E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

  Xatirəsinin əbədiləşdirilməsi

 

Mirzə Şəfi Vazehin adının verildiyi keçid

Gəncənin Şah İsmayıl Xətai prospektində yerləşir. Müasir standartlara cavab verən yeraltı keçidin daxili dərinliyi əhalinin rahat gediş-gəlişi üçün 20 sm dərinləşdirilərək mərmər daşlarla örtülüb, həmçinin keçiddə hərəkətin təhlükəsizliyi üçün video kameralar da quraşdırılıb. Keçiddə əlillərin və körpə uşaq arabalarının düşüb-qalxması üçün xüsusi yer də düzəldilib. Bundan başqa şəhərimizdə olan digər yeraltı keçidlərdən fərqli olaraq burada 4 girişinin piləkənlərinin üstünə qar, yağış, gün düşməməsi üçün örtük də düzəldilir. Örtüyün eni 4, uzunu 10 metrdir və şəffaf şüşə ilə üzlənəzək. Keçidə, xüsusi layihə əsasında mozaikadan hazırlanan, diametri 1 m 60 sm olan portret, eləcə də şairin adı və digər elementlər yazılan kompazisiya da vurulub.

 

<< Geri