaradıcılıq irsinin öyrənilməsini gücləndirmək haqqında”
qərar imzalamışdır. |
1982 |
-
Nəbi Xəzrinin Mirzə Şəfi Vazehə həsr etdiyi
“Heykəlsiz abidə”
əsəri Bakıda nəşr edilmişdir.
|
1983 |
-
Mədəniyyət Nazirliyi M.F.Axundov adına Azərbaycan Dövlət
Kitabxanasına M.Ş.Vazehin ölkəmizdə və xaricdə nəşr
edilmiş əsərlərinin, habelə onun həyat və yaradıcılığına
həsr olunmuş ədəbiyyatın tam biblioqrafiyasının tərtib
edilib dərc olunmasının təmin edilməsi barədə təklif
vermişdir. |
1987 |
-
Fridrix Bodenştedtin “Mirzə Şəfi haqqında xatirələr” kitabı
alman dilindən tərcümə edilərək Bakıda nəşr edilmişdir;
- Mirzə Şəfi Vazehin “Şeirlər məcmuəsi” (cüng) və “Nəğmələr”
kitabı Bakıda nəşr edilmişdir.
- M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanası “Mirzə
Şəfi Vazeh” biblioqrafiyasını (Azərbaycan və rus dillərində)
çap etdirmişdir. |
1990 |
-
Əlisa Nicatın Mirzə Şəfi Vazehə həsr etdiyi “Gəncəli müdrik”
romanı Bakıda nəşr olunmuşdur. |
1994 |
- M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında “Mirzə
Şəfi Vazehin ədəbi irsinin kitabxanalarda təbliği” adlı
metodik vəsait nəşr olunmuşdur. |
2004 |
-Mirzə Şəfi Vazehin “Nəğmələr” kitabı Bakıda yenidən nəşr
olunmuşdur. |
2005 |
- Vaqif Arzumanlının “Mirzəşəfişünaslıqda
yeni mərhələ” kitabı Bakıda nəşr edilmişdir.
- Salman Mümtazın “Mirzə Şəfi Vazeh” adlı kitabı Bakıda
nəşr edilmişdir. |
2008 |
- Akif Bayramovun “Fridrix
Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri”
və
“Nəğmələr şairi Mirzə Şəfi Vazehin ədəbi irsi” kitabı
Bakıda təkrar nəşr
edilmişdir. |
2010 |
-
Fəxrəddin Veysəllinin “Mirzə Şəfi Vazeh və Bodenştedt:
yozmalar və faktlar” kitabı Bakıda nəşr edilmişdir;
- Zaman Əsgərlinin
“Mirzə Şəfi Vazeh” kitabı Bakıda nəşr edilmişdir;
- Almaniyanın Payne şəhərində
azərbaycanlı heykəltəraş Teymur və Mahmud Rüstəmov
qardaşları tərəfindən Mirzə Şəfi Vazeh və onun şagirdi
Fridrix fon Bodenştedtə həsr olunmuş xatirə lövhəsi
açılmışdır. |
2012 |
- AMEA
Gəncə bölməsinin binasının qarşısında büstü qoyulmuşdur. |
2014 |
-
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mirzə
Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında”
Sərəncam imzalamışdır.
- Azərbaycan
Respublikası Prezidenti yanında Gənclər Fondunun 5-ci qrant
yardımı çərçivəsində XIX əsrin görkəmli şairi Mirzə Şəfi
Vazehin internet portalı hazırlanmışdır.
http://www.nuhun.net/news/
- Şairin “Nəğmələr” və
“Şeirlər məcmuəsi” kitabları əsasında tərtib edilmiş
“Məhəbbət təranələri” kitabı Bakıda nəşr edilmişdir;
- Fridrix Bodeştedtin
“Mirzə Şəfi haqqında xatirələr: Şərqdə min bir gün” kitabı
Bakıda nəşr edilmişdir.
|
2017 |
-
Gəncədə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən Mirzə
Şəfi Vazeh muzeyi fəaliyyətə başlamışdır. Muzeyin
qarşısında şairin heykəli qoyulmuşdur.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabr
ayının 10-da Gəncədə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa
edilən Mirzə Şəfi Vazeh muzey binasının açılışında iştirak
etmişdir. |
2018 |
-
Şairin
“Kitabi-türki” (“Türk dili kitabı)” dərsliyi Bakıda nəşr
edilmişdir. |
2019 |
- Anadan olmasının 225 illik yubileyi tamam olmuşdur;
- İlk dəfə olaraq şairin əsərlərinin külliyyatı Xalq Bank
tərəfindən “Xalq Əmanəti” seriyasından nəfis şəkildə nəşr
olunmuşdur.
- M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası
“Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından böyük
şairin indiyədək Azərbaycanda və xarici ölkələrdə müxtəlif
dillərdə dərc olunmuş bütün kitablarını, dünya Milli və
Universitet kitabxanalarında mühafizə olunan əsərlərini,
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan
əlyazmalarını əhatə edən fundamental biblioqrafiyanı
nəşr etmişdir.
- Milli Kitabxana tərəfindən “Mirzə Şəfi Vazeh” Elektron
Məlumat bazası hazırlanaraq kitabxananın saytında
yerləşdirilmişdir.
- Mirzə Şəfi Vazehin 225, alman şairi Fridrix fon
Bodenştedtin 200 illlik yubileylərinə həsr olunmuş
“Tiflisdən Payneyə” filmi çəkilmişdir (ideya müəllifi Çingiz
Abdullayev; ssenari müəllifi Yasəmən Quliyeva). |